Icma.az
close
up
RU
Xalq artisti Bilal Əliyev: “Özümlə fəxr edirəm”

Xalq artisti Bilal Əliyev: “Özümlə fəxr edirəm”

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Mən özümü şou-biznesdə yox, Azərbaycan mədəniyyətində görürəm”.

News24.az xəbər verir ki, bu sözləri Bakuplus.az-a müsahibəsində Xalq artisti Bilal Əliyev deyib.

Müsahibəni təqdim edirik:

– Bilal bəy, necəsiniz? İşləriniz necə gedir?

– İşlərim qaydasında gedir, özüm də yaxşıyam. Xalqıma, elimə, obama bacardığım qədər xidmət etməyə çalışıram. Daim xalqımın keşiyində dayanan bir sənətkaram. Haqqı, ədaləti və düzgünlüyü təbliğ edən bir şəxsəm. Hər kəs kimi özüm üçün yaşayıram.

– Son zamanlar efirlərdə çox az-az görünürsünüz. Bunun səbəbi nədir? Televiziyaların fəaliyyətindənmi narazısınız?

– Televiziyalarda bəzi gənc aparıcılar var ki, özlərinə yaxın olan sənətçiləri tanıtmaq üçün efirə dəvət edirlər. Bizləri ikinci plana atmağa çalışırlar. Efirə layiq olmayan insanları üzə çıxarıb, nümayiş etdirmək istəyirlər. Bu da mənim xoşuma gəlmir. Bəzi televiziya aparıcılarının fəaliyyətindən narazıyam.

–  Artıq 2025-ci ilin ikinci ayını yaşayırıq. 2024-cü il sizə görə necə keçdi? Yaradıcılığınızda nə kimi yeniliklər oldu?

– 2024-cü il mənim üçün çox uğurlu keçdi. Çünki ötən il mən 20-dən yuxarı mahnı bəstələmişəm. Bəzilərinin hətta sözləri də özümə məxsusdur. Çoxu mənə uğur gətirdi. İndi də bütün konsertlər və şou-proqramlarda çıxış edən zaman onları səsləndirirəm. Onlardan biri “Gəlin, itirməyək dostları, qardaş”, digəri  “Rəssam, sevgilimin rəsmini çək”… Toy haqqında da bir mahnı bəstələmişəm. Onun sözləri də özümə aiddir. Hamı məndən xahiş edir ki, toyların açılışını o mahnı ilə başladım. Mahnılarımın hər biri mənə uğur gətirib.

– Gənc ifaçılardan kimləri dinləyirsiniz? Gənclərə ümidiniz varmı?

– Gənclərə çox ümidim var. Gənc ifaçılar sırasında 10-a yaxın istedadlı xanəndələrimiz, müğənnilərimizi tanıyıram ki, onlara əhsən deyirəm. Çox gözəl ifaçıdırlar. Lakin adların çəkmək istəmirəm.

– Yəqin ki müşahidə edirsiniz, indi sosial şəbəkə ilə məşhurlaşan müğənnilər daha çoxdur. Bayağı mahnıları ilə tanınıb, toylara gedirlər. Müğənnilər nə üçün ancaq toya getməyi, bunu biznesə çevirib, pul qazanmağı düşünürlər?

– Tarixi keçmişə nəzər salsaq, istedadlı, qocaman sənətkarlarımız belə toylara gediblər. Toylarda püxtələşiblər. Ondan sonra professional səhnəyə gəliblər və öz sözlərini deyiblər. Toylarda sənət öyrənmək dəb idi. Çünki toy musiqinin beşiyi idi.

Lakin bu gün çox təəssüf ki, bayağı müğənniləri akademik musiqinin başına qoymaq istəyirlər. Bu da uçuruma aparır. Hər bir sənətkar gərək addım-addım yüksəlsin. Sosial şəbəkələrdən də düzgün istifadə etmək lazımdır. Sosial şəbəkə ona görə deyil ki, tanınmış adamları və ziyalıları təhqir edəsən. İnsanların səsi, sözü daha tez bir-birinə çatması üçün sosial şəbəkələr yaradılıb. Çox təəssüf ki, bizdə insanlar düzgün istifadə etmir. Bu dəqiqə sosial şəbəkələrə daxil olmaq mümkün deyil, ancaq təhqiramiz ifadələr ilə üzləşirsən. Biabırçı, seksual xarakterli görüntülər artır. Xanımlar pul qarşılığında soyunurlar. Soyuna-soyuna deyirlər ki, şir atın, bir az da soyunum. Sadəcə biabrıçılqıdır.

– “TikTok” sosial şəbəkəsindən siz də aktiv şəkildə istifadə edirsiniz.

– Bəli, mən indi də istifadə edirəm. Hətta bəzən canlı da açıram. Belələrinə görə sosial şəbəkədən qaçmaq lazım deyil. İnsanlara da müraciət edirəm. Ziyalılar hamısı şəbəkələrə gəlməlidirlər. Şərəfsiz insanlar var ki, onların qarşısı alınmalıdır. Kişi xeylağıdır, lakin qadın libasında canlı açır. Bu tip insanlara ziyalılarımız bir ağızdan hər biri cavab verməlidir. Çox təəssüf ki, ziyalılarımız hamısı abrına bükülüb, heç nə demirlər. Neçə dəfə olub həmin ziyalılar deyib ki, sən o söyüş yazana yaxşı cavab verdin. Sakitcə izləyirlər. Reaksiya vermirlər. Sən ziyalısansa, cavab verməlisən. Susmamalısan. Qüsurlarımızı düzəltməliyik. Onlar xalqı gözdən salmağa çalışırlar.

– Özünüzü şou-biznesdə görürsünüzmü?

– Xeyr, mən özümü şou-biznesdə yox, Azərbaycan mədəniyyətində görürəm. Azərbaycan mədəniyyətinin inkişafında zəhməti olan bir zəhmətkeş sənətkar kimi görürəm. Özümlə fəxr edirəm.

– Azərbaycanda sizdən zil səsi olanlar var? Hətta bəzi müğənnilər var, deyirlər ki, 4 oktava səsim var. Sizin səsiniz neçə oktavadır?

– Bunu anlamaq üçün insanların gərək musiqi duyumu olsun. Bir insan ki, deyir 4 oktava səsim var. O düzgün deyil. 4 oktava mümkün deyil. 2.5 oktava desələr, inanaram. Mənim özümə də aiddir. Yalançı səslər ilə 3 oktava etmək olar. Ondan artıq səs dünyada görməmişəm. Mənim səsim 2.5 – 3 oktavaya yaxındır.

– Ümumiyyətlə toylara dəvət alırsınızmı?

– Toylara gedirəm. Lakin əvvəlki kimi getmirəm. Artıq 66 yaşım olacaq. İşimi elə qururam ki, yarım saat ifa edim. Gözəl əsərlər oxuyub, evimə qayıdıram. Qazancım da normaldır. Dolanırıq. Şikayətim yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Fevral 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri