Biomüxtəlifliyin qorunması hər birimizin məsuliyyətidir Məcnun Məmmədov
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Balıq ehtiyatlarının düzgün idarə olunması, ov mövsümünün tənzimlənməsi, nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi sahəsində atılan addımlar həm ətraf mühitin, həm də regionlarda iqtisadi fəaliyyətin davamlılığını təmin edir.
Redaktor.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.
"Biomüxtəliflik günü ilə əlaqədar nərə balıqlarının Xəzər dənizinə buraxılma tədbirində iştirak etdik. Su hövzələrində müxtəlif balıq növlərinin mövcudluğu yalnız ekoloji balansı deyil, həm də iqtisadi dayanıqlılığı təmin edir.
Biomüxtəlifliyin qorunması və davamlı idarə olunması hər birimizin məsuliyyətidir. Ekosistemlərin sağlamlığı və iqtisadi davamlılıq üçün biomüxtəlifliyin əhəmiyyətini dərk etmək və bu sahədə fəaliyyət göstərmək gələcək nəsillərin rifahı üçün vacibdir", - nazir bildirib.
Baxış sayı:82
Bu xəbər 22 May 2025 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















