Icma.az
close
up
RU
Bir əsrlik Lütvi Zadə: tarixi kəşflər və süni intellekt ədalətsizliyi

Bir əsrlik Lütvi Zadə: tarixi kəşflər və süni intellekt ədalətsizliyi

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Lütvəli Rəhim oğlu Ələsgərzadə. Sahibini tanımayana bu ad heç nə demir. Ancaq qısaca Lütvi Zadə hamıya hər şeyi deyir. Elmdən, riyaziyyatdan, fəlsəfədən, o cümlədən, riyaziyyatın fəlsəfəsindən... az-çox məlumatlısınızsa, Lütvi Zadənin kim olduğunu bilirsiniz.

Əslən Azərbaycanlı olan Lütvəli Ələsgərzadə (Lütvi Zadə) "fuzzy logic", yəni "bulanıq məntiq" nəzəriyyəsinin banisidir. Bunu özü "qeyri-səlis məntiq" adlandırıb.

Bu nəzəriyyə ilə Lütvi Zadə indiyədək minilliklərlə şüurlarda oturuşmuş klassik məntiqin - "Aristotel məntiqi"nin yanlış olduğunu əsaslandırdı.

Bu yaxınlarda dünya şöhrətli alim, Lütvi Zadənin davamçısı, professor Rafiq Əliyev öz Müəlliminin nəzəriyyəsini geniş şərh edərək bunu "elmdə inqilab" adlandırmışdı. Gənclərə Yardım Fondunda "Süni intellekt. Dünən, bu gün, sabah" adlı tədbirdə çıxış edən professor Rafiq Əliyev Lütvi Zadənin elmdə daha bir inqilab etdiyini də diqqətə çatdırdı. O bildirdi ki, çoxları, o cümlədən, Azərbaycanda da bəziləri sübut etməyə çalışır ki, süni intellektin banisi ingilis riyaziyyatçısı Alan Mstison Türinqdir. Ancaq Rafiq Əliyev bu iddianı təkzib edir, həm də konkret faktlarla. O deyib ki, Lütvi Zadə 1950-ci ilin yanvarında "Düşünən maşınlar" adlı elmi məqalə yazdı və bu, süni inteılektin elmi-nəzəri əsası oldu. Alan Matison Türinq isə Lütvi Zadədən bir neçə ay sonra "Maşınlar düşünə bilərmi?" adlı məqalə ilə çıxış etdi. Beləliklə, Alan Türinqin 1950-ci ilin oktyabr ayında irəli sürdüyü elmi sualına Azərbaycan əsilli Amerika alimi Lütvi Zadə artıq bir neçə ay əvvəl, konkret desək, 1950-ci ilin yanvarında cavab vermişdi, maşınların düşünə biləcəyini elmi cəhətdən əsaslandırmışdı. Ancaq süni intellekti Alan Türinqin və Con MakKartinin adı ilə bağlayırlar. Halbuki Con MakKarti, sadəcə, "süni intellekt"(“Artificial Intelligence") ifadəsini ilk dəfə işlədib. Həm də Lütvi Zadənin məqaləsindən düz altı il yarım sonra.

Deməli, Lütvi Zadənin kəşfini başqalarının adına çıxırlar. Məşhur fransız yazıçısı Bernar Verber bir ensiklopedik məqaləsində belə yazır: "Con fon Neyman Birləşmiş Ştatlarda gələcək kompüterlə bağlı tədqoqatlarının nəticələrini açıqladıqdan sonra, Türinq 1950-ci ildə "süni zəka" konsepsiyasını işləyib hazırladı".

Maraqlıdır: məhz elə Verber özü "Bioqrafın rolu" adlı başqa bir məqaləsində haqlı olaraq yazır ki, Amerikanı Xristofor Kolumb deyil, Ameriqo Vespuççi kəşf etmişdi. Kolumb Hindistanı axtarırdı, həm də Hindistanın olmadığı yerdə. Hər dəfə o səyahətdən İspaniyaya qayıdanda kraliça ondan soruşurdu: "Nə oldu, Hindistanı tapdınız?" Kolumb da söz verirfi ki, tezliklə tapacaq. Amma uğursuzluqları bir-birini əvəz etdikcə, kraliçanın səbri tükındi və Kolumb dövlət xəzinəsinin pullarını havaya sovurmaqda, yəni korrupdiyada ittiham olunaraq həbs edildi və türmədə öldü. Ancaq hamı elə bilir, Amerikanı Kolumb kəşf edib, məktəblərdə də bunu öyrədiblər. Niyə?! Çünki Kolumbun oğlu Fernando Kolon atasının bioqrafiyasını - "Admiral Don Kristofor Kolumbun həyatı haqqında tarix" adlı kitab yazmışdı. O, Ameriqo Vespuççinin kəşf etdiyi qitəni guya atasının tapdığını yazmışdı. Yəqin Vespuççinin bioqrafiyasını yazan olsaydı, bu yanlış məlumat da bu qədər geniş yayılmaz və şüurlara bu qədər təsir etməzdi və Bernar Verber də 4 əsr sonra əsəbiləşib belə yazmazdı: "İndiki nəsilləri kəşflər haqqında gerçəklər maraqlandırmır. Yalnız onlar haqqında yazan bioqrafların istedadı əhəmiyyət kəsb edir... Bir çox hadisələr bizə onların haqqında yazanlar sayəsində məlumdur. Sokratdan kimin xəbəri olardı, Platon olmasaydı?!"

Verberə görə, Vesıuççiyə ədalətsizlik edilib; onun kəşfi mənimsənilib və Kolumbun adına yazılıb. Ancaq elə özü Zadənin kəşfini Alan Türinqin adına çıxır. Təəssüf ki, Qərb dünyasında Verber kimi eyni situasiyada fərqli mövqe sərgiləyən söz, fikir, elm adamları həmişə olub, indi də var. Ən azı 19-cu əsrdən elə həmin Qərbdə "ikili standart" ifadəsi işlənir. Öz davranışlarına elə özləri ad qoyub: " ikili standart".

Bax, Bernar Verberin, eləcə də, onun kimi davranan başqalarının ikili standartından Lütvi Zadə də öz kədərli nəsibini alıb. Vespuççinin haqqını axraran Verber özü Zadənin haqqını çox rahat "yeyir". Verber kimiləri, təəssüf ki, Azərbaycanda da var.

Zadənin bu gün ad günüdür; yaşasaydı, 105 yaşı olacaqdı. Ancaq 2017-ci ildünyasını dəyişdi, öz vəsiyyətinə uyğun olaraq, nəşi Azərbaycana gətirildi və dəfn olundu. Bəli, Lütvi Zadə öldü, amma ümid hələ yaşayır; necə deyərlər, ümid sonda ölür. Bəlkə nə zamansa bir Bernar Verber də doğular, yaşayar, tanınar, qəbul edilər və deyər: "Süni intellekt" Zadənin kəşfidir, Alan Türibüin və ya Con MakKartinin deyil"...

P.S. Onu da deyim: süni intellekt özü də deyir ki, onu Zadə deyil, Alan Türinq kəşf edib.

Necə deyərlər, qələm rəqibin əlindədir: informasiya fəzasına Türinqi sırıyıblar, demək...

Bahəddin Həzi,

bizimyol.info

Müəllifdən: Böyük alim, mütəfəkkir Lütvi Zadəyə Allahdan rəhmət, davamçılarına uzun ömür diləyirəm!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Fevral 2026 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see202

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see182

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see168

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see147

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see140

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri