Icma.az
close
up
RU
Biləsuvarda iki məktəb birləşdirilir?

Biləsuvarda iki məktəb birləşdirilir?

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Biləsuvarın Zəhmətabad kəndində fəaliyyət göstərən iki məktəbin birləşdirilməsi ilə bağlı yayılan xəbərlər müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi məsələ ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, təhsil müəssisələrində optimallaşdırma tədbirlərinin əsas məqsədlərindən biri resursların daha effektiv istifadəsidir:

“Bu zaman şagird sayı az olan məktəblərin saxlanılması böyük maliyyə xərcləri tələb edir və optimallaşdırma ilə bu xərclər azaldılaraq dövlət büdcəsinə qənaət oluna bilər. Digər məqsəd təhsil keyfiyyətinin yüksəldilməsidir ki, az sayda şagirdlə fəaliyyət göstərən məktəblərdə müəllimlərin peşəkarlığına uyğun tədris təşkil etmək çətin olur. Şagirdlər daha yaxşı şəraitə malik məktəblərdə təhsil alarsa, bu, nəticələrə müsbət təsir göstərə bilər”.

Qeyd olunub ki, Zəhmətabad kəndində yerləşən iki məktəb arasında 1 km məsafə var: “Bunlar Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbi və Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta ümumtəhsil məktəbidir. Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbi 170 şagird yerlik olmaqla 1964-cü ildə yaradılıb, hazırda 328 nəfər şagird 6 günlük və iki növbəli iş rejimində təhsil alır.

Binanın maddi infrastrukturu və maddi texniki bazası qənaətbəxş səviyyədə deyil. Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta ümumtəhsil məktəbi isə 1980-ci ildə yaradılmış, 420 şagird yerlik birtipli ikimərtəbəli tədris binasında 335 nəfər şagird 6 günlük və ikinövbəli iş rejimində təhsil alır. Binanın infrastrukturu və maddi-texniki bazası digər məktəblə müqayisədə qənaətbəxşdir”.

“Hazırda Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbinin optimallaşdırılması ilə bağlı bütün məqamlar təhlil edilir. Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbinin fəaliyyəti dayandırılarsa, şagirdlərin digər məktəbə yerləşdirilməsi, məsafə, məktəbin pedaqoji və texniki heyətinin işlə təmin olunması, məktəb şagirdlərinin digər məktəbə köçürülməsi zamanı tədrisin keyfiyyətinə necə təsir etməsi və s. kimi məsələlər təhlil edilir. Bu təhlillər nəticəsində məktəbin optimallaşdırılması barədə yekun qərar veriləcək və hələ ki optimallaşdırma barədə qərar yoxdur”, - məlumatda bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Aprel 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see359

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see316

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see310

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see300

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see250

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see246

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see244

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see242

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see235

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see197

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see188

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see186

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see184

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see181

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see179

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see177

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see174

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see170

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri