Icma.az
close
up
RU
Məktəblərdə bilik yoxlanışı

Məktəblərdə bilik yoxlanışı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mayın 17-də ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV, mayın 18-də isə VI siniflər üzrə, ümumilikdə, 310 mindən çox şagird arasında monitorinq keçirilib, tədris dili, riyaziyyat və təbiət fənləri üzrə bilik səviyyəsi öyrənilib.

Monitorinqin məqsədi həm müəllimlərə, proqram tərtibçilərinə, də təhsili idarəetmə orqanlarına vacib olan təhlilləri aparmaq üçün məlumat toplamaqdır. Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir. Hədəf şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib ki, monitorinq prosesi uğurla yekunlaşıb, iştirakçılıq təmin olunub: “Ölkə üzrə ümumi təhsil müəssisələrinin IV və VI siniflərində təhsil alan şagirdlərin, təxminən, 98 faizi monitorinqdə iştirak edib. Həm agentliyin, həm də regional təhsil idarələrinin əməkdaşları tərəfindən prosesin təşkili izlənilib. İştirakçılığın təmin olunması, eyni zamanda, hər hansı xoşagəlməz halların baş verməməsi üçün müvafiq addımlar atılıb”.

İlk dəfə Ağdam rayonunun Sarıcalı, Ağdərə rayonunun Həsənriz, Suqovuşan kəndlərinin və Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli tam orta məktəblərdə 9603 şagirdin iştirakı ilə VI siniflərin monitorinqi keçirilib.

Təhsil eksperti Kamran Əsədov “Xalq qəzeti”nə deyib ki, monitorinq imtahanları tədrisin keyfiyyətinə dair diaqnostik məlumat toplamaq alətidir. “Dünyanın bir çox ölkəsində də bu tip imtahanlar (məsələn, İngiltərədəki “SATs”, Sinqapurda aparılan “Checkpoint tests”, Estoniyada “Digiproov”) şagirdləri cəzalandırmaq üçün deyil, sistemin nəbzini tutmaq üçün keçirilir. Bu imtahanlar gələcəkdə daha keyfiyyətli dərsliklərin hazırlanması, təlimin daha məqsədyönlü aparılması və ümumi təhsil strategiyasının təkmilləşdirilməsi üçün əvəzsiz məlumat mənbəyidir”.

Qeyd edək ki, bu ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrində təhsil alan 10 000 şagird kompüter əsaslı monitorinqə cəlb olunub. Elektron qaydada təşkil edilən monitorinqdə 96 faiz iştirakçılıq təmin edilib.

Rizvan FİKRƏTOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see738

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see543

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see305

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see287

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see274

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see271

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see267

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see267

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see259

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see223

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see191

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see186

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see175

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri