Biləsuvardakı ovçuluq təsərrüfatında balıqların kütləvi ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a sakinlər məlumat verib.
Onların sözlərinə görə, bir neçə gündür ki, sözügedən təsərrüfat ərazisində suyun səviyyəsinin kəskin azalması balıqların kütləvi tələfatına səbəb olub.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatına səbəb Salyan-Muğan ötürücü kollektoru qarşısında yerləşən bəndin açılması olub.
Belə ki, bu səbəbdən kollektorun suyunun Xəzər dənizinə axıdılması bərpa olunub.
"Nəticədə Mahmudçala ovçuluq təsərrüfatı ilə kollektor arasında su səviyyəsində yaranan fərqə görə, kollektor istiqamətinə suyun geri axını baş verir. Bu proses zamanı su ilə birlikdə bəzi balıqların da kollektor istiqamətində hərəkət etməsi və qismən tələf olması halları müşahidə edilə bilər", - deyə məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 12 Avqust 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















