Icma.az
close
up
RU
Biokütlədən bioenerjini necə almalı?

Biokütlədən bioenerjini necə almalı?

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Heyvan peyinindən bioqazın necə əldə edilməsi məsələsi son illər insanları ən çox maraqlandıran məsələlərədən biridir. Heyvan peyinindən bioqaz istehsalı xüsusi təmizlənmə üsulları və texnikası ilə daha çox Avropa Birliyi ölkələrində inkişaf etdirilərək yerli enerji istehsalı resurslarına mühüm töhfə verir. Hazırda Almaniya, Fransa, İsveçrə, İtaliya, Avstriya bu istiqamətdə çox iş görüb. Təkcə Almaniyada 3500-dən çox bioqaz qurğusu heyvandarlıq və kənd təsərrüfatı tullantılarından bioqaz istehsal edir. Məsələn, Danimarka heyvan peyinini digər üzvi tullantılarla qarışdıraraq bioqaz əldə edən ən populyar ölkələrdən biridir.

Biokütlələrdən alınan bioqaz-metan qazı istehsalı imkanları bizim ölkəmizdə də var. İstənilən maldarlıq, heyvandarlıq ferması yaxınlığında bu enerjidən istifadə üçün imkan yaratmaq və qaz əldə etmək olar. Əgər heyvan peyinindən şüurlu şəkildə istifadə olunarsa, bunun təbiətə bir çox faydaları ola bilər. Digər alternativ enerji növlərindən fərqli olaraq bioenerji təbiətə, cəmiyyətə verdiyi faydalar baxımından daha üstündür. Bu enerji növü daha çox təbii qazın alternatividir, çünki bioqaz qurğularının istehsal etdiyi enerji metan qazından ibarətdir və bu da təbii qaz kimi yanar qazdı. Amma o təbii qaza nisbətən daha ağır yanacaqdır, yəni onun verdiyi istilik enerjisi daha çoxdur, istilik əmsalı daha üstündür.

Digər ölkələrdən fərqli olaraq Danimarkada mərkəzləşdirilmiş bioqaz qurğuları tikilib. Təsərrüfatlardan toplanan tullantıları mərkəzi bioqaz qurğularında qaz hasil etmək üçün istifadə etdikdən sonra sistem bioqazı mərkəzi təbii qaz şəbəkəsinə verir və yerdə qalan kütlədən yaranan gübrəni fermerlərə paylayır. 1500-2500 baş mal-qara peyini ilə bioqaz emal edən qurğu gündə 10.000-15.000 m³ arasında bioqaz istehsal edə bilir. Bioqaz enerjisinin xüsusi bir xətlərlə çəkilişinə ehtiyac yoxdur. Lokal qurğulardan istifadə olunur və elə mövcud olduğu yerdə də istifadəsi mümkündür. Təbii qazın isə yüksək dağlıq regionlara təchizatında bildiyimiz çətinliklər var. Relyef, uzaqlıq məsələləri, ümumiyyətlə daha çox vəsait tələb olunur. Amma bu vəsaitin tələb olunmadığı bir enerji növü axtarmalı olsaq, bioqaz enerjisinin üzərində dayanmalıyıq. Bioqaz enerjisinin istənilən heyvandarlıq təsərrüfatı olan yerlərdə tətbiqi mümkündür. Yəni heyvandarlıq təsərrüfatlarının tullantısını, peyinini bioqaz qurğularında xüsusi bir prosesə məruz qoymaqla əldə edilir.

Bu prosesdə peyinin tərkibindəki biorqanizmlər, mikroorqanizmlər aktivləşdirilir. Onlar da bir neçə qrupa bölünürlər - psixofillər, termofillər, mezofillər. Mezofillər ikinci yerdədir, temperatur tələbatına görə. Termofillər isə 45 dərəcədən yuxarıda aktivləşirlər. Psixofillər və mezofillər daha aşağı temperaturlarda aktivləşə bilirlər və bunların hər hansı bir reaktorda aktivləşdirilməsi yolu ilə peyindən əmələ gətirdiyi qaz, təbii qazın alternativ olaraq bir yanacaq kimi istifadə oluna bilər. Bu üsul meşələrin qorunmasında ən faydalı resursdur. Digər tərəfdən bioqaz qurğularının əsas faydası heyvandarlıq təsərrüfatlarının tullantısının ətraf mühitə verdiyi zərərin qarşısını ala bilməsidir. Bir çox ekoloqlar hətta bu zərərin qarşısını almaq üçün heyvandarlıq təsərrüfatlarının azaldılmasını, bir çoxları isə ümumiyyətlə ixtisarına dair çağırışlar edirlər.

Heyvan tullantılarından bioqaz əldə etmək yaşıl dünya üçün vacib adımdır. Bioqazla əldə edilən elektrik və istilik istehsalı iqtisadi səmərəliliyi təmin edir. Emal tullantıları gübrə kimi istifadə edilə bilər, üstəlik bioqaz hasilatından sonra əldə edilən gübrələrdən istifadə etmək daha asandır. Qlobal istiləşməyə səbəb olan ən mühüm amil olan istixana qazı emissiyaları bu üsulu tətbiq etməklə azalır.

Metan ən təhlükəli istixana qazlarından biridir. Heyvan tullantılarından atmosferə atılan metan qazı eyni həcmdə CO2-dən 20 dəfə çox istixana qazı effektinə malikdir. Peyin atmosferə açıq şəkildə atıldığı zaman orada gedən xüsusi proseslər nəticəsində ayrılan metan qazı atmosferin yuxarı qatlarına qalxır və istixana effekti deyilən problemin yaranması ilə nəticələnir. Lakin bioqaz qurğularında əldə edilən metan yandırılaraq CO2-yə çevrilir, yəni zərəri 20 dəfə azaldılır. Çox ucuz və ekoloji cəhətdən təmiz bir tullantı olan biokütlə tək peyin yox, digər oxşar məişət və kənd təsərrüfatı tullantıları da ola bilər. Bu yolla süni gübrələrdən asılılığı azaltmaq da olar.

Bioqaz qurğularının daha bir faydası isə həmin istifadə edilən peyindəki mikroorqanizmlər o peyini həzm edərək yeməsi və yenidən ifraz etməsidir. Həmin peyin artıq peyin olmaqdan çıxaraq bioqumusa çevrilir. Bioqumus isə ən faydalı və ən qiymətli gübrədir. Onun Avropadakı 20 il bundan əvvəlki qiyməti 4000 evro idi. İndiki qiyməti düzü necədir, onu bilmirəm, amma yəqin ki, bu son bahalaşmalar, inflyasiya bioqumusun da qiymətində artıma səbəb olub. Yəni bu çox faydalı bir gübrə növüdür və həmin biokütlə enerjisi ilə əldə eləmək olur. Digər tərəfdən isə təbii qaz xətlərinin çəkilişinin tələb etdiyi artıq xərclərdən yaxa qurtarmış oluruq.

Bioqaz qurğusu qaz mühərriki və generatoru olan kogenerasiya qurğusu vasitəsilə elektrik enerjisi də istehsal edir. Belə olanda benzinlə işləyən mühərriklər bioqazla işləyir və generatorları idarə edir. Bu elektrik enerjisinin kiçik bir hissəsi obyektin öz ehtiyaclarına yönəldilir. Məişət cihazlarına, məsələn mətbəxdəki mikser və ya soba, su nasosu, televizor kimi avadanlıqlarda istifadə üçün istifadə olunur. Qalan elektrik enerjisi satıla, ümumi şəbəkəyə verilə bilər. Hətta satılmasa belə evin, müəssisənin enerji təminatı pulsuz başa gəlir.

Bioqaz istehsalında heyvan peyini ilə yanaşı kənd təsərrüfatı tullantıları, toyuq, qaz, ördək peyini də istifadə edilə bilər. Tövlədə gündəlik yığılan heyvan peyini nasosla balans çəninə ötürülür, çənə yerləşdirilən nasosla isə həmin peyin müəyyən konsentrasiyaya uyğun olaraq bioqaz zirzəmisi adlanan ayırma çəninə vurulur. Bioqazın neçə günə əmələ gəlməsinə gəlincə, bioqaz zirzəmisində təxminən 24 gün saxlanılan və emal edilən heyvan tullantıları tərkibində 65% metan olan bioqaz əmələ gətirir, o zaman təmizlənmiş tullantılar zirzəmidən sorularaq bufer çəninə göndərilir, yəni yaranmış maddə axın boyunca yuxarı göndərilir və ayırıcı qurğuya vurulur, burada isə qaz kütlədən ayrılır. Ayırıcıdan ayrıldıqdan sonra yerdə qalan kütlə gübrə kimi maye formada əkin sahələrinə göndərilir. 1 ton mal-qara peyinindən 33 m³ bioqaz, 1 ton quş peyinindən 78 m³, 1 ton qoyun peyinindən 58 m³ bioqaz hasil edilə bilər.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Mart 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri