Icma.az
close
up
RU
Binalarda enerji pasportu: Hansı binalarda yaşamaq sərfəli olacaq?

Binalarda enerji pasportu: Hansı binalarda yaşamaq sərfəli olacaq?

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məlum olduğu kimi, Azərbaycanda yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq. Məsələ artıq Milli Məclisin plenar iclasında müzakirə edilib və birinci oxunuşda qəbul olunub.

Qanuna görə, pasportlaşdırma qanun qüvvəyə mindikdən sonra yalnız yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan binalara şamil ediləcək. Mövcud, yəni istismarda olan binalar bu tələbdən kənarda qalacaq. Qayda və mexanizmlər Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək. Bildirilib ki, kvadratmetri 2500 manata satılan ev enerji pasportu olduqdan sonra 2700 manata təklif olunacaq.

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Ölkə.az-a açıqlamasında bildirib ki, enerji pasportunda binanın illik elektrik enerjisi sərfiyyatı və bu sərfiyyatın binanın hər kvadratmetrinə düşən payı müəyyən edilir. 

Onun sözlərinə görə, eyni zamanda təbii qaz, su isitməsi və ümumi enerji sərfiyyatı hesablanır:

"Həmin ümumi enerji sərfiyyatı hesablanandan sonra binanın hansı tipə aid olduğunu müəyyən etmək olur. Əgər binanın bir kvadratmetrinə düşən illik enerji sərfiyyatı 80 kVt·saatdan aşağıdırsa, bu halda bina A tipli enerji səmərəliliyi sinfinə aid edilir. 80–120 kVt·saat aralığındadırsa – B tipli, 120–160 kVt·saat aralığındadırsa – C tipli, 160–200 kVt·saat aralığındadırsa – D tipli, ondan yuxarı olduqda isə bina E və ya G tipli enerji səmərəliliyi sinfinə daxil olur. 

Bu tiplər təbii ki, binanın səviyyəsinin, onun enerji təminatına və qənaətinə uyğun olaraq spesifikasının bölümüdür. Buna görə də enerji pasportunun tətbiqindən sonra vətəndaşlar daha çox A, uzaqbaşı B tipli binalarda yaşamağa üstünlük verəcəklər

Yəni A və B tipli binalarda enerji sərfiyyatı daha az olur. Vətəndaş düşünəcək ki, mən il ərzində, məsələn, müəyyən məbləğdə enerji xərci çəkirəm, lakin daha səmərəli – A və ya B tipli binada yaşasam, bu xərc iki dəfə az ola bilər. Bu, enerji sərfiyyatından əlavə, eyni zamanda istilik keçiriciliyi də əsas götürülür.

Yəni istilik keçiriciliyi deyəndə nə nəzərdə tutulur? Tutaq ki, pəncərələrin ikiqat şüşə ilə təchiz olunması. Mütləq A və B tipli binalarda belə bir tələb mövcuddur. Xarici divarların istilik keçiriciliyinin səviyyəsi, damın istilik keçiriciliyinin səviyyəsi, normaya uyğunluq burada tələb olunur. Döşəmənin istilik keçiriciliyinə dair tələblər də nəzərə alınır. Yəni bu tələblər ödənildiyi anda həmin enerji pasportunda bu qeyd olunur. Evlərin, mənzillərin istiliyinin, temperaturunun saxlanması nədən asılıdır? Ondan asılıdır ki, pəncərələrin şüşələri ikiqat olsun, damı, döşəməsi, xarici divarları möhkəm olsun və hava keçiriciliyi olmasın.

Yəni bütün bunlar ona görə müəyyən olunur ki, əgər izolyasiya parametrləri normativlərə uyğun şəkildə aparılsa, bir mənzilin qızdırılması, onun enerji tələbatının ödənilməsi üçün çox böyük enerji tələb olunmaz. Biz tikintidə normativlərə əməl olunmaması ucbatından hər il, bəlkə də, milyardlarla əlavə pul xərcləyirik. Bundan əlavə isə təkcə pul kimi yox, eyni zamanda enerjinin itirilməsi kimi bunu təsəvvür edin. Ona görə bütün bu yeniliklər ona görə həyata keçirilir ki, həm enerjiyə qənaət olunsun, həm də eyni zamanda vətəndaşlarımız daha komfort şəraitdə və az xərclə yaşaya bilsinlər".

V.Oruc qeyd edib ki, vətəndaşlara enerji pasportunda həm də binalarda enerjiyə qənaət olunması ilə bağlı tövsiyələr də veriləcək:

"Əgər hər hansı bir çatışmazlıq varsa, mütəxəssis tərəfindən tövsiyələr həmin bina sahiblərinə yönəldiləcək. Məsələn, yaxşı olardı ki, damda günəş panellərinin quraşdırılması həyata keçirilsin. Bu zaman müəyyən qədər enerjiyə qənaət edilməsi mümkündür. Binanın həyətinin, dəhlizlərin, pilləkanların, liftlərin və liftönü sahələrinin işıqlandırılması LED işıqlandırma sistemi ilə həyata keçirilsin, bu da müəyyən qədər enerji qənaətinə gətirib çıxarır. Sonra isitmə sistemində avtomatik idarəetmənin təmin olunması. Avtomatik idarəetmə nədir? Bəzi kombilər mövsümi temperaturlara görə sərfiyyatını tənzimləyir. Yəni isti havalarda həmin kombilər daha az çalışır və suyun qızdırılmasına yönəldilir. Əsas enerji soyuq havalarda isə daha çox otaq daxili havanın qızdırılmasına yönəldilir və temperatur əgər binanın xaricində necədirsə, daxilində də o cür tənzimlənir. Yəni otaq temperaturunun tənzimlənməsi baş verir və bununla da enerjiyə qənaət olunur. Sərfiyyatda baş verə biləcək hər hansı itki aradan qaldırılır və bu həm vətəndaşa, həm də təbii ki, enerji resurslarımızın mühafizəsinə xidmət edir. Gələcəkdə daşınmaz əmlak bazarında bunun təsiri böyük olacaq. Yəni belə deyək ki, pasportu olmayan evlərin bazarda populyar olacağını düşünmək olmaz. Daha çox vətəndaşlarımız enerji qənaətini həyata keçirmək və müasir komfort şəraitdə yaşamaq üçün enerji pasportu olan binalardan ev alacaqlar".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:328
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri