Icma.az
close
up
RU
Zərifə Əliyevanın ildönümü Qaradağda qeyd olundu Fotolar

Zərifə Əliyevanın ildönümü Qaradağda qeyd olundu Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Ötən gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan görkəmli elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Heydər Əliyev, Zərifə xanım və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş film nümayiş olunub. 

Tədbiri giriş sözü ilə açan Süleyman Mikayılov Zərifə Əliyevanın həyat və fəaliyyəti ilə bağlı fikirlərini söyləyib. O, qeyd edib ki, Zərifə Əliyevanın yüksək intellektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti onu hamıya sevdirib: “Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi. Zərifə xanım eyni zamanda sədaqətli həyat yoldaşı, qayğıkeş ana kimi xalqımızın qəlbində özünə əbədi yer tutmuşdur. Daim həyat yoldaşı Ulu Öndərimizin yaxın sirdaşı və silahdaşı olub”.

Milli Oftalmologiya Mərkəzinin bölmə müdiri Yazgül Abdıyeva Zərifə xanımın elmi yaradıcılığı barədə geniş və ətraflı məruzə edib. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradıldığını və bu sahədə aldığı mükafatları diqqətə çatdırıb.

Digər çıxış edənlər Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva və YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev qeyd ediblər ki, Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxcəhətlidir. Zərifə xanım Əliyevanın mənalı və şərəfli ömür yolundan, tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən, qazandığı uğurlardan söhbət açdılar, ləyaqətli insan, qayğıkeş ana kimi onun əziz xatirəsinin daim əbədi yaşayacağını söyləyiblər. 

Təqaüddə olan oftalmoloq Hicran Həşimova Zərifə zanım Əliyevayla bağlı xatirələrini bölüşərək bildirib ki, Zərifə xanım zaman baxımından qısa ömür yaşasa da, tibb sahəsində gördüyü çox böyük işlərlə, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin müalicəsində əldə etdiyi uğurlarla tarixə adını yazdırıb.

Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq, Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayaraq, qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Həmçinin, Sanqaçal qəsəbəsində xalqımızın görkəmli alimi, akademik, tanınmış oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də könüllülər və ictimaiyyət nümayəndələri iştirak edib.

Aksiyanın məqsədi görkəmli alimin əziz xatirəsini yad etməklə yanaşı, eyni zamanda ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılmasına töhfə vermək olmuşdur. Əraziyə müxtəlif növ ağac tingləri əkilmiş, abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Tədbirin sonunda iştirakçılar əkilən ağaclara qulluq göstərilməsi və yaşıllıqların qorunmasının vacibliyini bir daha diqqətə çatdırıblar.









Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Aprel 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri