Icma.az
close
up
RU
“Bir aşpazı 1500 manata hazırlamaq mümkün deyil” Nazir

“Bir aşpazı 1500 manata hazırlamaq mümkün deyil” Nazir

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir aşpazı 1500 manata hazırlamaq mümkün deyil.

APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, elə peşə ixtisasları var ki, onların hazırlanması həqiqətən də yüksək vəsait tələb edir: "Məsələn, bir aşpazı 1500 manatla hazırlamaq mümkün deyil. Mən bunu əvvəlki çıxışlarımda da qeyd etmişəm ki, bir insanın bir aylıq maaşı qədər vəsaitlə həmin insana peşə vermək qeyri-real yanaşmadır. Məsələn, eyni ixtisas üzrə, məsələn, mühasibatlıq və ya maliyyə sahəsini götürsək, bakalavr təhsilinə bir tələbə üçün təxminən 2500 manat ayrılır. Bəzən düşünülür ki, peşə təhsili bu məbləğdən mütləq daha az maliyyələşməlidir. Amma bu yanaşma həmişə düzgün deyil. Burada sual budur ki, biz bir insanın təhsilinə, ixtisasına nə qədər pul yatırırıq və ondan nə gözləyirik? Əgər biz, məsələn, bir mühəndisi 10.000 manatlıq sərmayə ilə yetişdiririksə, ondan ən yaxşı halda 10.000 manatlıq mühəndis çıxacaq. 100.000 dollarlıq rəqabətqabiliyyətli mütəxəssis isə 10.000 manatlıq təhsillə mümkün deyil. Bu, sadəcə reallıqdır və konstruktiv yanaşma tələb edir. Prezidentin müvafiq fərmanına əsasən peşə təhsilinə ayrılan vəsaitlərin artırılması istiqamətində addımlar atılır. Amma bu da kifayət etmir. Çünki Azərbaycanın işğal dövründə bir çox peşə təhsili müəssisələri dağıdılıb, ərazilərdə məcburi köçkünlər yerləşdirilib, infrastruktur zəifdir. Buna görə də real yanaşma budur ki, harada imkan varsa, orada bu işləri həyata keçiririk. Son illər əsaslı təmir olunmuş və inkişaf üçün baza yaradılmış peşə təhsili müəssisələri var. Məsələn, Bərdə, Cəlilabad, Qəbələ, İsmayıllı və Bakıdakı bəzi peşə məktəbləri nümunə göstərilə bilər. Bu müəssisələrdə Maliyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində əlavə vəsait ayrılır və artıq rəqabətə əsaslanan kadr hazırlığına başlanılıb. Məsələn, Bakı Sənaye və İnnovasiyalar Peşə Təhsil Mərkəzində bəzi ixtisaslar üzrə məzunların işə qəbul faizi 100%-ə çatır. Hətta bəzi ixtisaslar üzrə qəbul rəqəmləri ali təhsil ixtisaslarından da yüksəkdir – bir yerə 6 nəfər müraciət edir. Niyə? Çünki orada keyfiyyətli infrastruktur, maliyyə dəstəyi və kadr potensialı mövcuddur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Noyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri