Icma.az
close
up
RU
Azərbaycanda bir ailənin istirahəti neçəyə başa gəlir ? AÇIQLAMA

Azərbaycanda bir ailənin istirahəti neçəyə başa gəlir ? AÇIQLAMA

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan hazırda yay turizm mövsümünün qızğın dövrünü yaşayır. İlin bu günlərində çoxlu sayda insan boş vaxtlarından, məzuniyyət dövründən istifadə edərək istirahət zonalarına, bölgələrə üz tutur, asudə vaxtlarını xoş keçirmək istəyirlər. 


İstirahətin yaxşı keçirilməsi üçün əlbəttə ki, yaxşı maliyyə vəsaitinin olması da vacibdir. Yetəri qədər vəsait olmadan istirahətdən məmnun qalmaq mümkün olmur. 


Bəs Azərbaycanda bir orta statistik ailənin bir həftə ərzində normal istirahət edə bilməsi üçün nə qədər vəsait tələb olunur?


Sfera.az bildirir ki, Türkiyədə yeni aparılan araşdırmaya əsasən, 4 nəfərlik bir ailənin ölkə daxilində bir həftəlik tətili orta hesabla 6 min manata başa gəlir. 


Turizm üzrə eksperti Ceyhun Aşurov saytımıza açıqlamasında qeyd etdi ki, Azərbaycanda istirahət xərcləri seçilən yerə və xidmət səviyyəsinə görə dəyişir:


“Əgər ailə 5 ulduzlu oteldə istirahət etməyi seçərsə, bu zaman bir həftəlik tətilin xərci Türkiyədəki qiymətlərlə eyni, təxminən 5-6 min manat arasında ola bilər. Amma daha sadə formatda, məsələn kənd turizmi və ya villada qalmaqla istirahət edilərsə, bu xərc 1500-2000 manat ətrafında da ola bilər". 


C.Aşurov söylədi ki, kənd evlərində günlük qiymətlər 80-100 manat arasında dəyişir, villalarda isə bu rəqəm 500 manata qədər yüksələ bilər. Ekspert fərdi evlərdə qalan şəxslərin bir günlük yemək xərclərinin isə adam başına 30-35 manat təşkil etdiyini qeyd etdi.


C.Aşurovun fikrincə, istirahət edənlər üçün ən əlverişli variant hotellərdə, istirahət mərkəzlərində qalıb “hər şey daxil” sistemindən istifadə edilməsidir:

"Bu sistemin üstünlükləri çoxdur. Burada limitsiz yemək, içki, hovuz, dəniz və digər əyləncə xidmətləri var ki, bu da insanlarda psixoloji baxımdan daha rahat bir tətil təcrübəsi yaşadır. Bu cür tətil zamanı insanlar öncədən bütün ödənişləri etdikləri üçün istirahət məkanında pul xərcləmə qayğısı yaşamırlar. Elə bu rahatlıq hissi də onların tətilindən daha çox zövq almasına səbəb olur. Bu baxımdan bəzi ailələr eyni xərcə başa gəlsə belə, Türkiyədə və ya digər xarici ölkələrdə istirahəti üstün tuturlar”.


C.Aşurov qeyd edib ki, Azərbaycanda turizm imkanları artsa da, xidmət səviyyəsi və qiymət uyğunluğu hələ də turistlərin seçimlərinə təsir edən əsas faktorlardandır. 


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 İyul 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri