Icma.az
close
up
RU
Vacib xəbərlər Fidan Bayramovanın hekayəsi

Vacib xəbərlər Fidan Bayramovanın hekayəsi

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az Fidan Bayramovanın ""Vacib" xəbərlər" hekayəsini təqdim edir.


Bu gün səhər ayılana yaxın, çox maraqlı bir yuxu görmüşdüm. Hekayə necə idi tam xatırlamıram, amma fikir maraqlı idi. Özümə gələn kimi ana fikri bir yerə qeyd etdim ki, hekayəsini özüm qurum düzəldim. Elə bu adla da, gəldim bir cofeshopda oturdum ki, xarüqələr yaradım. Kafeyə gələnə qədər yaratmağın həyəcanı ilə nəfəsim kəsiləcək kimi olmuşdusa da, sərin kafedə, yumşaq kresloda bir az rahatlaşmışdım. Əlim heç cür notebooka getmirdi. Kofem gələnə qədər sosial şəbəkəyə baxmağa qərar verdim desəm, düz olmaz, çünki adətən sosial medyaya daxil olduğumu orada bir saat keçirdikdən sonra başa düşürəm. Çox uzatmayım, elə xəbər satylarında gəzərkən bir xəbər gördüm və çox məyusluq hissi keçirdim. Çoxdan unutduğum bir məsələnin nəticəsi deyim ya , gəldiyi son vəziyyət deyim, yaman ürəyimə oturdu. İşləmək həvəsim də uçub getdi. Oturub bu barədə düşünməyə başladım.
Deməli...
Bundan hardasa iki il əvvəl çox maraqlı bir xəbərlə qarşılaşmışdım, oxumadan keçə bilmədim. Xəbərdə eynən belə yazılmışdı “Bu il Şahmat üzrə dünya çempionu olan filankəsov filankəs son dəb olan qara paltosu ilə diqqət çəkib”.
Heç cür bu iki xəbəri bir biri ilə uyğunlaşdıra bilmirdim. Bir də oxudum, yenə oxudum. Yox, heç cür baş açmırdım. Bu adam bu il dünya çempionatı olmuşdu? Ya bu il dəbdə olan son model palto geyinmişdi? Hər şey bir yana, bu adam çempionat olmuşdusa, niyə bu xəbəri belə bir-birinə calamışdılar, heç cür başa düşə bilmirdim. Sonra istədim bunu başqa bir tanışımla bölüşüb, onun da fikrini alım, yaman dərd olmuşdu ürəyimə. Elə istədim göndərim ona, səhvən çıxdım. Bir də girdim sayta, indi də xəbəri tapa bilmirdim.
Ya səbr!
İki saniyə ərzində kimsə həyat yoldaşından boşandı, kimsə dördüncü dəfə toya hazırlaşdı, hansısa toyda gəlin bəyə tort vermədiyi üçün, bəyin anası oğlunu toydan apardı və s. Bu sonuncu xəbər mənə yaman maraqlı gəlmişdi. Rəfiqəmlə də bu barədə bir xeyli müzakirə etdikdən sonra özümü həm daha ağıllı, həm də çox boş hiss elədim. Bu iki hissi başqa heç bir vaxt hiss edə bilməzsən. Yalnız başqa biri barədə müzakirə etdikdən sonra özünü çox dolu və boş hiss edirsən.
İnsan qəribə varlıqdır...
Hər nəysə, mənim başım bu xəbərə qarışdı, digərini unutdum. Bir neçə gün sonra, həmin şahmatçı başqa bir başlıqla qabağıma çıxdı. Sən demə bu dəfə də həyat yoldaşından boşanırmış. Bu lap mənə maraqlı gəldi, dedim: “buna bax, çempion olan kimi artıq arvad zad bəyənmir”. İçim soyumadı, istədim girim rəyləri oxuyum, bir az ürəyim soyusun. Özüm rəy yazmasam da, hər rəyi oxumaq xoşuma gəlirdi. Sözün qısası, ləzzətlə rəyləri oxuyurdum ki, biri lap kefimi korladı. Yazıb ki, “ belə şey yoxdur, həyat yoldaşı bizim yaxın qohumdur, çox mehriban ailədilər”.
İlahi, bu nə idi belə! Bu qədər yalan olar? Deyib, başqa rəyləri oxumağa başladım. Oğlanın qarasına yazanları və qadını ucaldanları görüb bir xeyli rahatlaşdım. Deməli bu doğrudur. Elə bu vaxt gözümə başqa bir xəbər dəydi, hansısa müğənni ev almışdı, çevrildim öz qaldığım bir otaqdan yaranmış iki otağa baxdım. Girdim ki, rəyləri oxuyub, bir az özümü sakitləşdirim ki, ev ala bilməməyimlə fəxr edim. Sonra gördüm başqa bir bloggerə həyat yoldaşı maşın hədiyyə edib, yaman pis oldum, olmayan həyat yoldaşımın almadığı maşının həsrəti ilə dərdə düşdüm. Nə başınızı ağrıdım, dava edən müğənni, bir kasıbı öz məclisinə dəvət etməyən imkanlı şəxs, keçmiş aktyor, gələcək tiktoker barədə oxuyarkən, yenidən həmin şahmat oyunçusunu gördüm. Artıq səbrim daşırdı, bu qədər də olmaz. Bu dəfə də həmin şahmat çempionunu futbolçu kimi qeyd etmişdilər. Başqa bir saytda onun dönər satdığını, başqasında isə onu teatrların birinə truppa rəhbəri təyin etmişdilər. Daha bu ağ oldu!
Həmin adamın adını araşdırıb, səhifəsini axtardım, tapa bilmədim. Bu adam şahmat çempionatı olduqdan sonra, hər şeydən bezib dönər ustası olmuş, buna görə də arvadı ondan ayrılmış, sonra da adam qara palto geyinib teatrda işə düzəlmişdi? Ya teatrda işə düzəldiyi üçün qara palto geyinmişdi? Bəlkə teatrda aktyor kimi işə düzəlib, öz rolunda çempionat olmuşdu və əslində dönər hazırlayan idi? Beynim dəhşət qarışdı.
Buna bir çarə etmək üçün həmin adamı araşdırıb, özümü də jurnalist kimi təqdim edib, ondan müsahibə almağa qərar verdim, getdim bunların evinə.
Bu mənim üçün yeni hekayə ola bilərdi.
Məni yaxşı qarşıladılar, nə vaxtsa hansısa tədbir üçün könüllü olduğum zamanlardan qalma yaxa kartımı da boynumdan asdım ki, inandırıcı olsun, guya jurnalistəm. Demək olar ki, heç buna fikir vermədilər. Fikir versələr biabrçılıq olardı, amma, deyəsən, burda olduğum üçün onlar məndən çox sevinirdilər. Məni hörmətlə, izzətlə içəri dəvət elədilər. Hamısının üzündə xoş bir təbəssüm vardı, gözümün içinə baxırdılar. Bir anlıq özümü çox piss hiss elədim belə bir yalan danışmışam, amma bu hiss, masanın başında oturarkən sovuşub getdi.
Hamısı ayaq üstə dayanıb üzümə baxırdı. Bəzi adamlar da otağa boylanır, baxır, sonra gedirdi. Balaca bir uşağı yanıma itələyirdilər.
- Hə, başlayaq? Hər şey qaydasındadır?
- Bəs kameralar? – anası məyus halda, hələ də ümidlə ətrafına baxaraq soruşdu
- Kamera yoxdur, – bilmirdim nə deyim. – istəmədim siz özünüzü narahat hiss edəsiz, dedim elə rahat söhbət edək..
- Baay, elə şey olar? O boyda dünya çempi... – arxasını eşidə bilmədim, – bunu deyib stulu çəkib oturdu
- Hə, nəbilim, biz danışaq, mən bu müsahibəni saytda yayımlayacam, elə telefonla da şəkil çəkib qoyarıq, olar?
- Hə, yaxşı, dəqiq paylaşacaqsız hə?
- Əşi, guya paylaşanda nə olur ee – biri dedi.
- Keçən dəfə paylaşdılar da, elə bəyənən bizim qohumlar idi, bir iki nəfər də adam yazmışdı ki, “ən yaxşı kurtkalar bizim səhifədə”.
- Bir də “ online iş görmək istəyirsizsə səhifəyə buyurun xanımlar” yazmışdı.
Bir saatımızı bu iş barədə danışmağa sərf etdik.
Mətləbə qayıtdım.
- Üzr istəyirəm, mən bilmək istəyirəm ki, bu adamın əsl işi nədir? Çünki mən bir neçə xəbər gördüm, bu sayt işlədənlər də təmiz başlarını itiriblər, yalan-yalnış xəbərlər paylaşırlar, adam baş aça bilmir.
Mən bunu dedikdən sonra otağa ölü səssizlik çökdü. Başa düşmürdüm. Baxdım üzlərinə. Hamı başını aşağı əymişdi.
- Onu biz eləmişik, – ata pərt olmuş halda zəif səslə dedi.
- Necə yəni? O xəbərlərin hamısını.
- Bəli, bəli, – ana üzünü tutaraq hönkürməyə başladı.
- Axı niyə?
- Biz bilmirdik neyniyək.
- Necə bilmirdiz? Belə şeyi necə edə bilərsiz?
İkisi də başını aşağı salıb dayanmışdı. Bu vaxt səhərdən ağzına su alıb oturmuş çempion ayağa qalxdı və məğrur bir baxışla mənə baxdı.
- Mənə görə, mənə! – bunu sərt amma alçaq səs tonu ilə dedi, – bunların hamısını mənə görə elədilər, amma bu faydasız oldu, mənim ailəm dağılır, o xəbərdən sonra yazılan rəylər ailəmin dağılmağına səbəb oldu. Biri utanmaz utanmaz yazıb ki, guya hardasa məni, siz də bağışlayın, bir kişi ilə tutub. Nəbilim, o biri yazıb ki, guya mən kimisə alladıb yarı yolda qoymuşam. Vallah xanım, mən şahmatdan başını qaldırıb ətrafa baxmamışam. Amma bu gün onlar
- Siz əgər boşanmırdınızsa niyə belə xəbər paylaşdınız?
Səssizlik. Bir neçə saniyə sonra ağır-ağır danışmağa davam elədi:
- Mən sadəcə istəyirdim ki, xəbərimi oxusunlar... Biz o xəbəri ilk paylaşanda heç kimin diqqətini cəlb eləməmişdi, amma sonra. İndi bütün tanışlarım mənə zəng vurur, mesaj yazır. İndi hamı mənimlə maraqlanır, soruşur.
Bilmirdim nə deyim, monoloq bir xeyli davam etdi. Amma nə yalan deyim, daha həvəsimi itirmişdim. Şahmatda dünya çempionatı olub, ən güclü yarışmaçılarla günlərlə davam edən oyunda son anda qələbəni götürüb və s, və ilaxır.
- Onda qara palto da dəbdə deyil? – bu sualı verəndən sonra adamın üzü də elə o palto rəngində oldu. Elə baxdı ki, elə bil bu xəbərləri mən çıxarmışam.
- Bilmirəm, – bezgin halda dedi
- Bəs truppa ?
Sözümü kəsdi
- Onda heç danışmayın, biabrçılıq! Teatrdan da bu gün səhər çağırıb əməllicə danladılar məni. Truppa rəhbəri elə bilib ki, ona demədən onu işdən azad edib, başqasını gətiriblər, mini infakrt olub. Yaxşı ki iş açmadılar mənə!
- Onda gələn dəfə nə vaxt evlənir, oy üzr istəyirəm, nə vaxt yeni bir yarışa qatılacaqsınız?
- Düzü başını buraxmağı düşünürəm, ailəm dağılandan sonra, yəqin, içkiyə qurşanıb, həyatımı məhv edib, gənc yaşda ölərəm, ondan sonra xəbər saytları “gənc yaşda ölən keçmiş şahmat çempionu” adı altında xəbər paylaşarlar, amma yəqin ki, onun da içkidən ölməyim tərəfi daha çox diqqət cəlb edər. amma olsun ən azından ölümümdən sonra qısa da olsa, haqqımda müzakirə edərlər.
Beləcə beş stəkan çay və sayını xatırlamadığım ev şirniyyatı yedikdən sonra müsahibəni bitirib qalxdım. Evdən çıxana qədər o çempionatdakı uğurundan danışırdı. Amma nə yalan deyim, bezmişdim və onu eşitmirdim. Əliboş qalmışdım, bundan necə hekayə yaradacaqdım. Qeyri-adi heç bir tərəfi yoxdur. Öz işini layiqincə görüb, gördüyü işlə adı hallanan hər insanın yaşadığı sıradan hadisə. Ümumiyyətlə, bunu başa düşmək lazımdır ki, uğurlu görünmək üçün sadəcə uğursuz biri olmalısan. Həqiqi uğur heç kimə lazım deyil. Düzünə qalsa, hələ bir az da əsəbləşib düşündüm ki, “uğuru, həyatda tək edə bildiyi onun-bunun haqqında danışmaq olan insanların qarşısına qoyub, həsəd yaradanda axırı da belə olar”.
Oradan çıxan kim metroda bu məsələ ilə bağlı maraqlı bir fikir yarandı beynimdə. Tez FB profilimdə bunu qeyd etdim. Metrodan çıxdıqdan sonra paylaşıldı və mən hər like gəldikcə, özümü daha da uğurlu hesab etdim.
Status belə idi :
“Uğurlu olmaq başqa insanların “sadəcə var olmaq” istəkləri üzərində qətliam etməkdir.
Belə, bu gün - o hadisədən 2 il sonra – həmin adamın doğurdan da içkiyə qurşanıb, ciyyər serrozundan dünyasını dəyişdiyini oxudum, başlıqlar isə belə idi:
“UŞAQLARIN IN AHI YERDƏ QALMADI.
Ailəsini şahmata görə atan adam içkiyə qurşanaraq serroz olub, dünyasını dəyişdi, ALLAH RƏHMƏT ELƏSİN”.
11.2 min bəyənmə, 360 rəy.

Bir insanı kifayət qədər tanımırsınızsa, onu sevə bilərsiniz... - "Çirkli realizm" ustasından aforizmlər “Bir ehtimal da var, o da ölməkmi deyirsən?” - Qədim yunan dilini mükəmməl bilən anarxist şair Azərbaycan yazıçısının dünyaya çıxa bilməməsi nədən qaynaqlanır? - Mətanət Vahid
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Sentyabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see144

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see134

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see132

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see130

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see129

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see128

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see128

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see126

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see124

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see123

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see122

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see122

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see122

Nobel mükafatları bu tarixlərdə veriləcək

05 Sentyabr 2025 14:11see121

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see121

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

05 Sentyabr 2025 17:54see120

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see118

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see118

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see118

Dəyişikliklər bu BÜRCLƏRİN qapısını döyəcək: Həftə sonu şanslı bilet vəd edilənlər kimlərdir?

05 Sentyabr 2025 18:30see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri