Icma.az
close
up
RU
“Bir çox gənc kollec təhsilini universitetə keçid üçün vasitə kimi görür” Ekspert

“Bir çox gənc kollec təhsilini universitetə keçid üçün vasitə kimi görür” Ekspert

Icma.az, Adelet.az saytına istinadən bildirir.

“Son illərin qəbul statistikası göstərir ki, Azərbaycanın orta ixtisas (kollec) təhsili ciddi böhran yaşayır. Ötən ilin nəticələrinə əsasən, kolleclər üzrə ayrılmış 8 144 plan yerindən 677-si boş qalıb. Bu isə ümumi plan yerlərinin 8,31 faizinin dolmadığını göstərir. Bəzi kolleclərdə vəziyyət daha da ağırdır. Məsələn, Ağdam Musiqi Kollecində plan yerlərinin 68,63 faizi, Sumqayıt Musiqi Kollecində 44,35 faizi, Şuşa Humanitar Kollecində isə 35,92 faizi boş qalıb”.

Adalet.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Məzahir Məmmədli deyib. 

Ekspertin sözlərinə görə, bu rəqəmlər təsadüfi deyil:

“Onlar orta ixtisas təhsilinə marağın azaldığını və bu pillənin cəmiyyət üçün cəlbediciliyini itirdiyini göstərir. Əsas problem ondadır ki, kolleclər əmək bazarının ehtiyaclarına uyğun rəqabətqabiliyyətli mütəxəssis hazırlamaqda çətinlik çəkirlər. Bir sıra pedaqoji istiqamətlər bağlanıb, bəzi ixtisaslar isə əmək bazarının real tələblərinə cavab vermir. Nəticədə, kolleclərin əsas missiyası olan praktik və peşəkar kadr hazırlığı arxa plana keçir”. 

M.Məmmədli bildirib ki, digər diqqətçəkən məqam isə odur ki, bir çox gənc kollec təhsilini məqsəd deyil, universitetə keçid üçün vasitə kimi görür:

“Yəni kollec, bilik və peşə qazanmaq üçün deyil, gələcəkdə ali məktəbə qəbul imkanını artıran bir "tramplin" funksiyasını yerinə yetirir. Bu yanaşmanın nəticələri ali təhsil müəssisələrində də hiss olunur. Bəzi universitetlər subbakalavr qəbulu ilə bağlı narahatlıqlarını ifadə edərək bu kateqoriyadan qəbul olunan tələbələrin akademik hazırlıq səviyyəsinin kifayət etmədiyini bildirirlər. Bu isə kolleclərdə tədrisin keyfiyyəti və məzun hazırlığı ilə bağlı ciddi suallar yaradır. Artıq orta ixtisas təhsili ilə bağlı kosmetik dəyişikliklər deyil, sistemli islahatlara ehtiyac var. Kolleclərin ixtisasları əmək bazarının tələblərinə uyğun yenilənməli, işəgötürənlərlə əməkdaşlıq gücləndirilməli, praktik hazırlıq artırılmalı və bu təhsil pilləsinin nüfuzu yenidən formalaşdırılmalıdır.Əks halda, hər il plan yerlərinin boş qalması, kolleclərin yalnız universitetə keçid mərhələsinə çevrilməsi və əmək bazarının keyfiyyətli orta ixtisaslı kadrlardan məhrum olması davam edəcək. Bu isə təkcə kolleclərin deyil, bütövlükdə ölkənin təhsil və iqtisadi inkişafı üçün ciddi çağırışdır. Statistika artıq xəbərdarlıq edir. İndi qərarvermə mərhələsidir”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 İyul 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri