Icma.az
close
up
RU
Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır

Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İcbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin yenilənməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən növbəti ictimai müzakirə təşkil edilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, müzakirələrdə Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin səlahiyyətli ortoped-travmatoloqları iştirak ediblər.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib ki, cari ildən etibarən xidmətlər zərfinin yenilənməsi ictimai müzakirələr şəklində həyata keçirilir: “Bu prosesdə müxtəlif sahələr üzrə həkimlərin dəstəyinə ehtiyac duyulur. Bugünkü müzakirələrin məqsədi yenilənəcək xidmətlər zərfində travmatoloji xidmətlərlə bağlı ixtisas həkimlərinin fikirlərini və təkliflərini öyrənməkdir”.

Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva bildirib ki, xidmətlər zərfinin daha effektiv və əhatəli şəkildə yenilənməsini təmin etmək üçün ixtisas həkimlərini prosesə cəlb etmək vacib əhəmiyyət daşıyır. Xidmətlər zərfi ilə çalışan həkimlərin işinin səmərəli təşkili üçün bəzi xidmətlərin adlarının daha aydın və dəqiq şəkildə yazılması, o cümlədən yeni xidmətlərin əlavə edilməsi planlaşdırılır.

Tibbi xidmətlərin tənzimlənməsi və texniki qaydaları şöbəsinin müdiri Səlim Hüseynzadə təklif olunan dəyişikliklərlə bağlı təqdimatla çıxış edib: “Xəstəliklərin Beynəlxalq Təsnifatının 9-cu təsnifatına (XBT-9) əsasən travmatologiya sahəsində bir sıra tibbi xidmətin sığorta hesabına qarşılanması təklif olunur. Xüsusilə, bud-çanaq və diz oynaqlarının revizion protezləri, vətər və əzələ prosedurlarının xidmətlər zərfinə əlavə olunması nəzərdə tutulan əsas tibbi xidmətlərdir”.

Bundan əlavə, bəzi travmatoloji tibbi xidmətlərin göstərilməsi zamanı istifadə olunan xüsusi tibbi sərfiyyatın yenilənən xidmətlər zərfində nizamlanacağını da qeyd edilib.

Həkimlər təklif edilən dəyişiklikləri müsbət qiymətləndiriblər. Xidmətlərin tarifikasiyasına gəlincə, bu barədə təkliflərini yazılı formada təqdim edəcəklərini bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Dekabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see211

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see186

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see148

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri