Icma.az
close
up
RU
“Bilik olimpi”nin qalibləri

“Bilik olimpi”nin qalibləri

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Konqres Mərkəzində 2024–2025-ci tədris ili üzrə Respublika Fənn Olimpiadalarının qalibləri üçün təntənəli mükafatlandırma mərasimi keçirilib.

Əvvəlcə olimpiadanın mühüm məqamlarını və qaliblərin uğurlarını əks etdirən video-çarx nümayiş olunub.

Sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edib. O, qalib şagirdləri, onların valideynlərini və müəllimlərini təbrik edərək deyib: “Respublika Fənn Olimpiadaları təhsil sistemimizin əsas tədbirlərindəndir. Son illər olimpiadalara 80 mindən çox şagird cəlb olunub. Onların az bir qisminin qalib adını almasına baxmayaraq, burada qazandıqları təcrübələrdən həyatlarının müxtəlif mərhələsində istifadə edəcəklər. Qalib olmaq yalnız bilik deyil, zəhmət və məsuliyyət tələb edir. Bugünkü uğurlar sabahın möhkəm təməlidir”.

Bildirilib ki, hazırda Azərbaycanda 30-dan çox lisey və gimnaziya fəaliyyət göstərir və yaxın gələcəkdə bu sayın artırılması nəzərdə tutulur. Məqsəd istedadlı uşaqların vaxtında aşkar edilməsi və onların dərinləşdirilmiş proqramlarla təhsilə yönləndirilməsidir. Fizika, riyaziyyat, kimya və biologiya üzrə təmayüllü təhsil müəssisələri uğurla fəaliyyət göstərir. Xüsusilə Sumqayıt şəhərindəki tətbiqi təmayüllü lisey və gimnaziyalar, eləcə də Mingəçevirdə fəaliyyət göstərən məktəblər ixtisaslaşma istiqamətində ciddi irəliləyiş nümayiş etdirir. Bu modelin bölgələrdə daha da genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, builki olimpiadalarda 514 şagird qalib adını qazanıb: 95 nəfər 1-ci yerə, 170 nəfər 2-ci yerə, 249 nəfər isə 3-cü yerə layiq görülüb. Ənənəvi xarakter daşıyan bu tədbirdən məqsəd istedadlı şagirdlərin elmi nailiyyətlərini cəmiyyətə tanıtmaq və onların gələcək uğurlarına stimul verməkdir.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyun 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri