Icma.az
close
up
RU
“Korsan, çolaqsan, səni görüm…” Zəhər tuluğuna DÖNƏN DİLİMİZ

“Korsan, çolaqsan, səni görüm…” Zəhər tuluğuna DÖNƏN DİLİMİZ

Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.

Son vaxtlar psixoloji problemi olan insanların sayı artıb. İnsanlar tez özündən çıxır, bir-birinin sözü bir birinin boğazından keçmir, avtobusda, marketlərdə, ictimai yerlərdə, eləcə də sosial şəbəkələrdə, efirlərdə aqressiv və əsəbi davranışlar nümayiş etdirirlər.

Mövzu ilə bağlı Yenicag.az-a danışan psixoloq Ülviyyə Murtuzova cəmiyyətdə artan qəzəb, nifrət, aqressiya halları və digər mənfi xüsusiyyətlərin yaranma səbəblərini açıqlayıb.

“Heç bir insan aqressiya ilə doğulmur. Aqressiya sonradan yaranan duyğudur” deyən psixoloq bunun kökündə psixoloji, bioloji və sosioloji səbəblərin dayandığını bildirib:

“Təbii ki, bu, hər bir kəsin individual yanaşmasından asılıdır. Kim nəyə görə aqressivləşir? Hər hansı bir xəstəlik fonunda aqressivləşmə yarana bilər. Xəstə olan bir insan “niyə mən bu xəstəliyə məhkum oldum, amma başqaları gözəl həyat yaşayır” deyə aqressiya nümayiş etdirə bilər. Psixoloji problemi olan insanlarda bir neçə ciddi şəxsiyyət, hətta davranış pozuntuları var ki, onun fonunda aqressiya sərgilənir. Çünki bunlar paralel şəkildə yürüyür. Bunların təsiri məhz aqressiya yaradır. Bu gün faiz göstəricisi ilə götürsək, aqressiyanın təməlində sosial məsələlər dayanır”.

Mütəxəssisin fikrincə, yaşayış təminatının aşağı olması, insanın maddi problemlər üzündən özünün arzuladığı həyatı yaşaya, eləcə də ailə üzvlərinə istədiyi həyatı yaşada bilməməsi, cəmiyyətdə özünü istədiyi kimi təsdiq və təqdim etmək imkanının qısıtlı olması və digər sosial məsələlər də bunlara səbəbdir:

“Məsələn, “filankəs yaxşı yaşayır, o həyatı mən niyə yaşaya bilmirəm” kimi düşüncələr insanlarda aqressiya yaradır. Amma təməldə dayanan tibbi və bioloji xəstəliklər fonunda yaranan aqressiyalardır. Digər səbəblər insanın qəbullanmamaq dərəcəsi, emosional gücünün zəif olması mübarizə aparmamaq metodudur. İnsan nəyəsə nail olmaq üçün sağlam rəqabət aparmalıdır. Əfsuslar olsun ki, paxıllıq xofu da insanlarda aqressiya yaradır”.

Psixoloq sosial şəbəkələrdə, efirlərdə aqressiv reaksiyalardan da danışıb:

“Təəssüflər olsun ki, bu gün düşünmə, qavrama, dərketmədə özümüzü geri apardıqca, “niyə uğursuzam” sualının cavabını özümüzdə axtarıb düzəliş etməkdənsə, başqalarının uğuruna sevinməyərək aqressiv oluruq. Sosial mediada bir uğurlu iş xanımının, yaxud da bəyinin paylaşımına yazılan rəylərə, habelə efirlərdə üzdə olan insanlara sərgilənən reaksiyalara baxsaq, aqressiya görərik. Təbii ki, insanlarda əlçatanlıq olmayanda, belə formalarda aqressiyalar özünü göstərir. Amma yenə də bunun kökündə psixoloji məqamlardan çox sosial məsələlər durur”.

Cəvahir

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 05 Fevral 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri