Icma.az
close
up
RU
Bir dəqiqəlik sükut ölüm məşqidir Zaman Paşazadənin şeirləri

Bir dəqiqəlik sükut ölüm məşqidir Zaman Paşazadənin şeirləri

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az "Güneydən şeirlər" layihəsindən Zaman Paşazadənin şeirlərini təqdim edir.

Zaman Paşazadə Xiyav əsillidir, 1979-cu ildə Kərəc şəhərində dünyaya göz açmışdır, elə uşaq çağlarında atasının işdən təqaüdə çıxdığına görə bir daha Xiyav şəhərinə dönmüşlər. Zaman 2005-ci ildə işi ilə bağlı Muğanın Parsabad şəhərinə köçmüşdür. Muğanda bir neçə dövrə Şəhriyar ədəbi dərnəyinin mərkəzi şurasının üzvü olaraq dərnəyin müəllimu vəzifəsində çalışmış, bir neçə ədəbi yarışma, o cümlədən Mələkan şəhərində qurulan Yaylıq nəşriyyatının ədəbi yarışmasında seçilmişdir. Sonralar isə bir neçə ədəbi yarışmanın jüri heyəti çərçivəsində öz ədəbi çalışmalarını davam etdirmişdir. 2019-cu ildə Zaman Paşazadənin ilk şeirlər kitabı “Aynada öl-dirilmək” adı altında nəşr edilmişdir.

I.

Keçirəm B planına,
Matrisdən çıxıb
İksdən çıxış edirəm.

Mavi zanbaqların uyuşdurucu qoxusundan,
B/Ayılıram qucağında.
Saqqallı ayağına dolaşan miniatür qocanı xatırla!..
O bayğın,
O bayağı,
O arxaik,
O klassik erkək tipi mənəm;
Amma o sən deyilsən.
Unut miniatürü,
Mükəmməlçi bir rəssamın beynində vurnuxan model,
Müxatibin bacarığına buraxılmış ağ oxunuş,
Çizilməmiş matris,
Çözülməmiş iks.

Keçirəm B planına,
B/Ayılı...

GÖZLƏRİN İZTİRARİ ÇIXIS YOLUDUR

Gözlərin hər an şeir ola bilir
Hər an şair ola bilməsəm də mən.
Həyat melanxolik bir itdirsəyidir
Gözlərinlə yanaşı dirçəlir xəyalımda.

Həyat pozitivin, neqativə vuruşudur¹
Gözlərinin itdirsəyinə vuruşu
Müsbətin müsibətə vuruşu...
Sonuc melanxoliyadır.

Gözlərin
İztirari çıxış yoludur iztirab binasından
Tibet çanağının səs dalğası
Şeir meditasiyası
Dünya şeiridir.
Bütün xalqların ortaq dilidir
Musiqi kimi,
Rəsim kimi,
Heroqlif kimi,
Çevirməyə gərək yox.
Nilufəri suda saxsıya çevirmək olmaz,
Çevirmək olmaz gözlərini şeirə.
Amma mən şeirimi gözlərinə çevirməliyəm,
Bütün xalqlarla danışmaq üçün.

Bax!
Səslənirəm dünyaya.
Beynimin sol yarımkürəsi gözlərinin şəklindədir.
Sağ yarımkürəsi çatlaq torpaq.
Həyat solun sağa vuruşudur.
Sonuc qıstaqdır²
Sonuc mənəm;
Cənnətdən qovulmuş adəm
Çatlaq torpaqda cənnət planı çizirəm.

SABAHIN ŞEİR PLATONU

Günəş doğunca
Print aldım kölgələri
Qorxularımla üzləşməli idim
Terapistim
"Yaz qorxularını" demişdi
Şeir qorxuların kölgəsi deyilmi?

Mağaradan Utopiyaya bir qatar var
Yatağımda devrilir hər səhər
Hər səhər unutqanlığa qurduğum quşbeyin saat
Hələ də yaşadığımı xatırladır.
Terapistim
"Bul sevdiyini
Qoy səni öldürsün"³ demişdi
Sevgi ölümün kölgəsi deyilmi?

Özümü diriltməyə çalışıram
Kəlmə üfürürəm ağzıma
Ürək masajı verirəm
Burnumun ucuna dayanmış tavandan
Sevgini daşıyıram beynimin kül boyalı maddəsinə.
Sitat:
"Onu beynimdə yaratdığımı düşünürəm"⁴
Sitatın sonu; Silviya Plat.
Sevgiyə platonik yaxlaşımdır dəmir yolları kəsişməz
Görüntülənər
Dan sökülər, "download" olmaz.

Seçim qarşısındayam platon
Günəş yoxsa kölgə?
İç yoxsa dış?
Ölüm yoxsa yaşam?
Utopiya?
Yoxsa/Y
Mağara!

DÜYÜN

Həmişə düyünlərin
Gözəl bir xalça kimi
Avropada tablo
Ortadoğuda ayaqlar altında
Və Afrikada həsir kimi olduğunu düşünürsən.

Amma unudursan gözəl görünən hər bir şeyin altında
Gözə görünməyən işgəncələri.

Bax!
Sadəcə qalstukun düyünü deyil
Boğazımda
Udquna bilmədiyim üst-üstə düyünlər var.

Hər gecə ütülədiyim kostyumum kimi
Ütüləyirəm gövdəmin qırışlarını
Sarıram yaralarını
Hər səhər qalstukum,
qırılıb düyünləndiklərimin üstünə vurulur

İndi mən,
düyünlərlə ayaqda qalmış
özüm boyda bir düyünəm.
Ya çöz
Ya sürüş
Ya da düyünlən gövdəmə.

BOB ROSS İLƏ RƏSM LƏZZƏTİ

Bir dəqiqəlik sükutdan sonra uçdu Flaminqolar
Ağ bir məzarlıq qaldı ayaqlarının altında
Ağ bir rəsm bumu...

Mən Bob Ross
Sizinlə bu ağ Xaos laboratoriyasındayam
Əlinizədəki fırçanı tanrı kimi tutun
Xəyal paletindən lacivərd mavisini seçin
Göy üzü boşluğunu
Mavi başlamalıyıq.

Xəyal gücünüzü özgür buraxın
Siz bu dünyanın yaradıcısısınız.
Hə! elə bu sağ köşədə
Bir bulud yaşayırmış bəlkə.
Bir az titan bəyazı qatırıq
Yumşacıq zərbələrlə
Ağ bir bulud yaranır
Bax belə...

Kəsin, arxadaşsız darıxacaq buludumuz
Elə isə kiçik, xoşbəxt, buludlar çizirik
Fırladaraq-fırladaraq fırçanı.

Bu rəsm, boyalı bir flaşbək,
Ağ qara bir gələcək rəsmidir;
Bir az keçmişə dalalım
Unutmayıbsızsa dəniz var imiş buralarda
Unutmayıbsızsa Urmu mavisi deyə bir boya var
Fırçanızı Urmu boyayın
Heç bir sınır yoxdur
Qoyun həyat su kimi axsın
Urmu gölü var imiş deyə düşünün
Sayxın bir gölün qırağında öldüyünüzü düşünün
"Bu an, burada" texniki ilə
Fırçamızla dünyaya toxunuruq
Sağdan sola
Soldan sağa
Yaşıl bir hüzur
Mavi bir özgürlüklə
Dəniz döşəyirik duzlağa
Dalğaların səsini də çizirik
Havanın sərinliyini də.

Dərin bir nəfəs alın
Aldığınız bu nəfəsdə
Gölün mavi qoxusunu içinizə alırsınız
Başınızı qaldırıb göy üzünün maviliyinə baxırsınız
Burnunuzla havanı içinizə çəkib, "Mavi göl" deyərək eşiyə ötürürsünüz.

İndi nəfəsinizin gedib gəlməsinə odaqlanırsınız
Özünüzü rahat hiss edirsiniz
Sıxıntılarınızı fırçanı çaldıqca geridə buraxırsınız
Hə! elə indi, burada
Dənizin ortasında bir ada var
Adını xoşbəxtlik qoyun
Bir gəmi var
Nuh gəmisi
Bütün varlığı qurtaracaq bir gəmi,
Heç bir şey imkansız deyil,
Yağış yağacaq bir azdan
- Yox yağışı unudun
Düşünməyin
Xəyalınızı o qədər də özgür buraxmayın
Əsid yağısını unudun
Duz qasırğasını düşünməyin
Diqqətiniz dağılmışsa
Təkrar nəfəs almağa,
Mavi göl kəlməsinə odaqlanın
Flaminqo yerinə Əbabil qoymayın
Duz yerinə Siccil qoymayın
Heç bir şey olmamış kimi davranın
Xəyal edin; bulud kimi sovuşur gərginlikləriniz
Sükutu dinləyin
Xəyal edin xoşbəxtsiniz...

Bir dəqiqəlik sükut ölüm məşqidir
Bir dəqiqəlik sükutdan sonra
uçdu Flaminqolar
Şəhərin üstündə səs divarını sındırdılar
Səs insanların başına düşdü.
Sükutla anılan ölülərin səsi doldu şəhərə
Mən Bob Ross!
Xərçəngdən ölmüş,
bir təbiət rəssamıyam

¹ Vuruş: Riyaziyyatın dörd əsli əməlindən biridir.
² Qıstaq: Bərzəx
³ Çarlz Bukovski
Silviya Plat

Aktyora “Bakı Metropoliteni”ndə yüksək vəzifə verildi “Cinema Talks” panel müzakirəsi aparılıb Rusiyada "Səs" şousunun azərbaycanlı iştirakçısı saxlanılıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://kulis.az
archiveBu xəbər 08 Aprel 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri