Icma.az
close
up
RU
Binədə yol üstündə ölüm: Korsan, hara sürürsən?

Binədə yol üstündə ölüm: Korsan, hara sürürsən?

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Ölkə.Az lent.az-a istinadla xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid Ceyran Əliyeva hadisə baş verən gün həyat yoldaşının maşınında olduğunu bildirib:

"Həmin gün uşağı həkimə aparırdıq. Yoldaşım maşını dayanacaqda saxladı. Elə bu zaman məlum şəxs (təqsirləndirilən Maksim Əhmədovu göstərir) korsan, hara sürürsən maşını? deyə yoldaşımın üstünə qışqırdı. Yoldaşım ona zəhmət olmasa, yol verin keçək dedi. Bu məlum şəxs yoldaşımın üstünə gələndə ailəliklə maşında idik deyə, ərim bizi oradan kənarlaşdırdı. Uşaq çox qorxmuşdu. "Birdən ataya nə isə edər" deyib dururdu. Ürəyim dözmədi, geri qayıdanda yoldaşımı qan içində gördüm".

Təqsirləndirilən Maksim Əhmədov isə şahidə "Mən maşını qabağa vermişəmsə, niyə "korsan?" deyim? Əgər atası ilə mübahisə etmişəmsə, düşəndə niyə davam etmədim?" deyib.

Zərərçəkənin hüquqi varisləri Səfərov Rauf İdris oğlunun şahid qismində dindirilməsini məhkəmədən xahiş ediblər. Məhkəmə bunun növbəti proses zamanı müzakirə ediləcəyini bildirib.

Daha sonra növbəti məhkəmə 5 fevral saat 11:00-a təyin olunub.

Xatırladaq ki, qətl hadisəsi 2025-ci il aprelin 25-də saat 8 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək, Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Məlumata görə, mərhum S. Əliyev Binə qəsəbəsində əmlak alqı-satqısı (makler) kimi fəaliyyət göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Dekabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri