Icma.az
close
up
RU
Bir ay ərzində dövlət qurumları 2 milyonluq yeni avtomobillər alıb

Bir ay ərzində dövlət qurumları 2 milyonluq yeni avtomobillər alıb

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Bitən “NAZ-Lifan” mifi və üstünlük verilən xarici markalar

Son günlər dövlət satınalmalarının vahid internet portalında – “etender.gov.az”da  dövlət qurumlarının bahalı avtomobillərin satın alınması üzrə yerləşdirilən tender müsabiqələrinin sayı çoxalıb.

Cəmiyyət tərəfindən birmənalı qarşılanmayan və geniş müzakirələrə səbəb olan bu mövzunu araşdırmağa çalışmışıq.

Hansı dövlət qurumları nə qədər və hansı avtomobil markalarını satın alıb?

Keçən ay, 2024-cü il dekabrın 18-i Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 4 ədəd “Sedan tipli xidməti avtomobillərin satın alınması” tenderinin nəticələrini elan edib.

Satınalma portalının məlumatına görə, tenderin qalibi “Lexus-Bakı” MMC olub.

Qalib şirkətlə 448 min 800 manat məbləğində müqavilə imzalanıb.

Həmçinin dekabrın 24-də isə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 3 ədəd “Hibrid mühərrikli avtomobillərin satın alınması” tenderinin nəticələrini elan edib.

Bu dəfə tenderin qalibi “Toyota Abşeron Mərkəzi” MMC olub.

Qalib şirkətlə 206 min 700 manat məbləğində müqavilə imzalanıb. Beləliklə, Qida Təhlükəsizliyi İnstitutu son ayda ümumi 7 ədəd avtomobil alıb, ümumilikdə 655 min 500 manatlıq vəsait xərcləyib.

Detalları gizli saxlanılan tenderlər…

Bahalı avtomobil alan növbəti qurum isə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsidir.

İdarə “Toyota Abşeron Center” MMC şirkətindən 233 min 100 manat müqabilində Toyota (Camry) adlı nəqliyyat vasitələri satın alıb. Lakin Dövlət Satınalma Portalının məlumatına görə, tender portaldan kənar, yəni “Bir mənbə” satınalma metodu kimi qeyd olunub, elektron satınalma deyil. Belə olduğu təqdirdə tenderin necə, hansı şərtlərlə keçirildiyi, nə qədər avtomobil sifariş edildiyi və digər detallar gizli saxlanılır.

“Dövlət satınalmaları haqqında” Qanunun 44-cü maddəsində qeyd olunur ki, ehtimal olunan qiymət 100 000 manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir.

Ehtimal olunan qiymət 100 000 manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər. Bu şirkət isə 200 min manat məbləğindən artıq müqavilə imzalayıb, tender keçirib.

Daha bir qurum, DOST – Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi keçən ay, dekabrın 29-u “Sedan tipli nəqliyyat vasitəsinin satınalınması” tenderini keçirib və qalib şirkət yenə “Toyota Abşeron Mərkəzi” MMC olub.

Qalib şirkətlə 82 min 600 manat məbləğində müqavilə imzalanıb.

Müqaviləyə əsasən 2 ədəd sedan tipli minik avtomobili satın alınıb.

Bundan əlavə, DOST agentliyi keçən ay, dekabrın 25-i daha bir “Minivan tipli nəqliyyat vasitələrinin satınalınması” üzrə tender keçirib.

Bu dəfə qalib şirkət “Autouniversal” MMC olub.

Qalib şirkətə 4 ədəd minivan tipli minik avtomobili üçün 169 min 600 manat ödənilib.

Ədliyyə Nazirliyi ötən ay, dekabrın 25-i dövlət satınalma portalından kənar olaraq tender keçirib və “Toyota RAV4 HYBRID” markalı nəqliyyat vasitəsi satın alıb.

Qalib şirkət olan “Toyota Bakı Mərkəzi” MMC üçün tenderə 60 min manat vəsait ödənilib.

Növbəti dövlət qurumu isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Agentlik ötən ay, dekabrın 13-ü “”Toyota Camry 2.5H” markalı avtomobilin satınalınması” üzrə tenderə yekun vurub.

Qalib şirkət “Toyota Bakı Mərkəzi” MMC-yə bu avtomobil üçün 82 min 450 manat ödənilib.

Ötən ay, dekabrın 9-u Sosial Xidmətlər Agentliyinin Aparatı və sosial xidmət müəssisələri üçün sedan tipli xidməti minik avtomobillərinin satın alınması üzrə tender keçirilib və 14 ədəd avtomobil satın alınıb.

Qalib elan edilən şirkət,  “Toyota Abşeron Mərkəzi” MMC-yə avtomobillər üçün 567 min manat vəsait ödənilib.

Azərbaycan Respublikasının Gənclər Fondu da yeni avtomobil alanlar siyahısındadır.

Ötən ay, dekabr ayının 4-ü Fond “Toyota Camry Hybrid Premium HEV markalı nəqliyyat vasitəsinin satın alınması” tenderini keçirib.

“Toyota Abşeron Mərkəzi” MMC adlı şirkətə bunun üçün 78 min 100 manat vəsait ödənilib.

Beləliklə, dövlət qurumları son bir ay ərzində 2 milyon manatlıq yeni avtomobillərə sahib olublar.

Bütün bu məlumatlar dövlət satınalmalarının vahid internet portalında açıq mənbələrdən əldə olunub.

İllər öncə dövlət başçısı İlham Əliyev dövlət qurumlarına və məmurlara yerli istehsal olan “NAZ-Lifan” avtomobili almağı tövsiyə etmişdi. Lakin sonradan həmin avtomobilləri biz ölkə başçısının timsalında daha çox Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə hədiyyələr edildiyi mərasimlərdə gördük.

Rəsmi mənbələrə istinadən isə dövlət qurumlarının daha çox “Toyota” markalı yapon istehsalı olan avtomobillərə üstünlük verdikləri müşahidə olunur.

anaxeber.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:340
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Yanvar 2025 03:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri