Icma.az
close
up
RU
Bilik Günü Qaradağda da qeyd olundu Fotolar

Bilik Günü Qaradağda da qeyd olundu Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Sentyabr ayının 15-də Bilik Günü münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Lökbatan qəsəbəsi Elxan Həsənov adına 139 nömrəli tam orta məktəbində keçirilən Bilik Günü tədbirində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak edib.

Rayon rəhbərliyinin yaxından iştirak etdiyi tədbirdə məktəb müəllimlərinin, şagird heyətinin, valideynlərin və birincilərin sevinci hədsiz idi. 

RİH başçısı Süleyman Mikayılov məktəb kollektivi qarşısında çıxış edərək, yeni dərs ilinin başlanması münasibətilə təbriklərini çatdırıb, onlara gələcək tədris illərində uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzulayıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini, strateji kursun  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

S.Mikayılov sinif otaqlarına daxil olaraq yeni dərs ilinin başlanması münasibətilə şagirdləri təbrik edib.

Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçiləri rayonun bütün qəsəbələrində yerləşən məktəblərdə keçirilən Bilik Günündə iştirak ediblər.

Tədbirlərdə çıxış edən icra hakimiyyətinin əməkdaşları, şəhid valideynləri, müəllimlər, valideynlər qeyd ediblər ki, builki Bilik Günü xüsusi ruh yüksəkliyi ilə keçirilir. Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır. Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunlar dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir. Qaradağ rayonu üzrə orta məktəbi 3 nəfər qızıl medala layiq görülməklə 2168 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 1669 abituriyentin 60.03 faizi, yəni 1002 nəfəri tələbə adını qazandığı, onlardan 41 nəfərin isə 600-dən çox bal topladıqları diqqətə çatdırılıb.

 “İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanılıb.






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri