Icma.az
close
up
RU
Yazıçılardan DİM sədrinə sərt reaksiya: Azərbaycan yazıçısını imtahan etmək onun qrumunun gücü çatası iş deyil

Yazıçılardan DİM sədrinə sərt reaksiya: Azərbaycan yazıçısını imtahan etmək onun qrumunun gücü çatası iş deyil

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Ellçin Hüseynbəyli: "AYB üzvləri respondent kimi çıxış edəcəklərsə, onları rusdilli Məleykə xanım yox, azərbaycandilli görəvli yoxlamalıdır"


Qəşəm Nəcəfzadə:  "Elə bir ölçü vahidi yoxdur ki, yazıçının dilini ölçəsən"



Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin Azərbaycan Yazıçılar Birliyinin üzvləri üçün dil imtahanlarının keçirilməsini təklif etməsi müzakirələrə səbəb olub. 

Bədii dilin imtahan edilməsi məsələsi isə, dilin sərhədlərinin necə ölçülməsi ilə bağlı suallar yaradır. Yazıçıların dilini müasir imtahan sistemləri ilə ölçmək olarmı və ya olmazmı bu isə maraq doğurur. 


Sherg.az-a açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəşəm Nəcəfzadə mövzu ilə bağlı fikirlərini bölüşüb: 

"Məleykə xanım Abbaszadənin bunu nə mənada dediyini bilmirəm. Düşünürəm ki, Azərbaycan yazıçısını, Azərbaycan dilinə görə imtahan etmək onun qrumunun gücü çatası iş deyil. Çünki Azərbaycan dilini Azərbaycan yazıçısı yaradır, onu inkişaf etdirir. Bədii dili imtahan etmək mümkün deyil. Yazıçıları imtahan etsələr onların dilini bəsit bir şəkilə, adi danışıq dilinə və ya rəsmi üsluba gətirib salacaqlar. 

A.S.Puşkin deyirdi ki, qrammatik səhvi olmayan rus dili mənə lazım deyil. Bu deyimdə hərif səhvindən söhbət getmir. Dilin hazırkı qanun-qaydalarını deyək ki, parçalamaq, sərhədləri genişləndirmək, hüdudları daha da aşmaq istəyirlər, Azərbaycan yazıçısının beyni isə yeni dilin özündən bir şırım açır, ayrı bir söz yaradır. 

Başqa idarədə işə girəndə həmin insanın Azərbaycan dilində bilib-bilmədiyini və ya xarici bir vətəndaşın dilini yoxlayırlar. Yazıçılarımızın dili gözəldir və bu dil ölçüyə gəlməz. Məsələn elə bilin ki, suyu santimetrlə ölçürsən, boyu kilo ilə ölçürsən. Təbii ki bunlar düzgün səslənmir. Eləcə də elə bir ölçü vahidi yoxdur ki, yazıçının dilini ölçəsən". 


Yazıçı bunun böyük bir zarafat olduğunu güman etdiyini söyləyib:

"Azərbaycanda müəllimləri imtahan edirlər. Yazıçı isə ixtisas, müəyyən bir yerdə işləyən adam deyil ki, onun dilini imtahan edələr. 

Bədii əsərlərin dilini təhlil etmək olar. Bunu da akademiklər, ədəbiyyat adamları, tənqidçilər edə bilər. İmtahan Test Komissiyası yazıçıları imtahan edə bilməz. Bunu etməyə gücləri çatmaz. Gərək orada bədiiliyi bilən o qədər güclü adamlar ola ki, onlar yazıçının dilini imtahan edələr.

Azərbaycan Yazıçılar Birliyinin özü, dili imtahan edir. Gərək o yazıçının bədii dilinin gücündən daha güclü bilən biri olsun ki, onu imtahan edə bilsin. Bunu olsa-olsa tənqidçilər edə bilər. Azərbaycan yazıçısının ədəbi dili, dil xüsusiyyətləri, təfəkkür tərzi ələ gəlmir. Yazıçılara dil imtahanın keçirilməsi çox absürd və gülməlidir".


Azərbaycan Yazıçılar Birliyinin digər üzvü, yazıçı, publisist Elçin Hüseynbəyli açıqlamasında Məleykə Abbaszadənin fikrini yəqin ki, düz ifadə etmədiyini söyləyib:

"Yəqin ki, Məleykə xanım fikrini düz ifadə etməyib. Çünki o, rusdillidir. Saytların məlumatları nə qədər səhihdir, onu deyə bilmərəm. Məncə, prosesi izləməkdən söhbət gedir. 

Əgər AYB üzvləri respondent kimi çıxış edəcəklərsə, onda onları rusdilli Məleykə xanım yox, azərbaycandilli görəvli yoxlamalıdır. 

Düşünürəm ki, Məleykə xanım AYB üzvlərini bu prosesdə ekspert kimi görmək istəyir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Mart 2025 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri