Icma.az
close
up
RU
Bir ailənin faciəsi: Mətbəximizdəki görünməyən təhlükələr AÇIQLAMA

Bir ailənin faciəsi: Mətbəximizdəki görünməyən təhlükələr AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Son günlər bir ailənin 4 üzvünün qidadan zəhərlənməsi və 11 yaşlı uşağın həyatını itirməsi ilə bağlı xəbər narahatlıq yaradıb. Hadisə qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirərək belə halların nə qədər yayğın olduğu sualını doğurur.
Qida eksperti Fərid Səfərov Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür xəbərlər cəmiyyətdə haqlı narahatlıq yaradır və qida zəhərlənməsi bütün dünyada rast gəlinən mühüm ictimai sağlamlıq problemidir.
“Əksər hallarda yüngül keçsə də, uşaqlar, yaşlılar, hamilələr və xroniki xəstəliyi olan şəxslər üçün ağırlaşma riski yaradır. Qida zəhərlənmələrinin əsas səbəbləri bakterial çirklənmə, çiy və ya az bişmiş ət, çiy süd və yumurta, yaxşı yuyulmayan tərəvəzlər, otaq temperaturunda saxlanılan yeməklər, ev konservləri, soyuq zəncirin qırılması, gigiyena qaydalarına əməl olunmaması və vaxtı keçmiş məhsullardır. Ailəvi zəhərlənmələr adətən eyni qidanın istifadəsi nəticəsində baş verir,” – deyə o əlavə edib.
Ekspert qeyd edib ki, ictimai sağlamlıq sistemi qida təhlükəsizliyinə nəzarət edir, obyektlərdə yoxlamalar aparır, laborator analizlər həyata keçirir və yararsız məhsulları dövriyyədən çıxarır:
“Zəhərlənmə hallarında mənbə müəyyənləşdirilir, maarifləndirmə tədbirləri görülür və qayda pozuntularına qarşı hüquqi addımlar atılır. Belə halların qarşısının alınması həm dövlət nəzarəti, həm də fərdi məsuliyyət tələb edir. Qida təhlükəsizliyi hər bir ailənin gündəlik davranışları ilə birbaşa bağlıdır”. 
Qeyd edək ki, Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb. Qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri - bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib. Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırlıb.Xəstəxanadan bildirildiyinə görə, yenidən xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü qeydə alınıb.İlkin məlumata görə, ailənin zəhərlənməsinin səbəbinin konservləşdirilmiş tərəvəz məhsulu olduğu ehtimal edilir.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Fevral 2026 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri