Icma.az
close
up
RU
Bir dəftər üçün oğruya çevrilən uşaq Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq Tural Turan

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Tural Turanın "Oğurluq" essesini təqdim edir.


O hadisədən sonra Avdı baba ilə bir də qarşılaşmadıq. Amma hər gün yolum onun dükanının qarşısından keçirdi. O gün eşitdim ki, Avdı kişi rəhmətə gedib.

Atam Moskvada idi. İşləyirdi. Mən də üçüncü sinifdə oxuyurdum. Hardasa, 1998-ci ilin söhbətidir. Neçə gün idi ki, evimizdə pul qurtarmışdı. Atamın göndərdiyi pul da gəlib çıxmaq bilmirdi. Yalan olmasın, bəlkə də bir həftə idi ki, evimizdə eyni cür yemək bişirdi; ispanaq sıxması. Artıq yeməkdən də bezmişdik. Anam pencərdən bezdiyimizi görüb hər gün bu yeməyin bir başqa formasını bişirirdi ki, ağız dadımız dəyişsin.

O vaxt şənbə günləri də dərs olurdu. İndiki kimi yadımdadır. İkicə dərsimiz vardı. "Ana dili" və “Oxu”. Birinci saat "Ana dili" dərsi idi. "Ana dili dəftəri"m dolmuşdu. Allahdan axırıncı vərəqinə ev tapşırığımı yaza bilmişdim. Müəllimim təzə dərsə başlayanda dedi ki, sən niyə yazmırsan? Qayıtdım ki, dəftərim dolub:

- Qaç dükandan dəftər al gəl...

Yerimdən tərpənmədim. Üstümə təbaşir atdı. Əsəbləşmişdi. Tez sinifdən çıxdım. Gözlərim dolmuşdu. Cibimdə pul yox idi. Evə getsəydim, əliboş qayıdacaqdım. Məcbur qalıb yaxınlıqdakı dükana getdim. Baxdım ki, dükan sahibinin başı qonşusu ilə söhbətə qarışıb. Bir 40 vərəqli dəftər götürüb qaçdım. Məktəbə sarı üz qoydum. Yenicə dabanıma tüpürüb yellənmişdim ki, dükançı Avdı kişi arxamca yüyürdü. Heyva ağacından yontaladığı koxanı arxamca salaveylədi.

Düz məktəbin qapısına kimi dalımca düşdü. İncəvara arındanmı, kişiliyinə sığışdırmadığındanmı məktəb qapısından içəri addım atmadı. Təngnəfəs sinifə girdim. Tövşəyə-tövşəyə yerimə keçdim. Üzüm od tutub yanırdı. Boynumdan üzü aşağı tər puçurları parıldamağa başlamışdı.

Dəftəri açanda gördüm ki, “kərpiclidir”. Yəni, hesab dəftəridir. "Ana dili" üçün nəzərdə tutulanlardan deyil. Qanım qaraldı. Müəllimə dedim ki, “Ana dili dəftəri” olmadı. Müvəqqəti buna yaza bilərəmmi? Qayıtdı ki, parta yoldaşından bir qaralama dəftər varağı al, ona yaz. Bu dəftəri də riyaziyyat dərsində istifadə edərsən. Lap dilxor oldum...

Uşaqlar sinifdən çıxdı. Mən məktəbin arxasındakı moruq kolluğuna sarı qaçdım. Pis iş tutduğum üçün hava qaralana qədər oradan çıxmadım. Axşam düşdü, Avdı kişi dükanı bağlayıb, işığını söndürdü. Ondan sonra başımı aşağı salıb, ürkək addımlarla evə getdim. Anam niyə gec gəldiyimi soruşdu. Məşğələdə olduğumu söylədim... İnandırmaq üçün hətta çoxdandır üzünə həsrət qaldığım atamın canına and içdim.

Gecə yata bilmədim. Avdı kişinin topuğuma dəyən koxasının yeri ağrıdırdı. Elədiyim hərəkətin utancı yadıma düşəndə isə ağrı kəsirdi. Səhər açılan kimi gedib məhələdən bir qucaq ispanaq yığdım. İspanağı görünməz sellofan torbağa büküb Avdı kişinin dükanının qapısının ağzına qoydum. Üzərinə isə bir kağıza dörd cümləlik məktub yazıb yapışdırmışdım: “Avdı baba, mənəm, Mətləbin oğlu. Dünən dükanınızdan dəftəri mən oğurlamışdım. Evimizdə pul yox idi, əvəzinə ispanaq gətirmişəm... Atam gələndə pul gətirəcəyəm, “riyaziyyat”ı “ana dili” ilə dəyişərsiniz...”.

"Yataq otağının qapısını bağladığın anı xəyal edirəm..." - Məşhur yazıçıların sevgililərinə yazdıqları məktublar Səni sevən sənsiz ömrü neyləsin? - Ümmügülsümün şeiri "Sən də bilmə, Lavinia..." - Özdemir Asaf məşhur şeirini kimə yazmışdı?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 İyun 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri