Icma.az
close
up
RU
Bildiyim hər şeyi desəm, yer göy qarışar DİM sədrinə SƏRT REAKSİYA

Bildiyim hər şeyi desəm, yer göy qarışar DİM sədrinə SƏRT REAKSİYA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin son mətbuat konfransında səsləndirdiyi bəzi fikirlər yenə də ciddi rezonans doğurdu. Açığını deyim, mən də DİM-in fəaliyyəti ilə bağlı dəfələrlə sosial şəbəkədə fikir bildirmişəm, müxtəlif TV kanalları, saytlar və qəzetlərdən həmkarlar münasibətimi soruşub. Açıq şəkildə demişəm ki, DİM-ə son illərdə etimad sürətlə azalır. Bu etimad itkisi elə-belə söz deyil, statistika ilə də təsdiqlənir – son 3 ildə apeliyasiya şikayətlərinin sayı DİM tarixində antirekord kimi qeydə alınıb. Bu təkcə mərkəzin deyil, düşüncə tərzinin böhranıdır".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Məzahir Məmmədli özünün feysbuk səhifəsində yazıb. O, bildirib ki, DİM-in bunker müəllimləri ayrı-ayrı kurslarda uşaqlar hazırlaşdırırlar, alternativ dərsliklər hazırlayır, o dərsliklərə əli çatmayan abituriyentlər yüksək nəticə göstərə bilmirlər:

"Buraxılış imtahanlarının dərslərin bitməsinə 12-14 həftə qalmış keçirilməsi hansı pedaqoji məntiqə sığır? Məktəblərdə buraxılış siniflərində dərs mühiti tamam pozulub, buraxılış imtahanı vermiş şagird hansı məntiqlə dərsə gəlsin?!

Alman dilində imtahan verən şagirdinin biliyini İngilis dili üçün olan alətlərlə ölçürsünüz, apellyasiya şikayəti verən 10 min 980 nəfərin işini onların iştirakı olmadan tələm tələsik elan edirsiniz. Haqqını israrla tələb edən 2 məzunun balının 300 olmasını çətinliklə də olsa etiraf etdiniz.

Alternativ dərslik məsələsində qanun pozuntuları aşkardır.

Bütün bu fikirləri mən sadə vətəndaş yox, "Məktəb guşəsi" jurnalı və saytının baş redaktoru olaraq əsaslandıraraq bildirmişəm. Ən ciddi tənqidlərimi də ölkənin aparıcı TV-lərində səsləndirmişəm. Kecirdiyiniz mətbuat konfransında iştirak etsəm sizdən soruşardım:

Məleykə xanım Abbaszadə, düz deməmişəm?!

Əslində, mən hələ ehtiyatla danışmışam. Bildiyim hər şeyi desəm, bəlkə də yer-göy qarışar. Sadəcə tərbiyəmiz, ədəblə davranmaq prinsipimiz bizi saxlayıb. Amma bu yumşaqlığımızı zəiflik sanmayın.
Əgər daha açıq və sərt müzakirə istəyirsinizsə, buyurun, Fərman Abdullayevin AVMA-nın son qurultayında səsləndirdiyi fikirləri tapıb rəy bölməsinə yerləşdirə bilərəm – hamı tanış olar".

Məzahir Məmmədlinin sözlərinə görə, DİM-in bəxti gətirib ki, ictimaiyyətlə və mətbuatla işləməyi bacaran Xanlar Xanlarzadə kimi bir əməkdaşı var.

"Onun tərbiyəsi, ədəb-ərkanı, mətbuat nümayəndələri ilə olan xoş münasibəti bəzi gərginlikləri yumşaldır. Amma bu o demək deyil ki, çılpaq həqiqətləri gizlətməliyik. İctimaiyyət susmamalıdır. Çünki təhsil ümumixalq işidir - bizim gələcəyimizdir", - deyə ekspert vurğulayıb.

Vasif ƏLİHÜSEYN 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 May 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri