Icma.az
close
up
RU
“Bir Bonus” lotereyasının qalibləri bəlli oldu

“Bir Bonus” lotereyasının qalibləri bəlli oldu

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

“Bir ekosistem”in elan etdiyi “Bir Bonus” lotereyası yekunlaşıb.

1 oktyabr-15 noyabr tarixlərini əhatə edən lotereyada Birbonus.az saytında mobil nömrəsini yazaraq qeydiyyatdan keçən müştərilər iştirak şansı qazanıblar. Lotereyanın unikallığı ondan ibarət idi ki, burada həm bonus qazananlar, həm də xərcləyənlər iştirak edirdilər.

Ötən gün “Bir Bonus”un rəsmi sosial media hesablarında canlı yayımla lotereyanın final mərhələsi keçirilib və qaliblər bəlli olub. 240 min 358 müştərinin qeydiyyatdan keçdiyi lotereyanın final tirajında seçim təsadüfi üsulla aparılıb. Nəticədə 400 nəfər 20 bonus, 300 nəfər 50 bonus, 200 nəfər 100 bonus, 100 nəfər isə 200 bonus qazanıb. Lotereyanın superprizi “Toyota Corolla” avtomobilinə isə 1 nəfər sahib olub.

Qaliblərin siyahısı: https://www.b-b.az/lwt1

Qeyd edək ki, “Bir ekosistem”in vahid loyallıq proqramı olan “Bir Bonus” – “Birbank”, “m10”, “Birmarket” və digər ekosistem brendləri ilə yanaşı, minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. “Bir ekosistem” müştəriləri “Bir Bonus” proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. Bonusları “BakıKart” biletindən “Trendyol” sifarişinə, mobil balansdan “Birmarket” alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür.

“Bir ekosistem” “Birbank”, “Birmarket”, “m10” və “MilliÖn” kimi ölkənin aparıcı brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem “Trendyol Azərbaycan” və “BakıKart” kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, “Birmarket”də “Birbank” vasitəsilə kreditli alış-verişdən, “Trendyol Azərbaycan”da “Birbank” taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar.

Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Dekabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri