Icma.az
close
up
RU
“Binamızın girişi maşınlarla bağlanıb” Video

“Binamızın girişi maşınlarla bağlanıb” Video

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Binamızın girişi avtomobillərlə bağlanıb. Sakinlər, xüsusilə, uşaq arabası ilə içəri daxil ola bilmirlər. Həmçinin binanın yanğın təhlükəsizliyi tələblərə cavab vermir”.

Bu iddia ilə “Qafqazinfo”ya Bakının Xətai rayonu Xudu Məmmədov küçəsi 43C ünvanında yerləşən “Şərur MTK”ya məxsus yaşayış binasının bir qrup sakini müraciət edib. 

Onların sözlərinə görə, dəfələrlə problemlərlə bağlı müraciət etsələr də, aradan qaldırılmayıb: “Bütün blokların qabağı bağlıdır, camata hərəkət edə bilmir. Həmçinin binada yanğın təhlükəsizliyi qorunmur. Əgər yanğın olsa, onun üçün nəzərdə tutulmuş kranlarda su yoxdur. Yanğınsöndürmə şitləri boşdur. Dəfələrlə müraciət etsək də, əncam çəkən yoxdur”.

Yaranmış problemlə bağlı “Şərur MTK”nın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova ilə əlaqə saxladıq. O, yanğın təhlükəsizliyi sisteminin yaxşılaşdırılması məqsədilə iş aparıldığını dedi: “Həmin ünvanda təhlükəsizlik sisteminin daha da keyfiyyətli olması məqsədilə bir sıra işlər gedir. Podratçı şirkət tərəfindən şlanklar götürülüb yenisi ilə əvəz olunacaq. Artıq yenisi alınıb, binanın zirzəmisindədir, gedib baxa da bilərlər. Oğurluq hallarının qarşısının alınması üçün müvafiq tədbirlər görülür ki, bura da domofonlar da daxildir. Çox qısa müddətdə işlər yekunlaşdırılıb öz həllini tapacaq”. 

Maşınların giriş-çıxış yolunu bağlaması haqda suala isə mətbuat katibi​ belə cavab verib: “Qaldı ki, həyətdə maşınların olmasına, insanlar yaşadığı binanın qarşısında maşın saxlamaq ixtiyarında deyil? MTK gedib sakinlərin maşınlarını həyətdən çıxaracaq? Bu sakinin özü yəqin maşınsızdır. Sual vermək istəyirəm, hansısa bir yerə qonaq gedəndə maşını harada saxlamalıyıq? Və ya evimizə gəlirik, maşını başqa bir ərazidə saxlamalıyıq ki?!”

Gülnar Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 May 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri