Icma.az
close
up
RU
Bir fincan çay gətirmək belə bəzən min sözə bərabər olur Abituriyent valideynlərinə ÇAĞIRIŞ

Bir fincan çay gətirmək belə bəzən min sözə bərabər olur Abituriyent valideynlərinə ÇAĞIRIŞ

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Qarşıdan abituriyentlər üçün blok imtahanlarının 2-ci mərhələsi gəlir.

Bəs valideynlər övladlarını necə motivasiya etməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirdi ki, hazırda gənclər üçün olduqca həyəcanlı və gərgin bir dövrdür.

"Blok imtahanları həm fiziki, həm də psixoloji baxımdan şagirdlərə ciddi təsir edir. Bu səbəbdən valideynlərin övladlarına verdiyi dəstək, nəticədən daha önəmlidir. Valideynlərə tövsiyələr vermək istəyirəm. Gərginlik yaratmayın, anlayışlı olun.
Uşaqlar onsuz da kifayət qədər stres altındadırlar. “Sən bu imtahanda mütləq uğurlu olmalısan” kimi təzyiqedici cümlələr əvəzinə, “sən əlindən gələni etdikcə bizim üçün yetərlisən” mesajını vermək daha sağlam yanaşmadır. Müqayisədən uzaq durun.
Heç bir uşaq digərinə bənzəmir. “Filankəsin uşağı daha çox oxuyur” kimi ifadələr övladınızda özünə inamı zədələyə bilər və motivasiyanı azalda bilər. Dəstəyinizi hiss etdirin".

Müsahibimiz qeyd etdi ki, valdeynlər hər zaman övladlarına yanlarında olduqlarını hiss etdirməlidirlər.

"Səssizcə yanında oturmaq, bir fincan çay gətirmək belə bəzən min sözə bərabər olur. Məqsədi nəticədən üstün tutun. “Əsas məsələ bu imtahandan maksimum bal toplamaq deyil, öz potensialını tanımaq və təcrübə qazanmaqdır” mesajını verin. İnam verin. Uşağınızın gücünə inandığınızı ona tez-tez xatırladın. “Sən bacarıqlısan, sən çalışırsan və bu əziyyət qarşılığını verəcək” kimi cümlələr motivasiyanı artırır. İmtahan sonrası həyat olduğunu unutmayın. İmtahan bir mərhələdir, həyatın sonu deyil. Uşağa bunu da hiss etdirmək lazımdır ki, nəticədən asılı olmayaraq onu dəstəkləyən bir ailəsi var. Valideynlər özləri sakit və sabit olduqda, bu enerji uşağa da keçir. Yəni təkcə sözlə deyil, davranışla da dəstək göstərmək vacibdir", - deyə psixoloq qeyd etdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyun 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri