Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

Bir daha Himnimiz haqqında

Bir daha Himnimiz haqqında

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Kamil Şahverdi

V yazı

(əvvəli BU LİNKDƏ)

Xəyal deyil Turan

Nəriman Nərimanovun müəmmalı ölümündən sonra onun iş otağında və evində aparılan axtarışlara, müsadirə olunan çoxsaylı sənədlərə rəğmən bu şeirin necə qorunub günümüzə çatması haqqında maraqlı məlumatları bir qədər sonra diqqətinizə çatdıraram. İndi isə böyük bəstəkar İsmayıl Zühtü Bəyin türkçülüyə xidmətləri haqqında məlumatlara nəzər salaq.

Türkiyəli musiqişünas-alim Seymen Özdeniz İsmayıl Zühtü Bəyin həyat və yaradıcılığına həsr olunmuş araşdırma yazılarında olduqca maraqlı məlumatlar toplamışdır. Bu akademik yazılar Dokuz Eylül Araştırma Universitesi 3. Uluslararası Sanat-Tasarım Konfransı, Performans və Sergisi. 14-15 Kasım

2023. İzmir., (Seymen Özdeniz. "Türk Müzik Tarihinin Kayıp Besteçisi: İsmail Zühtü. səh. 85-104) və Konya Selcuk Universitesi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə keçirilən 7. Uluslararası Sosyal ve Ekonomik Araştırmalar Ögrenci Kongresi. 2-3 Mayıs 2024. Bakü / Azerbaycan. Tam Metin Bildiri Kitabında (Seymen Özdeniz "Kardeş Ülke Azerbaycana Marş Armağan Eden Bestekar: İsmail Zühtü Bey". seh. 99-111) çap edilmişdir. Bu yazılarda olduqca qiymətli məlumatlar yer alıb. Diqqətimi çəkən bəzi tarixi məlumatları sizin də nəzərinizə çatdırmaq istəyirəm.

"Türk ocağının 1912-ci ilin martında İstanbulda qurulmasından sonra həmin ilin avqustunda rəsmən açılmış İzmir şöbəsinin ilk rəhbəri dövründə ustad qəbul edilmiş fikir adamlarından Nəcib Türkçü idi. II Meşrutiyet dövrü İzmirin ən önəmli mədəniyyət mərkəzlərindən olan Türk Ocağı şöbəsində Türk gəncləri tez-tez toplanır, burada təşkil olunan konfrans və konsertləri izləyirdilər. Misal olaraq 1913-cü ilin iyulunda İstanbuldan gələn Əhməd Ağaoğlu, Hamdullah Suphi, Fuat Köprülü, Ali Canip, Aka Gündüz və Kazım Nami kimi tanınmış isimlərin verdiyi konfranslar və Köprülünün Türkün Duası adlı şeirinin İsmayıl Zühtünün bəstələrinin müşayiəti ilə bir pyes şəklində təmsil edilməsi İzmirdə uzun zaman danışılan bir hadisə idi. Bundan başqa milli teatrların da göstərildiyi Türk Ocağı, Barışıq və Yunan işğalı təhlükəsi qarşısında xalqı

maarifləndirmək və dirənişə təşviq etmək kimi bir çox məsələlərdə də önəmli rol oynamışdır. Bu ocağın aktiv gənclərinin daha sonra Cümhuriyyət Türkiyəsində önəmli vəzifələr daşıdıqları da qeyd olunmalıdır." (Karahan T. Tokadizade Şekip Beyin Derviş Sözleri Adlı Eseri. Akademik Dil ve Edebiyat Dergisi, cilt: 4, sayı: 1, s. 27-58.)

Seyfeddin Pamuk "Türk Ocağı Marşları Ne Oldu?" məqaləsində (Türk Yurdu, cilt: 28, sayı: 256, s. 64-65) Türk Ocağı üçün bir çox marşların yazıldığını qeyd edir. 1918-ci ildə İsmayıl Zühtü Bəyin "Türk Ocağı Marşı"nı bəstələdiyi və bu marşın Türk Ocağının toplantılarında oxunduğu bildirilir. Marşın sözlərinin müəllifi və nə zaman yazıldığı bəlli deyil. "Türk Ocağı

Marşı"nın sözləri aşağıda verilmişdir:

Türküz, ederiz daim iftihar

Hilkatle başlar tarihimiz var.

Kalplerde Türklük, aşk ile çarpar,

Yok bize başka yar...

Önde sancak, elde süngü, kalpde Tanrı biz,

Dünyaya hakim olmak isteriz.

Mektebimiz Türk Ocağı, mefkuremiz yüce, parlak

Turandır hep ancak.

(Seymen Özdeniz. "Türk Müzik Tarihinin Kayıp Besteçisi: İsmail Zühtü." III. Uluslararası Sanat-Tasarım Konferansı. İzmir. 2023, s. 96-97)

Yuxarıda qeyd olunanlardan göründüyü kimi İsmayıl Zühtü Bəy

dövrünün görkəmli fikir adamları ilə əqidə dostluğunda olmuş və Türkçülüyün, Turan ideyasının təbliğatçılarından olmuşdur. Ona görə də onun "Kardeş salamı"-" Azərbaycan Marşı" yazıb ölkəmizə göndərməsi əqidəsinin təzahürü kimi qəbul edilməlidir.

Seymen Özdeniz ikinci yazısında İsmayıl Zühtü Bəyin yazdığı marşı Azərbaycana göndərməsini belə təsvir edir:

"İsmayıl Zühtü Bəy, İzmirin işğal altındaykən Azərbaycan üçün bəstələdiyi söz konusu olan marşın parşömen (perqament-K. Ş.) kağızlara yazılmış notlarını, Müttəfik Dövlətlərin İstanbulda yerləşən nümayəndələri ilə Azərbaycana göndərmişdir. Hemen ardından da İzmirdə musiqi müəllimi kimi çalışdığı bütün məktəblərdə bəstələmiş olduğu bu marşı öyrətməyə başlamışdır." (Seymen Özdeniz. "Kardeş Ülke Azerbaycana Marş Armağan Eden Bestekar: İsmail Zühtü Bey" 7. Uluslararası Sosyal Ekonomik Araştırmalar Ögrenci Kongresi. Tam Metn Bildiri Kitabı. 2024, s. 108)

İsmayıl Zühtü Bəy

İsmayıl Zühtü Bəy Türkiyədə Cümhuriyyət öncəsi Milli Mücadilə dövründə yorulmadan çalışaraq insanların, xüsusilə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində misilsiz xidmətlər göstərmişdir. Bütün bu təmənnasız xidmətlərə baxmayaraq böyük bəstəkar,

milli düşüncə sahibi İsmayıl Zühtü Bəyin yaradıcılığı və fəaliyyəti kifayət qədər araşdırılmamış, əsərləri it-bat olmuş, adı isə az qala unudulmaq həddinə çatmışdır.

Nə yaxşı ki, son zamanlar bəzi araşdırmaçılar İsmayıl Zühtü Bəyin həyat və fəaliyyətini öyrənməyə maraq göstərir və qiymətli yazıları ilə Türk millətinə, onun musiqisinə xidmət etmiş ustad bəstəkarın adını əbədiləşdirirlər. Musiqişünas və musiqi tənqidçisi Ahmet Say, professor, doktor Ömer Faruk Huyugüzel, yazıçı, teatrşünas, rejissor, bəstəkar Yaşar Ürük, musiqişünas Seymen Özdeniz və digər araşdırmaçıların son illərdə apardıqları tədqiqat işlərini qeyd etmək vacibdir.

İsmayıl Həbib Sevük

"Kardeş Selamı"- Azərbaycan Marşının söz müəllifi görkəmli ədəbiyyatçı alim, ədəbiyyat tarixçisi, jurnalist, siyasətçi, Turan ideyasının daşıyıcılarından və təbliğatçılarından olan İsmayıl Həbib Sevük və ya İsmayıl Hakkı Sevük (1892-1954) Kurtuluş Savaşı boyunca Milli Mücadilə hərəkatının ən qızğın dəstəkçilərindən olmuşdur. O 1943-1946-cı illərdə VII çağırış TBMM-də millət vəkili olaraq yer almışdır. Türkiyə Cümhuriyyətinin ilk illərində Edirnə Milli Təhsil müdürü təyin olunan İsmayıl Həbib Sevük Edirnə Türk Ocağına rəhbərlik etmişdir. 1923-cü ildə "Yeni Gün" qəzetinin və Anadolu Xəbər Agentliyinin müxbiri kimi Atatürkün Adana-Mersin-Konyaya etdiyi səfərə qatılmış və qayıtdıqdan sonra gördüklərini silsilə məqalələr şəklində "Hakimiyyəti Milliyə" qəzetində dərc etdirmişdir. 1925-ci ildə litseylər üçün dərs kitabı olaraq "Türk Teceddüt Edebiyyatı Tarihi" əsəri çap olunur. 1935-ci ildə Atatürklə bağlı xatirələrindən ibarət "O Zamanlar", 1939-cu ildə Atatürkün fəaliyyətinə həsr olunmuş "Atatürk İçin" kitabları nəşr olunur.

seeBaxış sayı:155
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 İyun 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

27 Sentyabr 2026 22:15see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri