Icma.az
close
up
RU
“Binamızın divarlarını dağıdırlar, həyatımız təhlükədədir” Fotolar

“Binamızın divarlarını dağıdırlar, həyatımız təhlükədədir” Fotolar

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Binamızın daşıyıcı divarlarını qanunsuz olaraq sındırıb lift sahəsinə əlavə qapılar açıblar. 4000 sakinin həyatı təhlükədədir. Gələcəkdə təbii fəlakət olsa, biz Türkiyənin aqibətini yaşayacağıq”.

Bu barədə “Qafqazinfo”ya Bakının Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yaşayan jurnalist Samir İsmayıl məlumat verib. 

O bildirib ki, sözügedən ünvandakı binanı inşa etmiş “The Baku Group” MTK mənzilləri bölüb iki ayrı ev kimi satmaq məqsədilə əsas daşıyıcı divarları dağıdır: “Binanın 21-ci blokunda, 3-cü mərtəbədə yerləşən 700 saylı mənzilin sahibi və son dövrlərdə sakinlərin şikayətləri ilə gündəmdə olan “The Baku Group” MTK əlbir olublar. Binanın təxminən 50-60 santimetr enində olan daşıyıcı dəmir-beton divarı sındırılıb və lift sahəsinə əlavə giriş qapısı açıblar. Məqsəd mənzili iki yerə bölüb satmaqdır. Açılan qapı binanın ən mühüm dayaq nöqtəsinin tam altında yerləşir. Hadisə üzə çıxan kimi isə beton qırıqları ərazidən uzaqlaşdırılıb”.

S.İsmayılın iddiasına görə, məsələ təkcə bir mənzillə bitmir, 10-dan çox mənzildə vəziyyət eynidir: “Kompleksdə 10-dan çox mənzildə aparıcı beton divarların sındırılaraq lift sahəsinə ikinci qapı açıldığını müəyyən etdim. Hesab edirəm ki, ətraflı yoxlama aparılarsa, daha çox belə hal üzə çıxa bilər. Belə qanunsuz müdaxilələr onsuz da keyfiyyətsiz tikilmiş bu kompleksdə yaşayan və işləyən 4000-ə yaxın insanın həyatını təhlükəyə atır”. 

Şikayətçi əlavə edib ki, məsələ ilə bağlı aidiyyətli qurumlara müraciət etsə də, nəticəsiz qalıb: “The Baku Group” MTK-nın qanuni təmsilçisi Rasim Ələkbərovla əlaqə saxlasam da, bununla bağlı hər hansı tədbir görülməyib. Bu ilin may ayından etibarən müxtəlif dövlət qurumlarına dəfələrlə müraciət etsəm də, problem araşdırılmır.

“The Baku Group” Xocalı prospekti haqqında danışılan kompleksin tikintisinə 2005-ci ildə başlayıb. Bina 2019-cu ildə hissəli təhvil verilsə də, qaraj, abadlıq və lift işləri 7 ildir tamamlanmır. Mənzil Məcəlləsinə görə, bina təhvil verildikdən 1 ay sonra idarəetmə sakinlərə keçməli idi, lakin MTK binanı vermir. Yağış yağanda zirzəmini su basır, yayda elektrik tez-tez kəsilir, həyət baxımsızdır. MTK binanın balansında qalan 20-dən çox mənzili satıb mənimsədikdən sonra, indi də daşıyıcı divarları sındıraraq mənzilləri bölüb satmaqla qanunsuz pul qazanmağa başlayıb”.

Sözügedən şikayətlə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) sorğumuza cavab olaraq bildirilib ki, binalar üzrə inzibati icraat yerli icra hakimiyyətinin səlahiyyətindədir: “Sifarişçisi “The Baku Group” MMC olan və Bakı şəhəri, Xətai rayonu, S. Vəzirov küçəsində yerləşən binanın istismarına 2019-cu ildə icazə verilib. Bildiririk ki, istismarda olan binalar üzrə inzibati icraat FHN-in səlahiyyətləri xaricindədir. Yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması habelə bu istiqamətdə özbaşına aparılan işlərlə bağlı tənzimlənmə Azərbaycanın Mənzil Məcəlləsində təsbit edilib. Məsələ ilə bağlı yerli icra hakimiyyətinə müraciət edilməsi tövsiyə edilir”.

Problem barədə Xətai Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Bizə bu barədə vətəndaş tərəfindən bir neçə dəfə müraciət edilib. Məsələ araşdırılır. Şirkət tərəfindən bizə hansısa qanunsuzluğun olmadığı bildirilir”.

Məsələ ilə əlaqədar “The Baku Group” MTK-ya göndərdiyimiz müraciətə cavab olaraq deyildi ki, mənzillərin bölünməsi MTK-nın səlahiyyətində deyil: “The Baku Group” MTK binanı istismardan çıxararaq, bütün mənzillərə çıxarış alınması üçün sənədlər verib. Mənzillərin bölünməsi Mənzil Məcəlləsinə uyğun olaraq, müvafiq qurumlar tərəfindən baxış keçirilərək aparılır. Mövcud qapı boşluğunda beton riger və kolona toxunmadan qapı açılması, qanunazidd olmadığı kimi, bölünməsi də MTK səlahiyyətində deyil”.

Fatimə Şahverdiyeva



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Avqust 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri