Biləsuvardakı qəza ilə bağlı DYP dən AÇIQLAMA
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Biləsuvarda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
BDYPİ-dən Redaktor.az-a verilən xəbərə görə, ötən gün, saat 19:00 radələrində Bəhramtəpə-Biləsuvar yolunun Qızılkənd kəndinin ərazisindən keçən 54-cü kilometrində İmişli rayon sakini Elvin Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində xəsarət alan sərnişin - sürücünün həmyerlisi 30 yaşlı Elnur Rüstəmov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü E.Məhərrəmovun vəziyyəti isə orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə hadisənin baş verməsinə səbəb yüksək sürət və sürücünün ötmə əməliyyatını yerinə yetirərkən qaydalara riayət etməməsi göstərilir.
Baş Dövlət Yol Polisi İdarəsi sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkdiyimiz faciəli hadisədən düzgün nəticə çıxarmağa, əməl etməyə borclu olduğumuz yol hərəkəti qaydalarına biganə yanaşmamağa, sükan arxasında məsuliyyətsizliyin hər an həyatımıza iztirab və peşmanlıq gətirə biləcəyini unutmamağa çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 20 Oktyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















