Icma.az
close
up
RU
Bir birinə xəyanət edən ər arvadın sevgisi

Bir birinə xəyanət edən ər arvadın sevgisi

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az “Bir sevginin tarixi: Anna Axmatova və Nikolay Qumilyov” məqaləsini təqdim edir.

O, evlilik təklifi edir, amma xanım rədd cavabı verir. O, Parisdə sevgilisindən ötrü darıxan zaman, sevgili xanım heç kimə lazım olmadığını düşünərək şikayətlənir. Görünür, onların sakit və xoşbəxt ailə sahibi olmaları mümkün deyildi. Lakin heç nəyə baxmayaraq, bəlkə özləri də bilmədən ailə qurmağa çalışırdılar.

***

“Anna Axmatova ilə Nikolay Qumilyov romanı” iki sevən insanın münasibətindən çox, “siçan-pişik oyunu”nu xatırladırdı. Olduqca mürəkkəb daxili dünyası olan, Oskar Uaylda pərəstiş edən və teatr həvəskarı gənc şairlə, azadlıq aşiqi, impulsiv, dəyişkən xarakterli şairə... O, hər dəfə Annaya evlilik təklifi edib rədd cavabı alır və intihara cəhd edirdi.

***

Əlbəttə, sakitlikdən söhbət belə gedə bilməz. Bir-birinə şeirlər həsr etməklə bərabər, həm də bir-birinə xəyanət etdilər və ayrıldılar. Amma məhz bu qəribə bərabərlik hər ikisi üçün müqəddəslik pilləsinə yüksəldi. Heyf ki, onlar bunu çox gec anlaya bildilər.

“Çar kəndi bizim vətənimizdir”

Şairlərin ilk görüşü yeni il ərəfəsində, Çar kənd gimnaziyasında baş tutdu. Uayld yaradıcılığına heyran olan 17 yaşlı , özündə heç kəsin anlayıb dəyərləndirə bilmədiyi romantik qəhrəman obrazı yaradan gənc oğlan təmiz sevgi arzusunda idi. Öz ingilis kumirinə bənzəməyə çalışan Qumilyov silindr qoyur, saçlarını burur, hətta dodaqlarını və gözlərini də azca boyayırdı.

Anna Qorenko (ulu nənəsinin soyadı olan "Axmatovanı" şair bir neçə il sonra mənimsəyəcəkdi) hələ 14 yaşında idi.

Çılğın, ipə-sapa yatmayan, dərisini günəşdə qaraldan (həmin dövrlərdə yüksək təbəqənin nəcib davranış qaydalarına riayət edən qızlarını dəhşətə gətirən bir hal ) Axmatova Qumilyovun tam əksi idi. Lakin bütün bunlara baxmayaraq, Bodleri orijinaldan oxuyan Çar kənd məktəbinin şagirdi olan xanım qız romantik qəhrəmana daha çox bənzəyirdi. Onun xarici görünüşündə də təzad var idi: şümal, qara saçları, açıq rəngli dərisi və böyük, parlaq, ala gözləri…

Gimnaziya tələbəsi Qumilyov o dəqiqə aşiq oldu, gənc Anna isə əvvəlcə heyranına heç bir əhəmiyyət vermir, rəfiqələri ilə birlikdə bu qərib gəncə gülürdülər. Bundan sonra Qumilyov və Axmatova mütəmadi olaraq qarşılaşmağa başladılar. Çünki eyni kənddə təhsil alır, asudə zamanlarda əylənmək üçün eyni məkanlara gedirdilər.

“Siçan-pişik”

Yəqin, Qorenko-Axmatovanın Qumilyovla görüşü də özünəməxsus oyun idi. Gənc şairə heyranlıq duyacağı, pərəstiş edəcəyi obyekt - xanım lazım idi və onu tapdı: gənc qız onunla zaman keçirməyə razı oldu. Amma yenə də olanları ciddi qəbul etmirdi. Cütlük tez-tez Çar kənd qalaları yaxınlığında gəzişirdi. Bu görüşlər sonralar aşiq şairin şeirlərində öz əksini tapdı. Bundan 7 il sonra - onlar evlənəndə Qumilyov bu sətirləri yazdı:

Biz hələ də unutmuruq
amma unutmalıyıq
Sevdiyimiz zamanlar
uça bilmədiyimizi...

Hələ ki, onlar gəncdirlər. Bu 17 yaşlı gimnaziya tələbəsi Axmatovanı öz şeirlərində vəsf edir, onu dəniz pərisinə bənzədirdi. Anna isə onunla, sadəcə, oyun oynayır, özü tamamilə başqa bir adamı sevirdi. Tezliklə Qumilyov ona evlənmə təklifi edəcək, amma Anna onu qəbul etməyəcəkdi. Bu xanım qızın şairə ilk rədd cavabı olacaqdı.

“Delfinlər hekayəsi”

İlk imtinadan sonra Qumilyov sevdiyini unutmağa çalışır. O, gimnaziyanı bitirən kimi təhsilini davam etdirmək üçün Parisə gedir. Bir az böyümüş Anna Qorenko isə heç cürə qərara gələ bilmir - gah dostlarına öz rədd etdiyi heyranını sevdiyini söyləyir, gah da onu ələ salırdı. Bu cür “emosional təkzib”lərdən sonra o, Qumilyova məktub yazaraq heç kimə lazım olmadığını düşündüyünü bildirib, özünü unudulmuş hesab etdiyindən şikayətləndi. Nikolay dərhal Parisi tərk edib vətənə geri döndü. Amma Peterburqa yox, Annanın köçdüyü Krım şəhərinə.

Dəniz kənarı gəzintisi zamanı qıza onu sevdiyini etiraf etdi. Əvvəlcə Anna heç bir cavab verməyərək, sadəcə, düşünürdü. Lakin elə bu zaman cütlük sahildə iki ölü delfin görür. Bu mənzərənin Axmatovaya necə təsir etdiyi məlum olmasa da, az keçmiş o, Qumilyovun təklifini rədd etdi.

“Ölümdə bəxti gətirməsə də, sevgidə gətirir”

Məyus olmuş şair Parisə geri qayıdıb intihar etmək qərarına gəlir. Bu səbəbdən kurort şəhəri olan Turvilə gedib özünü dənizdə boğmaq istəyir. Amma intihar planı baş tutmur, onu görən yerli sakinlər polis çağırır. Onlar kədərli şairi avara, sərgərdan biri zənn edirlər.

Həssas Qumilyov bunu taleyin qisməti kimi qəbul edir və son dəfə daha bir cəhd etmək qərarına gələrək sevgilisinə məktub yollayır. Məktubda ondan təklif haqda yenidən düşünməsini xahiş edir. Axmatova isə öz qərarından əmin şəkildə yenidən - üçüncü dəfə şairə “yox” cavabı verir. Ardınca Qumilyov növbəti dəfə intihar etmək qərarı alıb, Bulon meşələrinə gedir. Bu dəfə o, zəhər içməli idi. Fəqət meşə gözətçiləri onu huşunu itirmiş vəziyyətdə tapıb xilas edir.

“Nəhayət, uzun müddətdir gözlənilən zəfər”

Bir il sonra 1908-ci ildə Qumilyov vətənə qayıdır. Əlbəttə, Axmatova ilə görüşür. Şairəyə məhz nəyin, necə təsir etdiyini dəqiq söyləmək mümkün deyil, amma onun ürəyinin “buz qatı ərimişdi”. 1910-cu ilin aprelində cütlük evləndi. Mərasim olduqca sakit və sadə tərzdə baş tutdu. Bəyin qohumları bu izdivaca o qədər şübhə ilə yanaşırdılar ki, hətta toya da gəlmədilər.

***

Qumilyov və Axmatova 8 il bərabər yaşadı. Doğrudur, bu zaman kəsiyinin əsas hissəsini ər səyahətdə keçirir, Annanı tək qoyurdu. Öz sevgilisinin qəlbinə sahib olmaq üçün o qədər illər sərf etmiş şair toydan 2 il sonra başqa qadına aşiq oldu. Bu hadisə Axmatova üçün əsl zərbə idi. Lakin onlar ailəni dağıtmadılar. Az müddət keçmiş şairin oğlan övladı dünyaya gəldi.

Qumilyov əvvəlki kimi səyahət edirdi. Bu zaman qadın onu evdə, pəncərə önündə gözləmirdi. O da həyata qaynayıb-qarışır, körpəyə isə Nikolayın anası qulluq edirdi. Tezliklə Birinci Dünya müharibəsi başlandı, Qumilyov cəbhəyə yollandı. Bu vaxtlar Axmatova başqa bir ədəbiyyat adamı olan Boris Anreplə eşq macərası yaşayırdı. Müəyyən müddət sonra isə Qumilyov-Axmatova cütlüyü rəsmi olaraq ayrıldı. Nəticədə hər ikisi başqa ailə qurdu.

Onların nikahının pozulmasında hansının daha çox günahkar olduğunu, kimin ilk dəfə xəyanət etdiyini söyləmək çətindir. Amma bolşeviklər 35 yaşlı şairi güllələdikləri zaman məhz Axmatova onun şeirlərinin nəşr olunması üçün müəyyən qurumlara müraciətlər etdi, əlyazmalarını qorudu, həlak olmuş şairə əsərlər həsr etdi...

Bu da rus ədəbiyyatının parlaq imzaları olan iki sevən şairin “siçan-pişik oyunu”nun sonu: əvvəllər gələcək ərini öz imtinalarıyla əzablara düçar edən şairə xanım, ölümündən sonra başqasının arvadı olmasına baxmayaraq Qumilyov üçün ideal qadına çevrildi.

Rus dilindən tərcümə: Xatirə Nurgül

Cəlil Məmmədquluzadənin nəticəsi Şuşada - Fotolar "Gülnisə kimi günahkar, əlləri ölümə bulaşmış ananın qızı olmaq..." - Samirə Əşrəf “Ey Vidadi, gərdişi-dövrani- “Ovod”a bax” - Mirmehdi Ağaoğlu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 İyun 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri