Icma.az
close
up
RU
Binalarda komendant pulu ləğv olunur Diqqət!

Binalarda komendant pulu ləğv olunur Diqqət!

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür.

Axar.az xəbər verir ki, sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu qurumlar hələ də mənzil haqlarını yığmaqda davam edirlər. Sakinlər lift, təmizlik və zibilin daşınması üçün mütəmadi ödəniş etsələr də, real mənzərə çox vaxt ürəkaçan olmur.

Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən idarə olunan binalarda isə "komendant pulu" termini sakinlərin ən çox şikayət etdiyi mövzudur. Burada kommunal xidmət haqları (lift, mühafizə, işıqlandırma və s.) çox vaxt vahid tarif olmadan, binadan binaya dəyişən subyektiv qiymətlərlə yığılır. Hesabatlılığın olmaması, mənzil sahiblərinin idarəetmədə iştirak edə bilməməsi və ödənişlərin bəzən "ayrı-seçkilik" prinsipləri ilə yığılması sakinlərin narazılığını artırır.

Bu idarəetmə böhranı və qanunvericilikdəki boşluqlarla bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov mövcud vəziyyəti tənqid edib:

“Bina və komplekslərdə ümumi istifadədə olan lift, su nasosu, işıqlandırma, mühafizə və s. kimi ümumi istifadə olunan xidmət və invertarların idarə olunmasında yeni qanunvericilik yanaşması tətbiq olunmalıdır”.

Onun sözlərinə görə, sakinlərin MMMC yaradaraq binanı idarəetmək üçün təşkilatlanması mexanizmi hazırkı şəraitdə işlək deyil:

“Qonşuların yaratdığı müştərək cəmiyyətlər mülki məcəllə ilə tənzimlənsə də yenə mexanizm fayda vermir. O zaman hər hansı problemin həlli üçün məhkəməyə müraciət olunmalıdır. Aylarla çəkən məhkəmə prosedurunu gözləmək məntiqə uyğun deyil. Hansısa kiçik binada qonşular bir-birlərinə yaxın olduqları üçün bu mümkün ola bilər. Amma yaşayış komplekslərində insanlar tanış da deyillər. Kimdənsə pul istəmək çətin məsələdir. Hətta bilərəkdən ödəniş etməyənlər olur. Bəzi Mənzil Tikinti Kooperativləri (MTK) də düzgün işləmir. Öz tanıdıqları adamları mənzil satırlarsa, əlbəttə, növbəti mərhələrdə aralarındakı münasibət davam edə bilər. Bu da digər sakinlər arasında birmənalı qarşılanmayacaq”.

Qanunvericilikdəki prosedurların ağırlığına toxunan millət vəkili alternativ model təklif edir:

“Komitədə təklif verəcəm. Kommunal xidmət ödənişlərinin yığılması və xidmətin göstərilməsi üçün vahid publik hüquqi şəxs yaradılması məqsədəmüvafiqdir. Belə olan halda inzibati məsuliyyət vətəndaşı məcbur edəcək ki, vaxtında ödəniş etsin”.

Rövşən Muradov köhnə binaların idarəçiliyi və bələdiyyə institutunun zəifliyi barədə də faktları xatırladıb:

“O ki qaldı sovet dövründə inşa edilmiş binalara, onlara hələ Mənzil Kommunal İstismar idarələri baxır. İdarənin yığdığı vəsaitə nəzarət mexanizmi isə yoxdur. Ümumiyyətlə “JEK” adlandırılan qurumlar 2009-cu ildən ləğv edilib. Az sayda qalanlar hansısa kabinetlərin xətti ilə mövcuddur. Qanunvericilklə yaşayış zonalarında bəzi xidmətlər – binaların fasadının təmiri, təmizlik kimi işlər bələdiyyə orqanlarının vəzifə borcuna aiddir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Yanvar 2026 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri