Icma.az
close
up
RU
Bilal Şəntürk: Əsas hədəfimiz insan resursları sahəsində əməkdaşlığımızı nəticəyönümlü sistemə çevirməkdir

Bilal Şəntürk: Əsas hədəfimiz insan resursları sahəsində əməkdaşlığımızı nəticəyönümlü sistemə çevirməkdir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Xankəndi, 18 sentyabr, AZƏRTAC

Əsas hədəfimiz insan resursları sahəsində əməkdaşlığımızı tamamilə nəticəyönümlü, ölçüləbilən və dayanıqlı sistemə çevirməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Türkiyə Respublikası Prezident Administrasiyasının Kadrlar və Qaydalar üzrə baş direktoru Bilal Şəntürk Xankəndi şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin insan resurslarının inkişafı üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşündə deyib.

Bilal Şəntürkün sözlərinə görə, indiyədək keçirilən toplantılar ölkələrin dövlət qulluğu sistemlərini və tətbiq etdiyi yanaşmaları daha yaxından tanımağa imkan verib.

Türkiyə rəsmisi bildirib ki, üzv ölkələrin təcrübələrinin qarşılıqlı şəkildə paylaşılaraq ümumi faydaya çevrilməsi əsas məqsədlərdən biridir. İnkişaf istiqamətlərinin və strateji prioritetlərin eyni vaxtda müəyyənləşdirilməsi əməkdaşlığın əsasını təşkil edir.

O, texnoloji inkişaf fonunda süni intellekt, kibertəhlükəsizlik və texnoloji savadlılıq kimi bacarıqlara ehtiyacın artdığını, yaradıcı düşüncə, çeviklik, liderlik, əməkdaşlıq və daim öyrənmə kimi bacarıqların da əhəmiyyətini qoruduğunu diqqətə çatdırıb.

Bilal Şəntürk qarşıdakı dövrdə birgə təlim proqramlarının təşkili, rəqəmsal öyrənmə platformalarından qarşılıqlı istifadə, liderlik, istedadların idarə olunması, dövlət qulluqçularının davamlı inkişafı, rəqəmsal insan resurslarının idarə edilməsi və gələcəyin bacarıqlarının inkişafı istiqamətlərində əməkdaşlığın genişləndirilməsinin mümkün olduğunu deyib. Həmçinin dövlət qurumları və mütəxəssislər arasında işgüzar səfərlərin və mübadilə proqramlarının təşkilinin əhəmiyyətini vurğulayıb.

Müxbir – Tahir Ağaməmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri