Icma.az
close
up
RU
Xanım Paşazadənin incəsənət harmoniyası

Xanım Paşazadənin incəsənət harmoniyası

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bəşər övladı var olduğu gündən bəri ana təbiəti dərk etməyə, onu anlamağa, öz varlığında əks etdirməyə çalışır. Çünki yer üzündəki bütün canlılar təbiətin bir parçası olmaqla bərabər, həm də Y. Paçovskinin komponentini təşkil edirlər. Bu vahidin ən mürəkkəb elementi də insandır. O, kainatdakı sükunət və süxunəti duymaq, bu ahəngi, nizamı anlamaq, onu iç dünyasında yaşatmaq istəyir. Bəlkə də insanın ən səmimi arzusu — özünü təbiətin dili ilə ifadə etməkdir. Yaradıcı insan ətrafındakı səslərin, rənglərin, küləyin dilini öyrənməyə meyllidir. Çünki təbii səslərdə dərin hikmət, gizli harmoniya vardır. Yaradanın nizamı səslərdə, eləcə də səssizlikdə, axan suyun şırıltısında, quşların nəğmə və pıçıltısında, küləyin uğultusunda özünü təcəlla etdirir.

İnsan bu səsləri yalnız eşitməklə deyil, hiss etməklə dərk edir. Sözlər bəzən səslərin təkamülündən yaranır. Buna görə də söz səsin mozaikası, duyğunun səs formasıdır. Musiqi isə bu səslərin ruha məlhəm və məhrəm sayılacaq ən ahəngdar ifadəsidir. Musiqi ruhun dili, duyğuların səsidir. Bu mənada professor Famil Mehdi öz yaradıcılığında xalq sənətinin ruhunu yaşadan bir sənətkar kimi çıxış edərək, şeirlərindən birində özünü “Ələsgərin sazı, Qurbanın tarı, Cabbarın, Seyidin avazı” adlandırmaqla milli musiqi və poeziya ənənələrinin davamçısı olduğunu, bu irsin onun poetik düşüncəsində necə dərin iz buraxdığını oxucuya çatdırırdı. Demək ki, insan musiqini yalnız qulağı ilə deyil, ruhu ilə dinləyəndə əsl anlamını tapır. Çünki səsdə məna, notda həyat vardır. O insan musiqiçidir ki, səslərin dilini bilir, notların arxasındakı hissləri dərk edir. Belə insanlar üçün musiqi sənətdən də öncə varlıqla birləşmə halıdır.

Əziz oxucu, haqqında bəhs edəcəyimiz Xanım Paşazadə məhz istedadı, zəhməti, yaradıcılığı ilə seçilən insanlardandır. O, 1993-cü ildə Azərbaycanın mədəniyyət və incəsənət beşiyi olan Bakı şəhərində dünyaya gəlib. Onun uşaqlıq illəri şəhərin sakit, bəzən isə səs-küylü ritmi ilə əhatələndiyi, insanların hələ tam infantil həyat tərzinə qədəm qoymadığı bir dövrdə keçdi. Xanım Paşazadə təhsil yolunda ilk addımını 2000-ci ildə atır. Qədəm basdığı 100 saylı orta məktəbi öyrənmək, çalışmaq dünyasına aparan ilk körpü də adlandırmaq olardı.

Təbii ki, musiqi onun həyatında xüsusi yer tuturdu. Bu istək və həvəs X.Paşazadəni 2005-ci ildə Arif Məlikov adına 11 saylı uşaq musiqi məktəbinin fortepiano sinfinə gətirdi. O, burada notların sehrli aləminə daxil oldu. Melodiyada öz hisslərini ifadə etməyi öyrəndi. Yüksək qiymətlərlə məktəbi bitirdikdən sonra onun musiqiyə olan sevgisi yalnız artdı. Əlbəttə, qarşıda onu daha çox sınaq gözləyirdi. O, atalarımızın "yol gedənindir" məsələni üstün tutaraq bu sahədə peşəkarlığını daha da inkişaf etdirmək qərarına gəldi. Beləcə, Xanım Paşazadə Bakı Humanitar Kollecinin "Musiqi nəzəriyyəsi" fakültəsinə qəbul olunaraq musiqi aləminin sirlərini dərindən öyrənməyə başladı. Həyat yolu həm elmə, həm də sənətə olan bağlılığı ilə daha da zənginləşdi və gələcək uğurlarının ilk müjdəçisinə çevrildi.

Onun yaradıcı fəaliyyəti, yiyələndiyi yüksək təhsil, milli, habelə bəşəri dəyərləri birləşdirən sənət anlayışı “musiqi sərhədsizdir, bəşəridir” deyimini xatırladır. Xanım Paşazadənin yaradıcılığında musiqi, yazı, rəsm və jurnalistika bir-birini tamamlayır, onun fərqli qabiliyyətlərindən xəbər verir. Elə bu çoxşaxəli və çoxsahəli fəaliyyət, eləcə də sinxron yanaşma onu həm akademik, həm də yaradıcı sahədə digərlərindən fərqləndirir. Azərbaycan Milli Konservatoriyasında musiqişünaslıq təhsili onun sənətə olan bağlılığını göstərir. Bu, onun həm texniki biliklərə, həm də peşənin, sənətin nəzəri tərəflərinə — qatlarına dərindən yiyələndiyinin təzahür formasıdır. Axı həm də solfecia musiqinin əlifbasıdır. Bununla yanaşı xüsusi diqqət və bacarıq tələb edən, deyərdik ki, həm də çətin bölməsidir. Bu mənada Xanım Paşazadənin fəaliyyəti göstərir ki, həqiqi istedad və sənət adamı yalnız Tanrının insan ruhuna üfürdüyü talantla deyil, həm də cəmiyyətə verdiyi töhfə ilə qiymətləndirilir.

Doğrusu, bu yazını hazırlayarkən gözlərimin önünə bir zamanlar "Kaspi" qəzetində Şəfiqə xanım Əfəndizadə haqqında qələmə aldığım "Öz millətini ucaldan xanım" başlıqlı məqalə düşdü. Həmin yazıda həssas bir xatirəni — "Ədalət" qəzetində işlədiyim vaxtlarda qədir-qiymətli şairəmiz Mirvarid Dilbazi ilə unudulmaz görüşümüzü — xatırlamışdım. Bunu niyə yada saldım?..

Demək ki, Azərbaycan qadını tarixin bütün dönəmlərində yalnız zahiri və batini gözəlliyi ilə deyil, həm də mənəvi ucalığı, əxlaqı və zəngin ruh dünyası ilə seçilmişdir. İstedadı, bacarığı, xanım-xatınlığı ilə xalqın hörmət və izzətini qazanmış, üzərinə düşən hər bir işi böyük məsuliyyət, fədakarlıq və sədaqətlə yerinə yetirməyə çalışmışdır. Həyatın çətinlikləri, dəyişən zamanlar önündə Azərbaycan qadını həm ailəsinin dayağı, həm də cəmiyyətin ən zərif, eyni zamanda ən güclü siması olmuşdur. Bu səbəbdən onun mövqeyi, davranışı və mənəvi dayağı xalqımızın tarixində xüsusi yer tutur.

Əgər belə olmasaydı, şahmat taxtası arxasında Dümanı mat edən “Xan qızı”mız Natəvan kimi qeyrətli Azərbaycan qadını öz şeirlərində xanımlarımızın ləyaqətindən, vəfasından, mərdliyindən bəhs etməzdi. Mirzə Cəlil maarifçi qadınların fərqli obrazlarını yaratmaz, Əzizə Cəfərzadə “Qarabağnamələr”də Azərbaycan qadınlarının şərəfli mübarizəsini qələmə almazdı. Eləcə də Anar “Dədə Qorqud” motivli esse və yazılarında igid və namuslu türk xanımlarını xatırlatmazdı.

Haqqında bəhs etdiyimiz Xanım Paşazadə də sələflərinin yolunu sədaqətlə, ləyaqətlə davam etdirir. Deyərdik ki, musiqi, rəsm, yazı, şeir onun ruhunun əsas ifadə vasitələridir; o, 100-ə yaxın şeir, 40 rəsm əsəri ərsəyə gətirib. Hər dəfə onun fəaliyyətini izlədikcə “ot kökü üstə bitər” deyimini yenidən xatırlamış oluruq. Və onun fəaliyyətində klassika ilə müasirlik vəhdət halındadır... 

Xanım Paşazadənin fəaliyyəti bununla yekunlaşmır. Onun art-terapiya sahəsində apardığı araşdırmalar duyğularını və düşüncələrini yaradıcı şəkildə ifadə etmək qabiliyyətini göstərir. Xüsusilə qadın talelərini əsas mövzu kimi seçməsi həm empatiya hissinin güclü olmasına, həm də cəmiyyətə qarşı diqqətli və həssas münasibətinə işarədir. Xanım Paşazadə "Füyuzat tv"-nin "Sənətkar deyəndə" proqramına verdiyi müsahibədə də bildirir ki, "Art-terapiya insanın hiss, duyğu və düşüncələrinin incəsənət vasitəsilə ifadə şəklidir ki, bu da bir müalicə metodudur". 

Onun jurnalistika sahəsində təhsil alması və “Teleradio Akademiyası”nda yetişməsi çoxşaxəli təfəkkürlü olmasından xəbər verir. Xanım Paşazadənin reportajlarına, süjetlərinə nəzər saldıqca aydın olur ki, televiziya mütəxəssislərindən və jurnalistikanın sanballı müəllimlərindən əxz etdiyi bilik və bacarıqları yüksək peşəkarlıqla, böyük incəliklə nümayiş etdirərək izləyiciyə çatdırır. Musiqişünas kimi araşdırma aparması və bunu jurnalistikanın dilinə çevirməsi də onun fərqli yaradıcılıq diapazonunu göstərən amillərdəndir. Yutub platformasında “Musiqi yolu” kanalı ilə tədris fəaliyyətinə başlaması və “İlin ən yaxşı Youtube musiqi müəllimi” mükafatını alması onun müasir texnologiyalardan səmərəli istifadə etdiyini, maarifçilik missiyasını uğurla həyata keçirdiyini sübut edir. Son illərdə ifaçılıq sahəsinə yönəlməsi və solo çıxışlara başlaması isə sənət yolunun yeni mərhələyə qədəm qoyduğunu, yaradıcı enerjisinin sərhədsiz olduğunu göstərir. Şövkət Ələkbərovanın ifasında dinlədiyimiz "Mehribanım", Qaynana filmindən xatırladığımız "Məhəbbət çırağı" və s. mahnılar Xanım Paşazadənin ifasında dinləyici qəlbinə yol tapır. Onun Azərbaycan bəstəkarlarının əsərlərini, xalq mahnılarını ifa etməsi həm milli musiqi irsinə olan bağlılığını, həm də peşəkar səviyyəsini bir daha təsdiqləmiş olur.

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Yanvar 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see415

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see410

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see317

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see303

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see301

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see294

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see275

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see272

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see272

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see269

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see265

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see260

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see257

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see251

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see248

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see240

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see235

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see230

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see225

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri