Icma.az
close
up
RU
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər Riyadda “Money20/20 Middle East” tədbirində təqdim edib

Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər Riyadda “Money20/20 Middle East” tədbirində təqdim edib

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qafqazda bankçılıq, ödənişlər və e-ticarət sahələri üzrə rəqəmsal platformaları özündə birləşdirən ilk tam inteqrasiya olunmuş Bir ekosistemi Azərbaycanda istifadəçilərin gündəlik vərdişlərini rəqəmsallaşdırmaq missiyasını Ər-Riyadda keçirilən “Money20/20 Middle East” tədbirində nümayiş etdirib.

Tədbirdə çıxış edən Bir ekosisteminin rəhbəri Fərid Hüseynov Bir-in Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidində oynadığı mühüm rolundan danışıb. O, 5 milyondan çox istifadəçiyə xidmət göstərən Bir ekosisteminin gündəlik maliyyə və istehlak təcrübələrini daha rəqəmsal və əlçatan etməyə yönəlmiş yanaşmasını iştirakçıların diqqətinə çatdırıb. Ağıllı maliyyə institutlarının inkişafı, fintex layihələrinin genişləndirilməsi və rəqəmsal ödənişlərin gələcəyi kimi aktual mövzuların müzakirə olunduğu “Executive”, “Bridge” və “Off-the-Record” səhnələrində çıxış edən Fərid Hüseynov “Google”, “Deutsche Bank” və “BlackRock” kimi qlobal texnologiya və maliyyə nəhənglərinin rəhbərləri ilə fikir mübadiləsi aparıb.

Nağd ödəniş ənənələrinin hələ də güclü olduğu bazardakı təcrübəyə əsaslanan Fərid Hüseynov rəqəmsal xidmətlərə etimadın formalaşdırılması və fərqli istifadəçi qruplarının ehtiyaclarının nəzərə alınmasının vacibliyini vurğulayıb. Məhz bu məqsədlə Bir ekosistemi Birbank mobil tətbiqi və m10 rəqəmsal pulqabı kimi xidmətləri, həmçinin müştərilərə hesablarını nağd şəkildə ödəməyə imkan verən Milliön terminalları da daxil olmaqla, geniş fiziki infrastrukturla birləşdirərək istifadəçilərin rəqəmsal mühitə tədricən və rahat keçidini təmin edir. Eyni inklüziv yanaşma yaşlı nəsil və xüsusi qayğıya ehtiyacı olan (məsələn, eşitmə məhdudiyyətli) şəxslərə də şamil edilir: onlara həm tətbiqdaxili əlçatanlıq funksiyaları, həm də filiallarda ənənəvi müştəri dəstəyi təklif olunur. pizza mizza

Fərid Hüseynov tədbirlə bağlı təəssüratlarını bölüşərək qeyd edib: “Money20/20 texnologiya və maliyyə sektorunun innovasiyalarına həsr olunmuş ən nüfuzlu qlobal platformalardan biridir. Ər-Riyaddakı panel sessiyalarında Azərbaycanın bu sahədəki böyük potensialını və iqtisadiyyatımızın sürətli rəqəmsallaşma prosesini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq mənim üçün vacib hadisə idi. Rəqəmsal transformasiya alış-verişdən tutmuş ölkədaxili və beynəlxalq pul köçürmələrinə, ictimai nəqliyyatda ödənişlərə qədər geniş bir sahəni əhatə edir. Tədbirdə nümayiş etdirilən yüksək marağı görmək və dünyanın aparıcı texnologiya və maliyyə institutlarından olan həmkarlarla fikir mübadiləsi aparmaq olduqca xoş idi”.

Üç gün davam edən və 30 mindən çox iştirakçını bir araya gətirən konfransda quraşdırılmış maliyyə (embedded finance), dəyişən müştəri ehtiyacları, fintex həllərinin qlobal miqyasda tətbiqi və maliyyə xidmətlərində süni intellektdən istifadə kimi sənayenin ən aktual mövzuları müzakirə olunub. Rəqəmsal məkanda böyük inkişaf potensialına malik ölkədə rəqəmsal platformaları uğurla özündə birləşdirən ekosistem qurmağın üstünlüklərini və bu yoldakı çağırışları önə çəkən Bir tədbirdə fərqli yanaşma təqdim edib.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Sentyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri