Icma.az
close
up
RU
Biləsuvarda darıçılıq inkişaf etdirilir

Biləsuvarda darıçılıq inkişaf etdirilir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Biləsuvar, 9 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Biləsuvarda darıçılığın inkişafı üçün geniş imkanlar yaradılır. Vaxtilə təcrübə-sınaq məqsədilə kiçik sahələrdə becərilən darı bitkisi indi rayonda 80 hektara qədər artırılıb. Erkən yetişdiyindən və məhsuldar olması səbəbilə fermerlər üçün də sərfəli bitki sayılır.

AZƏRTAC xəbər verir ki, əvvəllər darını “qızıl dən” adlandırırdılar.

Rayonun Çinarlı kəndindən olan qabaqcıl fermer İkram Mehdiyev də uzun illərdir arıçılıqla yanaşı, heyvandarlığın ehtiyacını qarşılamaq üçün darı bitkisinin geniş sahələrdə becərilməsi ilə məşğuldur. Bu mövsüm də 4 hektar darı bitkisi əkib: “Yaşıl yem kütləsi kimi əsasən mən bundan istifadə edirəm. Həm də darının toxum kimi alqı-satqısını həyata keçirirəm. Bu il təxminən 2 tondan yuxarı toxumu kənd ərazisində satmışam. İnsanlar heyvandarlığı inkişaf etdirməkdən üçün darı əkirlər”.

Darıçılığın sirlərinə yeni bələd olan gənc fermer İsgəndər Şirəlizadə də iki ildir ki, “qızıl dən”in heyvandarlıq sektorunda böyük əhəmiyyətə malik olduğuna şahidlik edir. Onun sözlərinə görə, darını may ayının ikinci ongünlüyündən sonra əkəndə daha məhsuldar olur: “Düzgün aqrotexniki qulluq sayəsində hər hektardan 30 sentnerə qədər toxum məhsulu götürmək olur, sonra həmin sahələri suvarmaqla bir neçə dəfə yaşıl yem kütləsi kimi biçmək mümkündür. Hazırda bitkinin yetişmə dövrü başa çatıb və sahədə xırdabuynuzlu heyvanların otarılmasına başlanılıb. Mən də bu il 4 hektara yaxın sahədə darı əkdim. Çox yüksək məhsuldarlıq əldə etdim. Yaşıl yem kütləsi kimi heyvandarlığın inkişafı məqsədilə əkib-becərirəm. İribuynuzlu heyvanlarda südün artımına, yağlılıq səviyyəsinin yüksəlməsinə təsir göstərir. Quşçuluqda isə bol yumurta və toyuqların sağlamlığı üçün çox təsirlidir”.

Dövlət subsidiyasına cəlb olunan bu bitkinin rayonda kütləvi inkişaf etdirilməsi baxımından Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM)nümayəndələri fermerlərlə mütəmadi olaraq maarifləndirici görüşlər keçirirlər. Biləsuvar DAİM-in mütəxəssisi Mikayıl İmanov bildirir ki, əkin sahələri artacağı təqdirdə gələcəkdə bu sahədə toxumçuluğun inkişaf etdirilməsi də planlaşdırılır: “Darı bitkisi birillik və çoxillik ot bitkisidir. Ötən illə müqayisədə bu il artım 15 hektardan artıqdır. Artıq 75 hhektar sahədə darı əkilib. Darı bitkisinin əkilməsi kənd təsərrüfatı sahəsində heyvandarlığın inkişafına müsbət təsir göstərir. Əsasən Biləsuvarda “Gədəbəy-41” sortundan istifadə olunur”.

Qeyd edək ki, vegetasiya dövrü 45-50 gün olan darı bitkisi dəninin tərkibində təxminən 11,3 faiz zülal, 81 faiz nişasta, 1,7 faiz şəkər, 3,8 faiz yağ, 1 faiz sellüloz var. Darı əsasən Şərqi slavyan ölkələrinin milli yeməyi hesab olunur. O buğda ilə müqayisədə enerji dəyərinə görə aşağı, lakin mineral və vitamin baxımından dəyəri yüksək olan taxıl bitkisidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri