Icma.az
close
up
RU
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini “Money20/20 Asia 2026” qlobal səhnəsinə daşıdı

Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini “Money20/20 Asia 2026” qlobal səhnəsinə daşıdı

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Qafqazda bankçılıq, ödəniş sistemləri və elektron ticarəti özündə birləşdirən ilk tam rəqəmsal inteqrasiya olunmuş Bir ekosistemi, Asiyanın ən böyük texnologiya tədbirlərindən olan “Money20/20 Asia 2026” konfransında ölkəmizin rəqəmsal iqtisadiyyata sürətli keçidini diqqətə çatdırıb. Qlobal sərmayədarların diqqətinin yeni inkişaf potensialı olan ölkələrə yönəldiyi bir vaxtda, tədbirdə Azərbaycanın inklüziv rəqəmsal iqtisadiyyat quruculuğunda əldə etdiyi uğurlar və ekosistem əsaslı innovasiyaların rolu xüsusi vurğulanıb. Bir ekosisteminin Məhsul, marketinq və müştəri təcrübəsi üzrə rəhbəri Maksim Yevdokimov konfrans çərçivəsində Özbəkistanın ən böyük İT ekosistemi “Uzum”un həmtəsisçisi və Əməliyyatlar üzrə baş direktoru Roman Lavrentyevlə birlikdə 4000 iştirakçının qatıldığı konfransın xüsusi panel sessiyasında çıxış edib. “First Arc Capital” şirkətinin nümayəndəsi Fatima Almubbadın moderatorluğu ilə keçirilən paneldə qlobal təcrübələrin yerli strategiyalarla effektiv inteqrasiyası, müştəri etibarının gücləndirilməsi və rəqəmsal xidmətlərin gündəlik həyatın təbii və ayrılmaz hissəsinə çevrilməsinin uğurlu yanaşmaları müzakirə olunub. Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan hazırda iqtisadiyyatın şaxələnməsi, rəqəmsallaşma və innovasiyaların inkişafı istiqamətində yeni mərhələyə qədəm qoyub. Bu transformasiya üçün möhkəm əsaslar artıq formalaşıb. İllik Ümumi Daxili Məhsul artımı təxminən 10% təşkil edir, ölkə investisiya səviyyəli suveren kredit profilinə malikdir, əhalinin gənc yaş ortalaması 33,6, internetdən istifadə səviyyəsi isə 91%-i ötür.

Bununla yanaşı, bazarda rəqəmsal maliyyə xidmətləri və elektron ticarətin daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Nağdsız cəmiyyətə keçid prosesinin sürətlənməsinə baxmayaraq, xüsusilə elektron ticarətin ümumi pərakəndə dövriyyəsindəki payının (hazırda təxminən 3%) artırılması və daha geniş əhali kütləsinin müasir rəqəmsal həllərə cəlb edilməsi lokal innovasiyalar üçün mühüm imkanlar yaradır.

Mövzu ilə bağlı fikirlərini bölüşən Maksim Yevdokimov bildirib: “Bizim əsas hədəfimiz nağd ödənişlərdən rəqəmsal xidmətlərə keçid edən istifadəçilər və bizneslər üçün bu prosesi maksimum təhlükəsiz və rahat şəkildə təşkil etməkdir. Gündəlik həyatda ehtiyac duyulan bank, ödəniş və elektron ticarət xidmətlərini vahid bir platformada cəmləşdirməklə biz nəinki rəqəmsal keçidə dəstək oluruq, həm də istifadəçi məmnuniyyətini və aktivliyini daha yüksək səviyyəyə qaldırırıq. Qlobal bazarlarda “Kaspi” və “Gojek” kimi platformaların təcrübəsində uğurla sınaqdan çıxmış bu ekosistem modeli, Azərbaycanda da öz səmərəliliyini təsdiq edir və ölkəmizin rəqəmsal gələcəyinə birbaşa töhfə verir”. Müştərilərin gündəlik ehtiyaclarını Birbank, Birmarket və m10 kimi aparıcı brendlər vasitəsilə vahid mərkəzdə birləşdirən Bir ekosistemi, 2025-ci ildə fəaliyyətə başladıqdan sonra qısa müddətdə 5 milyondan çox istifadəçiyə çatıb. Ölkədə həyata keçirilən hər iki rəqəmsal ödənişdən biri məhz Bir ekosistem üzərindən aparılır. Bir ekosisteminin idarəetmə modeli uğurlu qlobal təcrübələrə əsaslansa da, yerli istehlakçıların davranış xüsusiyyətlərinə və vərdişlərinə tam uyğunlaşdırılıb. İnsanlara ehtiyac duyduqları xidmətləri ən sadə yolla təqdim etməklə, platforma cəmiyyətdə inamı artırır və rəqəmsal vərdişlərin formalaşmasını sürətləndirir. Ekosistemin əsas missiyası sürətli, təhlükəsiz və rahat xidmətlər təqdim edərək Azərbaycanda gündəlik həyatın əsas rəqəmsal bələdçisinə çevrilməkdir.

Bir haqqında

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün:http://bir.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Aprel 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri