Biləsuvarda ana yemək üstündə qızını vəhşicəsinə döydü
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Biləsuvarda ana yemək üstündə qızını döyüb.
Lent.az xəbər verir ki, hadisə Amankənd kəndində qeydə alınıb.
Kənd sakini 65 yaşlı Firuzə Əsədova (ad və soyad şərtidir) mübahisə zamanı qızını döyüb. Hadisəyə səbəb qızın öz övladına atasıgilin yeməyindən pay vermək istəməsi olub. Belə ki, Firuzə Əsədova qızının bu hərəkətinə irad bildirib və bundan sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı ana qızının yaxasından tutaraq yerə yıxıb. Sonra təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Nəticədə zərərçəkən xüsusən sifətindən müxtəlif xəsarətlər alıb.
Bu əməlinə görə, F. Əsədova saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs zərərçəkənlə barışdığını və əməlindən peşman olduğunu deyərək cinayət təqibinə xitam verilməsini istəyib.
Zərərçəkən şəxs də həmçinin ona dəyən ziyanın tam ödənildiyini bildirərək anasına qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və Firuzə Əsədova məsuliyyətdən azad olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 15 Aprel 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















