Icma.az
close
up
RU
Bina sakinlərinin diqqətinə! Hər ay ödədiyiniz pullara kim nəzarət edir?

Bina sakinlərinin diqqətinə! Hər ay ödədiyiniz pullara kim nəzarət edir?

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər çoxmənzilli yaşayış binalarının idarə olunması, kommunal ödənişlərin toplanması və göstərilən xidmətlərin keyfiyyəti ilə bağlı narazılıqlar gündəmə gəlir.

Sakinlərdən binanın təmizliyi, liftlərin saxlanılması, ümumi ərazilərin işıqlandırılması və mühafizə xidmətləri üçün mütəmadi olaraq pul toplansa da, bəzi hallarda bu xidmətlərin lazımi səviyyədə göstərilmədiyi bildirilir. Belə vəziyyətlərdə sakinləri düşündürən əsas sual isə ödədikləri vəsaitlərin hara xərclənməsi və həmin pullara kimin nəzarət etməsidir.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, çoxmənzilli binaların idarə olunmasında əsas məsələlərdən biri toplanan vəsaitlərin düzgün bölüşdürülməsi və xərclərin şəffaf şəkildə hesablanmasıdır:

"Mövcud qanunvericiliyə əsasən, çoxmənzilli binalar inşa olunub sakinlərə təhvil verildikdən sonra binanın idarə olunması ilə bağlı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti formalaşdırılmalı, sakinlərin keçirdiyi iclas əsasında idarə heyətinin sədri, inzibatçı və komendant seçilməlidir.

Binanın saxlanılması ilə bağlı bütün kommunal xərclər hesablanmalı və hesabat aparılmalıdır. Kommunal ödənişlərin məbləği hər kvadratmetrə uyğun müəyyənləşdirilir və yığılan vəsait binanın saxlanılmasına, o cümlədən ümumi ərazilərin işıqlandırılmasına, su anbarına xidmət göstərilməsinə, təmizliyə, mühafizəyə və digər zəruri xidmətlərə sərf olunur.

Kommunal xidmətlərə görə ödənişlər vaxtında yığılmalı, toplanan vəsaitin hara və necə xərclənməsinə sakinlər tərəfindən nəzarət edilməlidir”.

Ekspertin sözlərinə görə, bəzi binalarda sakinlərin kommunal ödənişləri etməkdən imtina etməsi idarəetmədə ciddi problemlərin yaranmasına səbəb olur:

"Bir çox binada sakinlərin bir qismi kommunal ödənişləri etməkdən imtina edir. Təbii ki, bu zaman binanın idarə olunmasında ciddi axsaqlıqlar yaranır. İstər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, istərsə də tikinti şirkətləri tərəfindən idarə olunan binalarda bu cür problemlərlə qarşılaşmaq mümkündür.

Bina hansı qurum tərəfindən idarə olunmasından asılı olmayaraq, sakinlərin toplanan kommunal vəsaitlərlə bağlı sorğu göndərmək və hesabat tələb etmək hüququ var. Sakinlər ödədikləri vəsaitlərin hansı məqsədlər üçün xərcləndiyi barədə məlumat əldə edə və onların idarə olunmasına nəzarət edə bilərlər”.

Fəridə Əsədzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Oktyabr 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri