Icma.az
close
up
RU
Bir açıqlama, on sual

Bir açıqlama, on sual

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Sabah” – “Kəpəz” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Vasili Berezutskinin Elvin Camalov haqda dedikləri (“komandamızın keçmiş kapitanı, hazırda “Neftçi”də oynayan Elvin Camalov özünü çox qeyri-peşəkarcasına apardı”) tam üç gün müzakirə olunandan sonra, nəhayət, məsələyə aydınlıq gəldi.

Paytaxt klubu aprelin 9-da rəsmi açıqlama yaymağa məcbur oldu. İş ondadı ki, bu açıqlama özü ilə bərabər çoxlu sual da gətirdi ki, mən yalnız 10-u (!) üzərində dayanacam.
1-ci sual. Elvin Camalovun davranışı ilə bağlı vəziyyətin aydınlaşdırılmasını zəruri sayan “Sabah” sabiq kapitanın iki dəfə əlaqə saxladığı futbolçunun adını niyə açıqlamır? Axı hər kəsə gün kimi aydındı ki, söhbət “bayquşlar”ın nigeriyalı ulduzu Cesse Sekidikadan gedir. Adamın adının açıqlanmaması (açıqlamada “komandamızın əsas oyunçularından biri” kimi tanıdılır) başqa futbolçuların da üzərinə kölgə salmırmı, araya şübhə toxumu səpmirmi?
2-ci sual. Elvin sabiq komanda yoldaşını kubokun yarımfinal oyunundan əvvəl dilə tutmağa, şirnikləndirməyə çalışıbsa, “Sabah” niyə məhz o vaxt etiraz səsini ucaltmayıb, məsələni ictimailəşdirməyib?
3-cü sual. Elvin belə bir danışıq aparıbsa, bu, özünün, yoxsa baş məşqçi Samir Abasovun təşəbbüsü olub?
4-cü sual. Məhz ölkə kubokunun həm “Sabah”ı, həm də “Neftçi”ni avrokuboka aparacaq yeganə yol olduğunu, oyunun önəmini nəzərə alsaq, Elvin belə məqamda Sekidikanı transfer söhbətinə cəlb etməklə aşkar təxribatçı rolunu oynamırmı, bütövlükdə ölkədaxili turnirlərdən birinin şəffaflığını şübhə altına almırmı?
5-ci sual. Berezutskinin məlum mətbuat konfransından 6, “Sabah”ın ittiham dolu açıqlamasından 3 gün ötsə də, niyə Elvin Camalov və “Neftçi” cavab açıqlaması yaymayıb? Lap tutaq ki, Camalov belə məsələlərdə məsuliyyətini dərk etmir, bəs ölkənin ən yaşlı klubuna nə olub? Məgər “Neftçi” imicinin, nüfuzunun, ləyaqətinin müzakirə mövzusuna çevrilməsinin fərqində deyilmi?
6-cı sual. Camalov Sekidika ilə bir yox, bir neçə dəfə əlaqə saxlayıb. “Sabah”ın açıqlamasına inansaq, hətta israr edib. Onun mövsümün çox önəmli məqamında transfer təklifi ilə çıxış etməsi, özü də baş məşqçinin adından danışması məqsədyönlü təxribat deyilmi?
7-ci sual. Transferlər zamanı, adətən, baş məşqçi niyyətini açıqlayır, ya konkret futbolçunun, ya da güclənməli olan mövqenin adını çəkir, klubun skautları və ya başqa səlahiyyətli şəxslər danışığa başlayır. “Neftçi”də bütün bu prosedurlara əməl olunmamasının günahkarı kimdi? Doğrudanmı, bu klubda transfer söhbətlərini hansısa futbolçu aparır?
8-ci sual. “Sabah” bu açıqlamadan əvvəl “Neftçi” ilə əlaqə saxlayıbsa, “iki klub arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər mövcuddusa”, niyə məsələ ictimailəşdi? Niyə paytaxt klubları məxfi söhbət zamanı barış nöqtələri tapa bilmədi, niyə “Sabah” AFFA-ya müraciət etməli oldu?
9-cu sual. Camalov Sekidika ilə asanlıqla təmasa keçə, hətta transfer təklifi çatdıra bilirsə, ölkədaxili turnirlərdə danışılmış oyunlar, nəticələrin manipulyasiyası, futbolçuların bu işlə fəal şəkildə məşğul olması ilə bağlı ehtimallar artmayacaqmı?
10-cu sual. Bütün başverənlərdən sonra paytaxt klubları arasındakı cavab görüşündə az qala hər epizodun detallı şəkildə təftiş olunmayacağına, hər şeyə şübhə ilə yanaşılmayacağına kim təminat verir? Ümumiyyətlə, ölkə futbolu bu gərginliyin altından necə çıxacaq?
...Həvəsim yoxdu, olsaydı, sualların sayını bir qədər də artıra bilərdim. Bəlkə də Elvin məsuliyyətini dərk edib vaxtında üzr istəsəydi, məsələ bu yerə çatmazdı. Amma indi ox yaydan çıxıb. Elvinin düşüncəsiz hərəkəti ilə ölkə futbolunda böyük bir qalmaqalın əsası qoyulub. Futbol ictimaiyyəti Elvindən və “Neftçi”dən cavab gözləyir. Susmaq isə təkcə bizim ölkədə yox, hər yerdə razılıq əlaməyti sayılır.
HUŞƏNG

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Aprel 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri