Icma.az
close
up
RU
“Bir ekosistem” yeni loyallıq proqramını təqdim etdi “Bir Bonus”

“Bir ekosistem” yeni loyallıq proqramını təqdim etdi “Bir Bonus”

Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.

1 sentyabr 2025-ci il tarixində Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi “Bir ekosistem” ictimaiyyətə yeni loyallıq proqramını təqdim edib. İllərdir tanıdığımız “Umico Bonus” artıq böyük yeniliklər və daha böyük güclə “Bir Bonus” olaraq yoluna davam edəcək.

Tədbir “Bir ekosistem”in Loyallıq Proqramı İdarəsinin baş direktoru Fərid İslamovun çıxışı ilə başlayıb. O qeyd edib: “Bu, sadəcə ad dəyişikliyi deyil, ekosistem brendlərinin və minlərlə tərəfdaşımızın gücünün eyni çətir altında birləşməsidir. “Bir Bonus” ekosistemin bütün brendlərini və minlərlə partnyorumuzu bir-birinə bağlayan dəyərli parçadır. Müştərilərimiz üçün isə bu unikal təcrübədir. Onlar tam rahatlıqla gündəlik əməliyyatlarından bonuslar qazanacaq və həm brendlərimizdə, həm də partnyorlarımızda bonuslarını rahatlıqla xərcləyə biləcəklər”.

Ekosistemin Partnyor Şəbəkəsi Departamentinin direktoru Mahmud Mahmudov isə yeni sistemin həm müştərilər, həm də partnyorlar üçün daha çevik imkanlar təqdim etdiyini vurğulayıb: “Bir neçə ildir ki, biz müştərilərimizlə keşbek sistemi vasitəsilə dəyər yaradırdıq, amma görürük ki, yalnız keşbek modeli müştərilərin gözləntilərinə tam cavab vermir. Ona görə də biz daha geniş imkanlara malik, fərdi yanaşma və çeviklik təqdim edən bonus sisteminə keçid edirik. Bu sistem milyonlarla istifadəçiyə fərdi seçim imkanı verəcək və onların alış-veriş təcrübəsini daha maraqlı edəcək. Digər tərəfdən, partnyorlarımız artıq öz müştəri bazasına uyğun fərqli kampaniyalar yarada, müştəri davranışını daha dərindən, rahat izləyə biləcəklər”.

Qeyd edək ki, “Bir Bonus” – “Birbank”, “m10”, “Birmarket” və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradan vahid loyallıq proqramıdır. Bonusları “BakıKart” biletindən “Trendyol” sifarişinə, mobil balansdan “Birmarket” alış-verişinə qədər çox geniş imkanlarla istifadə etmək mümkündür. Bir ekosistemin yeni loyallıq proqramı “Bir Bonus” yaxın gələcəkdə də həm müştərilər, həm də partnyorlar üçün innovativ həllər və yeni imkanlar təqdim etməkdə davam edəcək.

“Bir ekosistem” ölkənin aparıcı brendləri olan “Birbank”, “Birmarket”, “m10” və “MilliÖn” brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem “Trendyol Azərbaycan” və “BakıKart” kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, “Birmarket”də “Birbank” vasitəsilə kreditli alış-verişdən, “Trendyol Azərbaycan”da “Birbank” taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – “Vahid giriş”, “Vahid bonus”, “Vahid ödəniş” və “Vahid kredit” platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

DOĞRU.AZ BU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://dogru.az
archiveBu xəbər 03 Sentyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri