“BilBacar” müsabiqəsinə qeydiyyat başlanıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 5 noyabr, AZƏRTAC
“BilBacar” müsabiqəsində iştirak etmək istəyən, ibtidai təhsil səviyyəsi üzrə tədris aparan bütün ümumi təhsil müəssisələri üçün qeydiyyat bu gündən başlanıb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəblər qeydiyyatdan keçmək üçün bilbacar.edu.az saytında “Məktəblər üçün müraciət” bölməsinə müvafiq məlumatları daxil edə və ya tabe olduqları təhsil idarələrinə müraciət edə bilərlər.
Qeydiyyat zamanı hər bir ümumi təhsil müəssisəsi “BilBacar” məktəb koordinatorunu təyin etməlidir. Məktəblərin qeydiyyatı başa çatdıqdan sonra şagirdlərin qeydiyyatı Təhsil İnstitutu tərəfindən aparılacaq. Şagirdlərin “BilBacar” üzrə hesab məlumatları məktəbin koordinatorunun şəxsi “BilBacar” səhifəsinə əlavə ediləcək.
“BilBacar” müsabiqəsi 2026-2027-ci tədris ilində 3-cü və 4-cü sinif şagirdləri arasında təbiət elmləri (həyat bilgisi çərçivəsində) və riyaziyyat üzrə savadlılığın inkişaf etdirilməsi məqsədilə təşkil olunacaq. Hazırlıq mərhələləri şagirdlərin yarış tapşırıqlarına uyğun bacarıqlarını möhkəmləndirməyə və müsabiqəyə səmərəli hazırlaşmalarına xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 05 Noyabr 2026 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















