Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

BİM texnologiyası: tikinti sənayesində yeni dövr AZƏRTAC

BİM texnologiyası: tikinti sənayesində yeni dövr AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 26 noyabr, AZƏRTAC

BİM texnologiyası (Building Information Modeling) müasir layihə, tikinti, dizayn, yenidənqurma və idarəetmə proseslərində inqilabi dəyişiklik yaradan rəqəmsal yanaşmadır. Bu texnologiya layihələrin planlaşdırılması və icrası zamanı ən yüksək dəqiqliyi təmin edir, əməkdaşlıq və resursların səmərəli istifadəsini təşviq etməklə yanaşı, tikinti müddətini və xərcləri optimallaşdırır. Hər bir mərhələ rəqəmsal 3D model üzərində qurulur və bu model enerji səmərəliliyindən tutmuş materialların xüsusiyyətlərinə qədər geniş məlumat bazasına malikdir. BİM yalnız məhsuldarlığı artırmır, həm də ekoloji standartlara uyğun, davamlı və uzunömürlü layihələrin reallaşdırılmasını təmin edir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, BİM texnologiyasının tətbiqi dünya üzrə tikinti sənayesində ciddi uğurlara yol açıb. İngiltərədəki “Crossrail” layihəsini buna nümunə göstərən S.Fərzəliyev bu texnologiyanın tikinti prosesində problemləri erkən mərhələdə həll etdiyini, böyük maliyyə qənaəti və vaxt optimallaşdırması təmin etdiyini vurğulayıb. Azərbaycanda isə Bakı Ağ Şəhər layihəsi BİM-in uğurla tətbiq edildiyi mühüm nümunələrdən biridir. Burada texnologiyanın tətbiqi tikililərin dayanıqlığını, enerji səmərəliliyini və ekoloji uyğunluğunu təmin edib.

Onun sözlərinə görə, AzMİU BİM texnologiyasının Azərbaycanda geniş tətbiqinə öncüllük edir. Universitetin İnşaat fakültəsində bu sahədə xüsusi fənlər tədris edilir, tələbələr praktiki təlimlərlə texnologiyanın tətbiqini öyrənir. Beynəlxalq təcrübələrə əsaslanan tədqiqatlar aparılır, yerli inşaat şirkətləri ilə əməkdaşlıq çərçivəsində birgə layihələr həyata keçirilir. AzMİU ilə İstanbul Texnik Universiteti (İTU) arasında inşaat mühəndisliyi üzrə ikili diplom proqramı da bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirir.

O bildirib ki, bu əməkdaşlıq çərçivəsində dekabrın 14-17-də AzMİU tələbələri İTU-nun təşkil etdiyi “BİM ilə layihələndirmə” adlı beynəlxalq tədbirin məlumatlandırma sessiyasında iştirak edəcəklər. Bu müsabiqə dünyada 3-cü BİM yarışmasıdır və tələbələr tədbir zamanı innovativ texniki seminarlar, beynəlxalq təcrübələr və sosial fəaliyyətlərlə tanış olacaqlar. Tələbələr daha sonra 10 həftəlik onlayn kurslara qatılaraq may ayında keçiriləcək yarışmada öz layihələri ilə iştirak edəcəklər. Bu tədbir tələbələrin praktiki bilik və bacarıqlarını artırmaqla yanaşı, onların bu sahəyə marağını təşviq edir.

AzMİU-nun yaxın gələcəkdə “Zəlzələ Mühəndisliyi Elmi Tədqiqat Mərkəzi” yaratmağı planlaşdırdığını deyən fakültə dekanı bildirib ki, bu mərkəzdə Strateji əhəmiyyətli bina və qurğuların monitorinqi və qiymətləndirilməsi laboratoriyası fəaliyyət göstərəcək. Laboratoriyanın əsas məqsədi strateji əhəmiyyətli binalarda (xəstəxanalar, məktəblər, neft-qaz platformaları, körpülər və s.) BİM texnologiyasının tətbiqi ilə seysmik monitorinq sistemləri qurmaq və mütəmadi müşahidə və qiymətləndirmə həyata keçirməkdir. Bu layihələrdə tələbə və doktorantların fəal iştirakı təmin ediləcək.

“AzMİU-nun bu sahədəki fəaliyyəti Azərbaycanın inşaat sektorunun beynəlxalq standartlara uyğunlaşmasını sürətləndirir. Universitet öz missiyasını uğurla həyata keçirərək müasir texnologiyalarla rəqabətədavamlı mütəxəssislər hazırlayır və tikinti sənayesinin dayanıqlı inkişafına töhfə verir”, - deyə S.Fərzəliyev fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri