Icma.az
close
up
RU
Biləsuvarda məktəb direktoru və sabiq müavini arasında QALMAQAL

Biləsuvarda məktəb direktoru və sabiq müavini arasında QALMAQAL

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Biləsuvar rayon Fazil Hökməliyev adına Günəşli kənd ümumi orta məktəbinin direktorunun qanunsuz şəkildə işçiləri işdən azad etdiyi iddia olunur.

Bununla bağlı Cenublu.az saytına Alim Həmidli tərəfindən şikayət daxil olub.

Şikayətçi Günəşli kənd ümumi orta məktəbinin direktoru Nərmin Nəbiyevanın qanunsuzluq etdiyini dilə gətirib:

“Həmin məktəbdə direktor müavini vəzifəsində çalışırdım. Məni işdən azad etdi və hazırda iş məhkəmədədir. İşdən azad ediləndən sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdim və direktor son haqq-hesab pulunu düzgün və vaxtında ödəmədiyi, yəni xitam prosesini pozduğu üçün 700 manat cərimə edildi və buna görə qurum onun haqqında inzibati tənbeh tədbiri gördü”.

Bundan əlavə direktor Nərmin Nəbiyeva işlədiyi iki il ərzində məktəbdə bir neçə dəfə qanunsuz olaraq işçiləri işdən azad edib.

“Məktəbdə xadimə vəzifəsində çalışan bir işçini işdən azad etdiyi üçün Əmək Müfəttişliyi Xidməti onu 1000 manat cərimə etdi. Buna görə də direktor həmin şəxsi işinə bərpa etmək məcburiyyətində qaldı. Daha sonra digər bir xadiməni də qanunsuz işdən azad etdi və bunun üçün də Dövlət Əmək Müfəttişliyi Xidməti Nərmin Nəbiyevanı 1500 manat cərimə etdi və işçinin işə bərpa qərarını verdi.

Lakin direktor həmin işçini işinə bərpa etmədi və məhkəməyə müraciət etdi. Biləsuvar rayon məhkəməsi həmin şəxsin işinə bərpa olunması ilə bağlı qərar verdi, lakin direktor yenə həmin işçini işinə bərpa etmədi və iş hazırda Apellyasiya məhkəməsindədir”, – şikayətçi deyib.

A.Həmidli qeyd edib ki, təkcə bu ilin yanvar ayının 27-si və fevralın 10-da  direktor Əmək Müfəttişliyi Xidməti tərəfindən qanunsuz əməllərinə görə, iki dəfə olmaqla 1700 manat cərimə olunub:

“Ümumilikdə isə, 4 inzibati protokolla 4200 manat cərimə tətbiq olunub. Dəfələrlə mən və digər şəxslər Şirvan-Salyan Regional Təhsil İdarəsi, Biləsuvar rayonu üzrə təhsil sektoruna müraciət etsək də, bu qədər nöqsanı, qanunsuz əməlləri olan direktor vəzifədə saxlanılır. Bütün şikayətlər faydasız qaldığı üçün mən də direktoru işə götürən tərəf kimi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məhkəməyə vermək məcburiyyətində qaldım”.

Şikayət ilə bağlı Biləsuvar rayon Fazil Hökməliyev adına Günəşli kənd ümumi orta məktəbinin direktoru Nərmin Nəbiyeva ilə əlaqə saxladıq.

O, bildirdi ki, Alim Həmidli məktəbdə müddətli əmək müqaviləsi ilə çalışıb. Əmək müqaviləsinin müddəti bitəndə işinə xitam verilib:

“Hazırda proses məhkəmədə davam edir. Mən Azərbaycan Qanunvericiliyinə uyğun olaraq xitam prosesini həyata keçirmişəm. Səhv etmişəm, düz etmişəm – məhkəmə qərar verəcək. Alim Həmidli bir il müqavilə ilə xidmət edib. Mənim həmin şəxslə heç bir konfliktim olmayıb. Müqaviləni bağlayan tərəfin biri mən, digər odur.

Kollektiv ilə problemi olub. Sizə deyə bilmərəm. Rayon ictimaiyyətinin bildiyi problemləri, uyğun olmayan məsələlər var idi. Belə şəxslə çalışmaq istəmirdim. Müqavilə bitəndə xitam verdim. İstənilən şəxsdən soruşa bilərsiniz. Əmək Müfəttişliyi Xidmətinin məni cərimə etməsi məsələsinə gəlincə isə bu həmin şəxslərlə mənim aramda olan məsələdir, bunun Alim Həmidli ilə heç bir əlaqəsi yoxdur. Kollektiv və şəhər rəhbərliyi onu istəmir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Aprel 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri