Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Kollecdən universitetə keçid sistemi nə zaman səmərəlidir? Ekspert DANIŞDI

Kollecdən universitetə keçid sistemi nə zaman səmərəlidir? Ekspert DANIŞDI

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir çox abituriyent ali təhsilə keçidi asanlaşdırmaq üçün əvvəlcə kollecə daxil olub, daha sonra universitet təhsilinə keçməyi düşünür.

Universitetə birbaşa qəbul ilə müqayisədə, hansı hallarda kollecə daxil olmaq və ya birbaşa universitet yolunu seçmək daha məqsədəuyğundur?

Sualımıza cavab olaraq Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi ki, kollec universitet marşrutu hazırda abituriyentlərin ixtisas seçimini, akademik hazırlığını və karyera yönümünü formalaşdıran ən mühüm mexanizmlərdən birinə çevrilib:

"Bu modelin səmərəliliyi təhsil sisteminin institusional yanaşmasından, Elm və Təhsil Nazirliyinin tətbiq etdiyi standartlardan və əmək bazarının real tələblərindən asılıdır. Bu prosesin qiymətləndirilməsi həm statistik göstəricilərin, həm də təhsil qanunvericiliyinin tələblərinin kontekstində aparıldıqda üstünlüklər və məhdudiyyətlər daha aydın görünür. Son illərin məlumatları göstərir ki, kolleclərin rolu artır: 2023–2024-cü tədris ilində 41 mindən çox abituriyent orta ixtisas təhsili müəssisələrini seçib və onların təxminən 32%-i gələcəkdə universitetə lateral keçidi planlaşdırır. Bu statistika gənclərin əvvəlcə praktik peşə hazırlığı əldə edib, daha sonra akademik pilləyə keçmək niyyətində olduğunu göstərir. Təhlil onu da təsdiqləyir ki, kollecdə oxuyan tələbələrin 45%-ə qədəri ikinci kursdan etibarən ixtisasını dəyişmək istədiyini bildirir. Bu dəyişikliklərin kökündə gənclərin real praktik bilik qazandıqdan sonra öz maraqlarını daha düzgün müəyyən edə bilməsi dayanır.

“Təhsil haqqında” Qanunun 16-cı maddəsi ixtisas seçiminin şagirdin maraqlarına və qabiliyyətlərinə uyğun həyata keçirilməsini, 18-ci maddə isə peşə hazırlığının mərhələli şəkildə təşkilini dəstəkləyir. Kollec sistemi məhz mərhələli peşə və akademik inkişaf modelini təmin etdiyinə görə qanunun bu tələblərinə uyğunluq nümayiş etdirir. Eyni zamanda “Orta ixtisas təhsili haqqında Əsasnamə” tələbənin həm nəzəri, həm də praktik bacarıqlarının inkişafını dövlət öhdəliyi sayır və bu baxımdan kolleclərin funksiyası düzgün qurulduqda təhsil sisteminin çevikliyini artırır".

Mütəxəssis qeyd etdi ki, kollec mərhələsi bir çox tələbə üçün ixtisası daha dərindən anlamağa, texniki bacarıqları gücləndirməyə və əmək bazarı ilə erkən tanışlığa imkan yaradır:

"Məsələn, Azərbaycan üzrə son beş ildə texniki kolleclərin məzunlarının 57%-i universitetə keçdikdən sonra daha yüksək qiymətlərlə oxuyub, çünki ixtisasın əsaslarını kollecdə mənimsədikləri üçün akademik adaptasiya mərhələsi daha asan olur. Elm və Təhsil Nazirliyinin kolleclərin maddi-texniki bazasının yenilənməsi, yeni laboratoriyaların açılması, dual təhsil elementlərinin tətbiqi kimi addımları bu prosesin keyfiyyətini artıran mühüm müsbət istiqamətlərdir və bu sahədə aparılan islahatların məqsədyönlü olduğunu göstərir. Mənfi tərəflər isə əsasən struktur problemlərlə bağlıdır. Hazırda kolleclərin tədris səviyyəsi regionlar üzrə bərabər deyil; bəzi müəssisələrdə əsas fənlərin təməl tədrisi zəif olduğundan universitet mərhələsində nəzəri boşluqlar yaranır.".

Müsahibimizin fikrincə, akademik sahələrə – riyaziyyat, hüquq, tarix, psixologiya, beynəlxalq münasibətlər kimi sahələrə hazırlaşan tələbələr üçün isə kollec mərhələsi çox vaxt vaxt itkisinə çevrilir, çünki bu istiqamətlər daha çox nəzəri hazırlıq tələb edir:

"Digər çatışmazlıq ondan ibarətdir ki, bəzi tələbələr kollecə “müvəqqəti dayanacaq” kimi yanaşdığı üçün oxuma motivasiyasında azalma olur və bu, təhsilin keyfiyyətinə təsir edir. Dünya təcrübəsi də göstərir ki, mərhələli keçid modeli - “2+2 sistemi” - xüsusilə ABŞ, Kanada və Cənubi Koreyada geniş tətbiq olunur və nəticələr çox vaxt müsbətdir. Müqayisə göstərir ki, kollec-universitet modeli ən çox praktik peşələr üçün səmərəlidir: mühəndislik texnologiyaları, proqram təminatının əsasları, tibb bacılığı, dizayn, turizm idarəçiliyi və logistika kimi sahələrdə kollec hazırlığı universitetdə ciddi üstünlük yaradır. Birbaşa universitet yolu isə daha çox nəzəri bilik tələb edən sahələrdə məqsədəuyğundur, çünki kollec bu sahələrdə elmi baza üçün kifayət qədər dərinlik təmin etmir. Bu sistemin daha səmərəli olması üçün dəyişməli olan əsas məsələ kolleclərin tədris keyfiyyətinin standartlaşdırılması, kurikulumların yenilənməsi və kollecdən universitetə keçid mexanizmlərinin daha şəffaf şəkildə qurulmasıdır. Bu, Elm və Təhsil Nazirliyinin son illərdə apardığı islahat xətti ilə uzlaşır: kollec təhsilinin modernləşdirilməsi, ixtisasların əmək bazarının tələblərinə uyğunlaşdırılması, təhsil pillələri arasında çevik keçidlərin yaradılması və orta ixtisas təhsili müəssisələrinin yenilənməsi istiqamətində görülən işlər təqdir olunmalıdır".

K.Əsədov hesab edir ki, kollec-universitet marşrutu nə zamansa yeganə seçim deyil, amma düzgün qurulduqda çevik və faydalı bir mexanizmdir.

"Tələbə ixtisasını dəqiq bilmirsə, praktiki bacarıqlar qazanmaq istəyirsə və mərhələli inkişaf modeli onun üçün daha münasibdirsə, kollec yolu üstünlük yaradır. Güclü akademik potensiala malik, nəzəri sahələrə yönələn və vaxt itkisini minimuma endirmək istəyən tələbələr üçün isə birbaşa universitetə qəbul daha məqsədəuyğundur. Beləliklə, hər iki yolun effektivliyi tələbənin məqsədlərinə, sahənin xüsusiyyətlərinə və təhsil sisteminin tətbiq etdiyi standartlara bağlıdır. Elm və Təhsil Nazirliyinin bu sahədə apardığı təkmilləşdirmə siyasəti də məhz gənclərin daha məqsədyönlü seçim etməsinə imkan yaratmağı hədəfləyir".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:497
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Dekabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri