Icma.az
close
up
RU
BİR “BAYRAQ HEKAYƏSİ” Fəxriyyə Lipar Doğru Xəbərlər

BİR “BAYRAQ HEKAYƏSİ” Fəxriyyə Lipar Doğru Xəbərlər

Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.

Türkiyə… Kayseri şəhəri… Türkiyənin ən böyük sənayeləşmiş şəhərlərindən biri… Yeniliyi ilə tarixinə sadiq qalan məmləkət…küçələri və mühiti özünə, yaşamına yansıdan insanları… İnsansevər insanları…

Bu dəfəki Türkiyə səfərimə öncədən bir neçə şəhəri sığdırmağı düşünürdüm. Bəzilərində bir neçə dəfə, bəzilərində isə ilk dəfə idi ki, olurdum. Hər gördüyümə təkrar olduqlarıma və fəsil dəyişmə səbəbilə yeniymiş kimi baxlrdım.

Ankara rəsmiliyi, Samsun müasirliyi, konservativliyi, İzmir kübarlığı, zərifliyi, Manisa tarixiliyi ilə fərqlənirdi.

Kayseri isə bir ayrı dünyadır. Hər daşında, hər küçəsində əzəmət, xarakter hiss olunur. Özünəməxsus duruşu var yəni… relyef səbəbilə dağların ortasında yerləşdiyinə görə enişi-yoxuşu olmayan düz şəhərdir. Bu da onun estetik görünüşünə xüsusi özəllik verir.

Təbii ki, hər məkanın təbiəti qədər insanları da özünəməxsusdur.

Kayseri insanı… məndən soruşsalar onları necə xarakterizə edərsən. Heç düşünmədən deyərəm. Elə türklərin öz təbirincə desək, içi-dışı bir… Yəni olduğu kimi… istəyirsə istəyəcək, istəmirsə zorlayanmazsan… bizi çox sevirlər. Azərbaycan adı eşidən kimi həmən üzləri gülür.

Əslində bu yazdıqlarım gözəl bir hekayənin müqəddiməsi idi.

Beləliklə, başladıq.

Hekayəmizin qəhrəmanı Kayserinin Akçakaya kənd sakini Murat Aydın Bayrakdır. Öncəliklə qeyd edim ki,

Türkiyənin Kayserinin Erciyez Universitetinə səfər edəcəkdim. Bunu duyar-duymaz Erciyez Universitetinin müəlliməsi, həmyerlimiz, vətənpərvər Əsli xanım Xəlilqızı məni evində qonaq etdi. Öz səmimiyyəti, comərdliyi ilə əsl azərbaycanlı tərzini nümayiş etdirdi. Öncədən gələcəyimi bildiyi anda Fəxriyyə qizim, gələndə bir Azərbaycan bayrağı gətir, demişdi. Mən də öz növbəmdə Turan elinin tanınmış yazar imzası Əkbər Qoşalıya müraciət etdim. O da yapmazmı? Əlbəttə ən gözəlini, ən keyfiyyətli parçadan və tikilişdən olanını təşkil etdi.

Deməli, o, Akçakaya kənd sakini Murat Aydın Bayrak öz 3 mərtəbəli evini bütün türk dünyasının qonaqlarına hədiyyə edib. Həm də rəsmi şəkildə, bələdiyyə sənədi ilə… Və adamın bir Azərbaycan sevdası da var başında. Məhz Şuşamız alınan gün Murat bəy bu əziz evinin düz başında, ən hündür yerində Azərbaycan bayrağını sevinc göz yaşları ilə ucaldır. Təsəvvür edirsiniz, evinin düz başında, tən ortasında tək Azərbaycan bayrağı dalğalanır. Və hər o bayraqdan söz düşəndə Murat bəy bu gün də göz yaşlarını saxlaya bilmir. Sevgi göz yaşlarıdı bu. Qəlbdən su içən gözünün yaşı Türkiyə-Azərbaycan adlı müqəddəs bir yolun aydın, təmiz mücəssiməsidir…

Dəyərli elqızımlz, ziyalı Əsmər xanım böyük həyəcanla, qızım, Erciyez dağından boylanan bu bayraq iqlim səbəbilə tez-tez çırılıb, rəngi solur, dedi. Və Murat bəy bundan çox narahat olur. Əlbəttə biz bu çağırışa gözümüz, başımız üstünə dedik və etdik. Bizim gətirdiyimiz bu bayraq onu o qədər xoşbəxt etdi ki…

Bizim gələcəyimizi bilən Talas belediyesi kültür müdürü Yaşar Bağrıyanık, Türk və İslam dünyası Vakfının başkanı, doktor Seyfi Şahin, Emekli öğretmen Murat Aydın və bir neçə kənd bələdiyyə nümayəndələri də bizimlə görüşdən məmnun qaldıqlarını bildirdilər. Beləliklə, hər kəs Türkiyədə bir Azərbaycan bayrağının necə dalğalandığının şahidi olub, alqışlarla müşayiət etdilər.

Murat Aydın Bayrakın titrəyən dodaklarının, yaşla dolu gözlərinin ahəngində ürəyimiz Türkiyə-Azərbaycan qardaşlıq marşının döyüntülərini köksümüzdə qabardırdı.

Artıq yol… və Vətənə uzanan yol… Qürürlu xatirələrlə zəngin yol…Nə mutlu türkəm deyənə. düşüncəsi ilə gələcəyə köklənən müqəddəs amala gedən yol…

Artıq hər bir azərbaycanlının köksünü qabardan “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” devizi bu günləri bizi qürurla yaşamağa sövq edir.

Bu günlər- təqvimdə Zəfər günü, Dövlət Bayrağı günü və ölkəmizdə COP 29 kimi möhtəşəm beynəlxalq bir layihəyə qapı açma günləri Azərbaycan tarixinin ən parlaq səhifəsidir.

Şair anam Azərbaycan, sən vüqarımsan,

Nəğməmsən, şerimsən, şeriyyətimsən,

Sən mənim dünənki yaralarımsan,

Sən mənim bugünkü səadətimsən! (Əliağa Kürçaylı) 

Fəxriyyə Lilpar İsayeva
Tele-aparıcı, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://dogru.az
archiveBu xəbər 09 Noyabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri