Icma.az
close
up
RU
Azərbaycan tikinti sənayesində bir ilk

Azərbaycan tikinti sənayesində bir ilk

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

11 iyul 2025-ci il tarixində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən "Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü" adlı beynəlxalq forum təşkil olunmuşdur.

Forumda dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və yerli sahibkarlar iştirak etmişlər.

Forum çərçivəsində ölkəmizdə ilk dəfə həyata keçirilən "Sənaye 4.0-a Hazırlıq Proqramı"nın pilot mərhələsi ilə bağlı təqdimatda, yerli sənaye müəssisələrində rəqəmsal transformasiyanın tətbiqi istiqamətində görülən işlər qonaqların diqqətinə çatdırılıb. Layihənin pilot mərhələsinə seçilən sənaye müəssisələri rəqəmsal transformasiyanın tətbiqi istiqamətində beynəlxalq təcrübəyə malik "McKinsey & Company" konsaltinq şirkəti ilə əməkdaşlıq etmiş və bu əməkdaşlıq çərçivəsində hər bir müəssisə üçün yol xəritəsi hazırlanmışdır. Pilot mərhələnin icrası üçün seçilmiş müəssisələrdən biri olan METAK şirkəti bu prosesə fəal şəkildə qoşulmuş, artıq zavodda rəqəmsal transformasiyanın tətbiqinə başlanılmışdır. METAK-ın pilot müəssisə kimi seçilməsi təsadüfi deyil. Bu qərar, şirkətin 28 illik sənaye təcrübəsi, insan resurslarının səmərəli idarə olunması sahəsindəki uğurlu fəaliyyəti, eləcə də rəqəmsal transformasiyanın həyata keçirilməsi üçün mövcud olan ilkin texnoloji bazası nəzərə alınaraq verilib.

METAK şirkətinin təsisçisi Alik Kərimov forumdakı çıxışında: "Bu proqramın müəssisəmizin fəaliyyətinə və məhsuldarlığına verdiyi müsbət təsir artıq hiss olunur. Ölkədə bu sahədə ilk şirkətlərdən biri olmaq bizim üçün həm böyük məsuliyyət, həm də güclü motivasiyadır."

METAK şirkəti öz fəaliyyətini həm yerli, həm də beynəlxalq səviyyədə "Made in Azerbaijan" brendi altında uğurla davam etdirir və ölkə sənayesində innovasiya yönümlü yanaşması ilə hər zaman seçilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 İyul 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri