Icma.az
close
up
RU
Bir görüş, min sual…

Bir görüş, min sual…

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AFFA-nın yeni baş katibi Cahangir Fərəcullayevin bu vəzifəyə təyin olunandan haqqında birmənalı qənaətə gəlmək mümkün olmayıb. Futbola yad sahədən gəldiyi üçün kimliyi haqda geniş və səhih məlumat azdır.

Bilinən hələlik ən qabarıq detal isə özü haqda fikirlərə həssas yanaşmasıdır. Bizə məlumdur ki, Cahangir bəy tənqid olunmağı elə də sevmir…

Hələ ki, fundamental bilgilər olmadığından barəsində kuluarlarda dolaşan söyləntilərə əsaslanmalı oluruq. Deyilənə görə, o, futbola dövlətin sütun kadrlarından olan Mikayıl Cabbarov tərəfindən yönləndirilib. Əsas missiyası dövlətin futbola ayırdığı maliyyənin doğru istiqamətlərə yönləndirilməsinə nəzarət etməkdir. Həmçinin İnkişaf Strategiyası layihəsinin icrasında ona koordinasiya subyekti kimi baxılır.

Bəs təyinatından indiyədək keçən qısa müddətdə Fərəcullayevin performansı ondan gözlənənləri gerçəkləşdirəcəyinə inam yaradırmı?

Hələ ki, bu suala pozitiv cavablar vermək çətindir. Ona görə ki, şəxsi haqda müsbət rəy bildirənlər olsa da, futbola inteqrasiyasında yol verdiyi bəzi anlaşılmazlıqlar yaranır. Xırda detallara zamanla toxunmağa vaxt və imkanımız olacaq, bu dəfə böyük bir anlaşılmazlığını qabartmağa ehtiyac var.

Belə ki, Fərəcullayev Parisdə AFFA-nın keçmiş baş katibi Elxan Məmmədovla görüşüb. Məmmədov ölkə futbolunda persona non-qrata hesab olunur. Fərəcullayev onunla görüşməklə hazırkı AFFA rəhbərliyinin politikasına uyğun gəlməyən addım atıb.

AFFA-nın rəsmi saytında bu haqda xəbərin mətni belədir:

” AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub.

C.Fərəcullayev FIFA-nın Parisdə yerləşən ofisində bir sıra görüşlər keçirib. O, tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru Elxan Məmmədov, Regional koordinatoru Marion Gavat, həmçinin FIFA-nın bəzi departament rəhbərləri ilə görüşüb.
Görüşlərdə ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub.
Eyni zamanda baş katibə FIFA-nın müxtəlif proqramları haqqında məlumat verilib”.

Maraqlıdır, yeni AFFA rəhbərliyindən heç kim FIFA-da vəzifəyə təyin olunandan Elxan Məmmədovla görüşməmişdi. Fərəcullayev isə bir növ, Paridə sanki onun qəbuluna getdi…

Hələ ki, kulis səviyyəsində mətbuatla müəyyən kommunikasiya quran Cahangir bəy indiyədək hansısa geniş açıqlama ilə çıxış etməyib. Güman edək ki, çoxlu açıq və ritorik suallar yaradan bu məsələ ilə bağlı fikirlərini ictimaiyyətlə bölüşər.

Onadək isə bu görüşün məqsədi, məramı barədə təfsil fikir bildirmək asan olmayacaq.

Suallar çox, danışan yox.

Elçin Cəlilov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 Aprel 2025 08:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri