Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Ankara, 29 oktyabr, AZƏRTAC
Türkiyə əsas milli bayramı olan Cümhuriyyət Gününü qeyd edir.
AZƏRTAC xəbər verir ki, Türkiyə Cümhuriyyəti 1923-cü il oktyabrın 29-da (yerli vaxtla saat 20:30 – red.) Ankarada keçirilən parlament iclasında elan edilib. Birinci çağırış Böyük Millət Məclisinin (parlament) 158 üzvünün hamısı qanun layihəsinin lehinə səs verib.
Elə həmin gün ilk prezident seçkiləri keçirilib. Mustafa Kamal Atatürk yekdilliklə Cümhuriyyətin lideri seçilib.
Beləliklə, idarəetmə forması məsələsi həll edilib və Türkiyə tarixində yeni bir səhifə açılıb.
Cəmi bir il sonra ilk dəfə Cümhuriyyət Günü qeyd edilib və bu əlamətdar gün 1925-ci ildə rəsmi olaraq “milli bayram” statusu alıb.
Cümhuriyyət Gününü qeyd etmək üçün Türkiyənin 81 vilayətinin hər birində, həmçinin ölkənin xarici nümayəndəliklərində və Şimali Kipr Türk Cümhuriyyətində təntənəli tədbirlər keçirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət üzvləri, Baş Qərargah və ölkənin siyasi partiyalarının nümayəndələri ilə birlikdə Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edəcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 29 Oktyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















