Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Bir ay, bir millət, bir Zəfər: Noyabrın mistik sirri...

Bir ay, bir millət, bir Zəfər: Noyabrın mistik sirri...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

İlahi ədalətin bərpa edildiyi zaman kəsimi

Zaman ilə yaşam arasında görünməyən, lakin hiss edilən bir körpü var. Bu körpü bəzən insanın daxili duyumu ilə tarixin ritmini eyni nöqtəyə gətirir. Hadisələrin bir-birinə bu qədər uyğun gəlməsi, müəyyən bir ayın və ya bir günün uzun illər boyu həlledici rol oynaması təsadüfdən kənar görünür. Elə bil zaman öz içində gizlənmiş kodları məhz həmin tarixlərdə açır. Azərbaycan üçün belə mistik məqamların ən güclüsü noyabr ayı ilə bağlıdır. Məhz bu ayda daha çox millətin taleyini müəyyən edən qərarlar qəbul edilib, qələbələr qazanılıb, dövlətçilik özünə yeni bir nəfəs, yeni bir məna tapıb...

Tarixə baxdıqda noyabr sanki Azərbaycan xalqının qismətinə düşmüş bir “ilahi imza” təsiri bağışlayır. Zəfər günümüz bu ayda gerçəkləşib, Zəfər yolumuz bu ayda görünür olub, yenilənmə, dirçəliş və dövlətçilik ənənələrinin mühüm məqamları məhz bu ayda yaşanıb. Konstitusiya Günümüz, Dövlət Bayrağı Günümüz və işğaldakı torpaqların azadlığı - hamısı, elə bil, eyni göy qurşağının müxtəlif rəngləri kimi noyabrın çətiri altında toplanıb.

Bu da təsadüfdürmü? Yoxsa tarixin öz diksiyası, zamanın öz sözüdür?

Noyabr ayı yalnız tarixlə mistikanın qovşaq nöqtəsi deyil - bu ay ideyanın gerçəyə çevrilməsi, amalın nəticə verməsi, xəyanətlə ədalətin üz-üzə gəldiyi meydandır. Hər dəfə bu ay gələndə sanki tarix pərdələri aralanır və xalqın yaddaşına yazılmış böyük sınaqlar, böyük dönüş nöqtələri bir daha canlanır. Noyabr Azərbaycan üçün sadəcə təqvim ayı deyil - ədalətin qalib gəldiyi məkan, ilahi ədalətin işıq saçdığı zaman kəsimidir.

Heydər Əliyev fenomeni: noyabrın ilk işığı...

Tarix böyük şəxsiyyətlər yaradır. Bəzən millətlərin taleyi bir şəxsiyyətin xarizmasında, zəkanı, iradəsini və gücünü özündə birləşdirən bir liderin çiyinlərində formalaşır. Müasir Azərbaycanın məsuliyyəti və qətiyyəti, xalqımızın gələcəyi, dövlətçiliyimizin sabahı Heydər Əliyev şəxsiyyətində cəmlənmişdi. Heydər Əliyev sadəcə müasir dövlətçiliyimizin qurucusu deyil - Heydər Əliyev  Azərbaycan tarixinin özüdür. Onunla başlayan mərhələ ölkəmizin sosial, iqtisadi, siyasi və mənəvi inkişafında dönüş yaratdı.

1970-1980-ci illərin Sovet reallığında Azərbaycanın geridə qalmış respublika statusundan xilas edilməsi, İttifaq miqyasında tanınması, sənaye, mədəniyyət və təhsil sahələrində sıçrayışın baş verməsi birbaşa Heydər Əliyevin adı ilə bağlı idi. O, SSRİ kimi nəhəng bir sistemin daxilində Azərbaycanı irəli çəkən qüvvəyə çevrilmişdi. Azərbaycanın böyük oğlu hər dəfə tribuna arxasına keçəndə təkcə respublikanın deyil, bütöv bir xalqın qürurunu təmsil edirdi.

1982-ci ilin 23 noyabrı isə Azərbaycan tarixinin sabahının formalaşmasının mistik səhifələrindən biridir. Həmin gün Heydər Əliyev SSRİ Siyasi Bürosunun üzvü seçildi və Moskvaya yollandı. Bu gediş, əslində, Azərbaycanın gələcək inkişafının strateji əsasının qoyulması idi. O dövrdə respublikanın iqtisadi, sosial və intellektual inkişaf trayektoriyası məhz bu qərarın davamı kimi formalaşdı. Bu gediş Azərbaycanın gələcəyini formalaşdıracaq kadrların yetişdirilməsini, milli özünüdərkin güclənməsini, modern dövlətçilik təfəkkürünün ortaya çıxmasını təmin etdi.

1982-ci ilin noyabrı, əslində, iki paralel yolun başlanğıcı idi:

- SSRİ-də Azərbaycanı zirvələrə yüksəldən yol;

- Gələcək müstəqil dövlətimizin təməllərini hazırlayan yol.

Nəhayət, bu yol 40 il sonra - 2020-ci ilin noyabrında Azərbaycanın Zəfər yolunda öz təntənəsini tapdı. 1982-ci ildə Moskvaya uzanan yol, 2020-ci ildə Şuşaya aparan Zəfər yoluna çevrildi. Tarix öz möcüzəsini göstərdi. Noyabr həm inkişafın başlanğıcı, həm də qələbənin zirvəsi oldu.

1992-ci ilin noyabrı: Yeni Azərbaycan Partiyasının tarixi missiyası

Böyük liderlərin həyatında həm yüksəliş dövrləri olur, həm də uğradıqları haqsızlıqlar dövrü olur. Heydər Əliyevin Sovet rəhbərliyində sürətlə yüksəlişi nə qədər heyranlıq doğururdusa, ona qarşı haqsız kampaniyaların baş qaldırması da bir o qədər təəssüf doğururdu. SSRİ-nin son dönəmlərində - xüsusilə Qorbaçovun hakimiyyəti illərində - Heydər Əliyevin Sovet rəhbərliyindən uzaqlaşdırılması təkcə siyasi bir intriqa deyildi; bu addım bilavasitə Azərbaycana qarşı yönəlmiş strateji zərbənin tərkib hissəsi idi.

1987-ci ilin oktyabrında Heydər Əliyev tutduğu vəzifələrdən istefa verdi. Bu, Azərbaycanın taleyində də bir mənfi dönüş nöqtəsi oldu. Çünki məhz bundan sonra Moskva və Ermənistanın əlbir fəaliyyəti ilə respublikamıza qarşı separatizm planı işə düşdü, Qarabağa qarşı açıq iddialar irəli sürüldü. Azərbaycan başsızlıq görüntüsü yarandığı üçün hədəfə çevrildi. Ölkə bir-birinin ardınca itkilər yaşadı, xaos, anarxiya, siyasi parçalanma dərinləşdi.

Belə ağır bir zamanda həm milləti, həm də dövləti xilas etmək üçün qəti addıma, milli mövqeyə, cəmiyyəti birləşdirən xilasedici gücə ehtiyac vardı. Azad dövlətimizin yaşaması üçün xalqın lideri önə çıxmalı idi. Qəti addımlar atılmalı idi - bu addım 1992-ci ilin noyabrında atıldı. Nə təsadüfdürsə: yenidən noyabr... yenidən taleyüklü tarix...

Heydər Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyası yarandı. Bu, sadəcə bir siyasi təşkilat deyildi - bu, xalqın nicat platforması idi. YAP Heydər Əliyevin liderliyi ilə Azərbaycanı siyasi böhrandan, parçalanmadan, hərc-mərclikdən xilas edən, dövlətçiliyi yenidən dirçəldən qüvvəyə çevrildi.

Bu gün YAP-ın 750 minlik ailəsi Cənubi Qafqazın ən böyük siyasi gücüdür. İlham Əliyevin rəhbərliyi ilə partiya Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Noyabrda yaranan YAP noyabrda qazanılan Zəfərin siyasi dayağı oldu.

Noyabrdan noyabra: xəyanətin başlanğıcı, ədalətin gücü...

Azərbaycanın son 40 illik tarixində Qarabağ mövzusu həm dərd, həm ümid, həm də böyük dönüş nöqtəsi olub. Yaşamımızın episentri Qarabağ olub. Dilimizin əzbəri Qarabağ olub. Ürəyimizin titrəyişi Qarabağ olub. Dövlətimizin hədəfi Qarabağın azadlığı olub.

Yenə də nə təsadüfdürsə, Qarabağa qarşı erməni iddialarının ilk açıq anonsu da digər taleyüklü hadisələr kimi məhz noyabr ayında səsləndi. 1987-ci ilin noyabrında Parisdə Qorbaçovun müşaviri Abel Aqambekyanın Qarabağı Ermənistana birləşdirmək barədə bəyanatı Azərbaycan üçün faciələrin başlanğıcına çevrildi. Bu, xəyanətin ilk siqnalı idi. Bu, işğalın, təcavüzün, ədalətsizliyin, xalqımıza qarşı soyqırımının, beynəlxalq susqunluğun siqnalı idi. Məhz 1987-ci ilin noyabrında səslənən bu iddia 1992-93-cü illərdə yenicə müstəqillik əldə etmiş Azərbaycanın faciələrinin əsasını təşkil edirdi. Amma... Ədalət gec də olsa, təcəlla edir...

33 il sonra - yenə noyabr: 2020-ci ilin noyabrı ...

Heydər Əliyev siyasi irsinin layiqli davamçısı İlham Əliyev xalqına, ölkəsinə qarşı edilən bu xəyanətin cavabını verdi. 2020-ci ilin 8 noyabrında Şuşanın azad edilməsi ilə Azərbaycan yalnız torpağını deyil, tarixi ləyaqətini də düşmən tapdağından azad etdi. 44 günlük Vətən müharibəsi 2020-ci ilin noyabrında Qələbə ilə başa çatdı. Bu qələbə təsadüf deyildi - o, 40 illik bir tarixi mübarizənin haqq-ədalətin zirvəsi idi.

Noyabr ayı xəyanətlə ədalətin mübarizə meydanı oldu və sonunda ədalət qalib gəldi. 33 il davam edən zaman savaşı 2020-ci ilin noyabrında tamamlandı.

Bu gün Qarabağda separatizmin kökü kəsilib. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib. Xəyanətin başlandığı ayda, noyabrda ədalət öz parlaq təntənəsini yaşadı. Bu da İlahi ədalətin təcəllası idi...

Noyabrın qlobal universal mənası: həqiqət gec də olsa, qələbə qazanır

Yaşadığımız əsr, zaman kəsiyi həssaslığı ilə seçilir. Dünya həm bir imtahandan keçir, həm də sabah üçün zəmin yaradır. Bu günün qərarlarının fonunda gələcəyin siyasi, iqtisadi, hərbi doktrinaları hazırlanır. Çətin və məsuliyyətli bir zamandan keçirik.

Noyabr tək Azərbaycan üçün deyil, dünya üçün də xüsusi simvolizmi olan aydır. Bəzən qlobal hadisələr də elə bu ayda düyün nöqtəsindən açılır, illərlə davam edən münaqişələrin sonu noyabra təsadüf edir. Sanki dünya düzəni də bu ayda nəfəs alır, yeni bir dövrə qədəm qoyur.

Bir neçə gün öncə BMT TŞ-da Qəzza bölgəsi üzrə sülh planının təsdiqlənməsi də bu ayda baş verdi. Uzun illər davam edən qarşıdurmanın yumşaldılması istiqamətində ilk real addım noyabrda atıldı. Dünya üçün bu, humanitar ümid işığı idi.

Hazırda yaxınlaşmaqda olan digər mühüm proses - Ukrayna müharibəsinin yekunlaşması istiqamətində aparılan danışıqlar yenə noyabr ayının fonunda baş verir. Bu da təsadüf deyil. Ukrayna çətin imtahan qarşısındadır.

İnanaq ki, noyabr qlobal miqyasda da ədalətin ayıdır. Dünyanın ən böyük böhranlarının yumşaldığı, kompromislərin tapıldığı, sülh gündəminin aktivləşdiyi bir zaman pəncərəsi kimi qəbul edilir. Tarixin universal ritmləri bəzən ölkələrin talelərini bir-birinə bağlayır. Azərbaycanın Zəfəri ilə eyni vaxtda dünyanın başqa bölgələrində sülh cəhdlərinin artması da bu ritmin maraqlı təzahürüdür. 2020-ci ilin noyabrında azad edilmiş Qarabağ dünya üçün mistikanın reallığa çevrildiyi həqiqət kimi qəbul edilir... Ədalət zəfər qazanır. Bəlkə bir az tez, bəlkə bir az gec. Amma, nəticədə, mütləq qələbə qazanır...

Ədalət mistikası və zəfər sədası...

Nəticədə son mənzərə canlanır qarşımızda - noyabr tarix üçün, ən azından Azərbaycan tarixi üçün sadəcə ay deyil: milli yaddaşın məhək daşı, dövlətçiliyimizin ritmi, azadlığımızın simvoludur. Bu ayda həm faciələr, həm ümidlər, həm də qələbələr yaşanıb. Bu ay həm xəyanətləri xatırladır, həm də ədalətin gec-tez qalib gəldiyini göstərir. Tarix bəzən zamana gizli mesajlar yazır və noyabr Azərbaycan üçün həmin mesajların açarını təşkil edir.

1982-ci ilin noyabrında inkişaf yolumuz açıldı.

1992-ci ilin noyabrında xilasedici siyasi qüvvə - YAP yarandı.

2020-ci ilin noyabrında torpaqlarımız azad olundu. Bu, artıq təsadüf yox, zamanın öz hökmüdür.

Noyabr Azərbaycanın ədalət ayıdır. İlahi ədalətin gecikmədiyini, millətin iradəsinin sınmadığını göstərən simvolik bir zaman mövhumudur. Bu ay Zəfərimizin musiqisi, dövlətçiliyimizin himni, tariximizin ən parlaq səhifələrindən biridir. Noyabr - ədalətin səsləndiyi, tarixin yazıldığı aydır...

Pərviz SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Noyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

27 Sentyabr 2026 22:15see153

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri